Bu gün - 30 iyun azərbaycanlı şair, bəstəkarOnegin Hacıqasımovun anım günüdür. Kulis.az bir zamanlar kifayət qədər məşhur olan bəstəkar haqqında maraqlı faktları təqdim edir.
Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda qatı dindar ailəsində anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir. 5 ildən sonra bu cütlüyün bir uşaqları da dünyaya gəlir. Ona Nizami adını verirlər. Həmin il, 1942-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi idi.
***
Onegin orta məktəbdə dünya klassiklərinin bir çox əsərlərini oxuyur. 11-12 yaşında şeirlər yazmağa başlayır. İlk şeirlərini də anasına göstərir. Anası balaca Oneginin şeir yazmağının bir uşaqlıq həvəsi olduğunu düşünür. Elə atası da övladının həkim olmasını arzulayır. Amma günlərin bir günü orta məktəbi bitirib attestat alan Onegin Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur.
Deyilənə görə, Oneginin qaldığı yataqxanaya demək olar ki, hər gün milis naryadı gələrmiş. Dostları ilə hər gün poeziya məclisi düzəldən Genanın (onu belə çağırırmışlar) yataqxanadakı otağı həmişə səsli-küylü olur. Tələbə yoldaşı Mixail Buzıkin xatırlayır ki, onun otağından siqaret tüstüsü və çaxır şüşələri əskik olmazmış. “Gena durmadan yazırdı. Biz ona heyran qalmışdıq. İnsanda bu qədər enerji haradandır? Bütün institut hər axşam onun balaca otağına yığışırdı. Səhərəcən şeir deyirdi. O, həm də çox gözəl parodiyaçı idi. Hətta Xruşovu belə parodiya etməkdən çəkinmirdi. Yataqxananın komendantı hər axşam azı 10 dəfə otağa gələrdi ki, sakit olaq. Milis də bizdən əl çəkmirdi. İnstitutda isə bizi Oneginin fitri istedadı və rəhbərlik tərəfindən ona qoyulan hörmət xilas edirdi. Ona istedadına görə dözürdülər”.
***
Onegin birinci kursdan tələbə yoldaşı Anatasiyaya dəli kimi vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir. 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar.
1970-ci ildə 33 yaşında ikən Oneginin müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda 15 milyon ədəd val satılır. Bu valda sovet pop musiqisinin hitləri cəmlənir. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində mağazalardan yoxa çıxır, satılıb qutarır. Bu günə qədər də bu rekord həcmdə disk və ya plastinka çıxarmaq heç bir müğənniyə nəsib olmayıb, heç bir nəğməkar-şair bu rekordu üstələməyib. Sən demə, ən azı bu faktın özü, ətrafındakılarda ona qarşı qısqanclıq yaradırmış.
***
1960-1980-ci illərdə Polad Bülbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Valeri Obodzinski, Aida Vedişşeva, Müslüm Maqomayev, Rəşid Behbudov, Oqtay Ağayev kimi müğənnilər, “Qaya” Vokal İnstrumental Ansamblı, “Vesyolıye rebyata” qrupu və bir çox başqaları Onegin Hacıqasımovun mahnılarını ifa edib.
Yeri gəlmişkən, Oqtay Ağayevin oxuduğu “Kimsən sən”, Polad Bülbüloğlunun ifa etdiyi “Sevimli diyar”, “Sevincim Bakı”, “Xalidə” kimi mahnıların sözlərinin müəllifi də Hacıqasımovdur.
***
Bundan başqa, “İyirmialtılar” (1966), “Ulduzlar sönmür” (1971), “Mən mahnı qoşuram” (1979), “Musiqi müəllimi” (1983) filmlərindəki mahnıların bir çoxunun sözlərinin müəllifi Onegin Hacıqasımovdur.
***
Azərbaycandan tutmuş, Moskvaya qədər hamı onu avaranın, sərgərdanın biri kimi təqdim etməkdən zövq alır, ləkələməyə çalışır, istedadını qısqanırlar. Ondan donos yazırlar, deyirlər ki, partiyaya aid şeir yazmır, burjua həyat tərzi sürür, sovet əxlaqına lağ edir. Hətta bir nəfər yuxarılara yazır ki, o, ümumiyyətlə dəlidir. Bundan sonra işlədiyi yerə komissiya göndərirlər ki, tibbi yoxlamadan keçsin. Yevtuşenko eşidib, şəxsən işə qarışır, elə beləcə də deyir ki, ey siz, onun əlinə su tökməyə yaramayan bir sürü cılız məxluqlar, adam dahidir, dəli isə sizə bu tapşırığı verənlərdir.
***
General qızıyla ikinci izdivacı da sona çatandan sonra Onegin 3-cü dəfə dövrün tanınmış dirijoru Karbışevin qızı Tatyana ilə evlənir. Tatyanayla dostların məclisində tanış olmuşdular. Qız Moskva konservatoriyasının tələbəsi idi, atası da elə orda dərs deməklə yanaşı, Böyük Teatrda çalışırdı. Onlar bir il görüşəndən sonra evlilik qərarı verirlər. Evlənəndən sonra isə ipə-sapa yatmaz Oneginlə məşhur qayınata arasında mübahisələr başlayır. Dirijor Onegindən təhsilini davam etdirməyi, aspiranturaya girməyi, necə deyərlər, o dövrün meyarlarına uyğun karyera qurmağı tələb edir. Onegin isə öz həyatını sürməyə davam edir.
Karbışevə isə nümunəvi kürəkən lazım idi. Çünki onun özündən də yazırdılar: tüfeyli kürəkəni var, sovet gəncliyinin əxlaqına zidd həyat tərzi sürür. Həmin vaxtlar Karbışevə SSRİ xalq artisti adı veriləcəkmiş. Amma buna ən böyük maneə isə zavalı Onegin imiş. Hətta Tanya belə Oneginə qarşı çıxır, atasının karyerasında ona ən böyük maneənin məhz bu qohumluq olduğunu açıq büruzə verir.
***
1980-ci illərdə Oneginin həyatında dəyişiklik baş verir. “Bibliya” əldə edir və bu kitabı oxuduqdan sonra dünyaya baxışları dəyişir. 1985-ci ildə xristianlığı – pravoslavlığı qəbul edir. Üç il sonra isə evini və ailəsini tərk edərək, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Ancaq bu qəfil qərar olmur, monastıra yerləşməmişdən əvvəl Onegin Bakıya gəlir, uşaqlığının keçdiyi İçərişəhəri gəzir. Bu zaman “Bibliya” onun əlində olur. Geri qayıtdıqdan sonra isə qərarını verir.
Əmisi qızı Nigar danışır ki, Bakıya gələndə, onu qarşılayanda əlində Bibliya varmış. Əmim elə bilib ki, sadəcə oxumaq üçün götürüb. Amma evə gələndən sonra həmişə deyib-gülən, zarafatından qalmayan atamın davranışları əmimgili təəccübləndirib. Təsəvvür edin, elə hey günahlardan, o dünyadan, ibadətdən danışırmış. Əmim hətta ağlayıb, göz yaşı töküb ki, qardaş, sənə nə olub? Elə bilirmiş ki, nəsə psixikasında problem var. Həkimə aparmaq istəyirmiş. Amma atam qəzəblənib. Gecəykən evdən çıxıb, üz tutub Moskvaya. Çıxanda deyib ki, siz məni heç vaxt başa düşməyəcəksiz.
***
Oğlu Yusif deyir ki, Bakıdan qayıdan günün səhəri Moskvada, sonuncu dəfə evləndiyi həyat yoldaşıyla da eyni söhbəti edib. Ona deyib ki, Tanrı onu çağırır və o gedir. Yoldaşı əvvəlcə elə bilib ki, uzun illər qəbul etdiyi içkinin təsirindəndimi, ya nədi, intihar etmək istəyir. Ağlamağa başlayıb. Ayağına düşüb yalvarıb ki, onu tək qoyub heç hara getməsin. Atam onu qaldırıb, üzünü-gözünü sığallayıb, bircə kəlmə deyib: “Mənim sizlərə yazığım gəlir”.
***
Evdən çıxandan sonra Moskvanın Kiyev vağzalına gəlir, elektrik qatarına minib, Kaluqaya gedib. Gecəni bu şəhərdə keçirir. Səhər isə Kaluqa vilayətinin “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Ailəsini tərk edəndə 49 yaşı olan Onegin monastırda Simon adını qəbul edir. Simon Ata burada da böyük diqqət cəlb edir, dini və dünyəvi bilikləri, gözəl natiqlik qabiliyyəti sayəsində çoxlu sayda heyranlar qazanır. İnsanlar onun söhbətlərini dinləmək üçün monastıra axın edir.
Hətta deyilənə görə o, orada günah işlədir, yaxınlıqda yerləşən qadın monastrında bir rahibə ilə bir-birlərini sevirlər. Onların münasibəti böyük əks-səda yaratdığı üçün o, sevdiyi qadınla münasibətlərinə son verir.
***
Daha bir fərziyyəyə görə isə Onegin Kaluqaya ilk dəfə gedəndə onun kilsəyə gəldiyini eşidən rus qadınları hər tərəfdən axışıb ora gəlirlər ki, məşhur şairi görə bilsinlər. İzdiham yalnız polisin müdaxiləsindən sonra dağıdılır.
***
Onegin Hacıqasımov 2002-ci il iyunun 30-da 65 yaşında vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunub.