Bu gün görkəmli şair Əli Kərimin anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən şairin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə müsahibəni təqdim edir.
- Paşa bəy, sizi bu layihəyə dəvət edəndə atanızla bağlı yadınıza düşən ilk xatirə nə oldu?
- Qəribə sual oldu. Siz dəvət etsəniz də, etməsəniz də mən həmişə atamı xatırlayıram. Bu xatırlamaq elə bir şeydir ki, bir anda çox anlar yada düşə bilər. Ancaq onu deyə bilərəm ki, Əli Kərimi ən çox gecə-gündüz yazıb-oxuyan biri kimi xatırlayıram. Biz o vaxtlar Vaqif küçəsində yaşayırdıq. Birinci mərtəbədə, yarımzirzəmidə. Atam onda daha çox gecələr işləyirdi. Qapıya yaxın otaqda oturub ya yazardı, ya da oxuyardı. Əslində mən də, ailəmizin digər üzvləri də Əli Kərimi daha çox oxuyan görüb. Yazmaqdan çox oxuyardı. Yəqin ki, tələbəlikdən qalma vərdişi idi. Oxumağı çox sevirdi. Bir kitabı 4 saat əlində tutub oxuyub, başqasına keçə bilirdi. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdu. Dünya ədəbiyyatına orda yiyələnmişdi.
- Moskva dediniz, yadıma bir xatirə düşdü. Əli Kərimin Nazim Hikmətlə xatirəsi. O necə olub? Nazımla Moskvada görüşüblər...
- Nazım Hikmətlə Moskvada görüş olub. Əli Kərim də ordaymış. Sonra Nazim Hikmətə həsr elədiyi şeiri səsləndirib. Son misrası da ruscaymış. Əli Kərimin şeiri Nazımın çox xoşuna gəlir. Əlyazmanı istəyir ondan. Sən demə, bu əlyazma da yeganə nüsxəymiş.
- Və həmin şeir Nazım Hikmetdə qaldı...
- Bəli. Nazım Hikmətdə qaldı. Biz o şeiri tapa bilmədik. Sonradan anam Elza xanım ondan soruşub ki, şeir heç yadında qalmayıb? Bəlkə yadına salasan, deyəsən, mən də yazım. Əli Kərim də deyib, yox, o variant yadıma düşmür, indi desəm, başqa şeir alınacaq, o şeir olmayacaq. Biz heç cür o şeiri Nazım Hikmətin arxivindən götürə bilmədik.
- Təəssüf... Bəs müraciət etdinizmi? Bəlkə tapmaq olardı?
- O vaxt onun xanımı Vera Tulyakova nəsə yaxına qoymadı bizi.
- Niyə?
- Nəsə qarışıqlıq oldu, biz də heç cür yaxın gələ bilmədik.
- Taleyindəki ən maraqlı hadisələrdən biri oldu amma...
- Hə, atam Moskvada böyük məktəb keçdi. Dövrün istedadlı, intellektual, tanınmış adamları ilə ünsiyyət qurdu, kitablar oxudu. O vaxt bir Yeqor İsayev vardı. Sovetin bütün mükafatlarını almışdı, Rusiyada sevilən şairlərdən idi. Bakıda olanda “Ulduz” jurnalına müsahibə vermişdi və orda atam haqqında belə demişdi: “Əli Kərim əsl istedad sahibidir”.
- Əli Kərimin məşhur şeiri var: “Atamın xatirəsi”. Belə başlayır: “O sərt idi...” Bu şeiri siz yazsaydınız, giriş necə olardı?
- Yox, mənim atam sərt deyildi, çox mülayim idi. Öz atasını da çox sevirdi. Atası haqqında danışanda kövrəlirdi, gözləri yaşarırdı. Çünki atası çox mərd, ləyaqətli kişi olub. Ata kimi necədi soruşursunuz. Çox mülayim, uşaqlarının qayğısına qalan, onların xüsusən təhsilinə önəm verən biriydi.
- Sizinlə oyun oynayırdı?
- Hə, top-top oynayırdı. Bizi kinoteatrlara, teatrlara aparardı. Özü marağımızı nəzərə alıb bir zaman gördüyü filmlər haqqında uzun-uzun söhbət edə bilərdi. Əzbər bilərdi filmləri, əsərləri. Mən heyrət edərdim. Bizim oxumağımızla çox maraqlanırdı. Hətta mənim ədəbiyyat müəllimimlə ayrıca söhbət eləmişdi. Ümumiyyətlə, müəllimlərlə həmişə bizim haqda söhbət edirdi. Hara gəzməyə çıxırdısa, uşaqlarını da özü ilə aparardı. Sentyabrın birində birinci sinfə məni özü aparmışdı. Yadımdadır, çox həyəcanlıydı. Bir dəfə futbol oynayırdıq. Atam da sən demə, pəncərədən bizə baxırmış. Mən oyun zamanı bir də gördüm ki, yerdə qəzet qırığı var. O qədər bizə oxumağı aşılamışdı, maraq mənə güc gəldi, oyunu vecimə almadım, qəzet qırığını götürüb oxumağa başladım. Uşaqlar qışqır-bağır saldılar ki, əşşi, oxumağın yeridi, top gəlir, burax onu, oyuna fikir ver. Atam pəncərədən bu mənzərəyə baxıb xeyli gülübmüş. Sonra da gülə-gülə anama deyib ki, deyəsən bu uşaq da o yolun yolçusudur. Yəni yazı-pozuyla məşğul olacaq (gülür). Demək istədiyim odur ki, bu cür şeylərə çox diqqət edirdi. Kitabxanadan nə kitabı aldın, kimi oxuyursan və s. O vaxt mən gündəlik yazırdım, onu da soruşurdu ki, nə yazmısan, gətir göstər. Bax bizi belə bir mühitdə, ovqatda böyütmüşdü.
- Bəs qadağalar qoyurdu? “Onu eləmək olmaz” filan...
- Qadağasız olmaz ki... Mənim atamın qəribə tərbiyə üsulu vardı. O heç vaxt uşaqla sərt danışmazdı. Adi, normal qaydada sənin səhvini özünə deyərdi və sən utandığından xəcalət çəkərdin, tutduğun işdən peşman olardın. Qışqırmadan. Sakitcə. Dostları da bilir, Əli Kərim çox zarafatcıl, yumor hissi güclü olan biriydi. Məsələn, Əli Kərimin bir xarakteri diqqətimi cəlb edirdi. Dostlarla söhbət zamanı, bir lətifə danışardı, hamı gülməkdən qırılardı, o isə ciddiliyini itirməzdi. Bu mənə çox qəribə gələrdi.
- Heç sizlə zarafat edirdi?
- Çox. Yadıma biri düşür. Bir dəfə məktəbdən çıxmışdım, evə gəlirdim. Adətən atam bizi qarşılayırdı, ya da anam. Sonuncu dərsimiz olmadığından tək qayıtmalı oldum. Anam da buna görə narahat olmuşdu. Hərçənd evimiz məktəbə yaxın idi. Evə çataçatda gördüm ki, bir it hürür, uşaqlar da qorxurlar. Sonra it dalımca düşdü. Evə gələndə hadisəni danışdım. Atam gülə-gülə dedi ki, bəs deyirdiniz tək gəlib. Hə, belə zarafatları olurdu. Bizə çox bağlıydı. O vaxt oyuncaq çətin tapılardı. Həm də çox bahaydı. Adicə məktəb formasını tapmaq çətin başa gəlirdi. Oyuncağımızı itirmişdik. Bunu atama deyəndə dedi, mən bu saat tapacam. Bir addım irəli getdi, iki addım arxaya, üç addım sola, birdən dedi, bax burdadı. Oyuncağı çıxarıb göstərdi, biz də sevindik. Sən demə, əlindəymiş, zarafat eləyirmiş biznən. Yumor hissi çox güclü idi. Məsələn, gənclərə həmişə yerlibazlığı irad tuturdu. Deyirdi, evinizdən dünya xəritəsini asın. Bu onun yumoru idi (gülür).
- Üç oğlu var idi Əli Kərimin...
- Məndən kiçik qardaşım Azər Kərimov Türkiyədə Bilkənd Universitetinin professorudur. Ondan balaca qardaşımız Orxanın 50 yaşı tamam olacaqdı, 2015-ci ildə vəfat etdi.
- Ən çox sizinlə danışardı?
- Bizə tərcümə etdiyi nağılları oxuyurdu. Şeirlərini də. Cavanlığını yada salıb danışırdı. Məktəb illərindən.
- Nələr danışırdı?
- Ən çox universitetdə başına gələn əhvalatlardan. İkinci Dünya müharibəsi təzəcə bitmişdi. Moskvada hər şey hələ yerinə oturmamışdı deyirdi. Danışırdı ki, dərsdən evə gəlirdik, yol boyu qorxu biznən birgə addımlayardı. Çünki xuliqanlar qabağımızı kəsə bilərdi, cibimizə girərdilər, ya da daha pis bir şey baş verərdi. Atam bizə küçədəki davalarından danışırdı. Özü idmanla məşğul olmuşdu. Ağırlıq qaldırma, boks. Danışırdı ki, o vaxt əməlli-başlı qruplar yaranmışdı, camaatın yolunu kəsirdi. Müharibədən sonra şəhərin bəzi yerlərində başıpozuqluq yaranmışdı. O günlərindən söhbət açardı, yataqxanada qaldığından, universitetdəki macəralarından danışardı.
- Atanızı şair kimi çox tez tanımısız...
- Hə. Dediyim kimi, o, həmişə bizə şeirlərini oxuyurdu. Onda 7-8 yaşım olardı. Mən də onda şeir yazırdım və atamın bu çox xoşuna gəlirdi. Bəlkə də xoşuna gəlmirdi, bilmirəm, amma hər halda məni dəstəkləyirdi. Atam evdə çox ciddiydi. Amma əzazil valideyn deyildi. Həddən artıq mülayim idi. Əli Kərim evə girəndə çox sevinirdik. Atam həmişə istəyərdi ki, onun uşaqları, həyat yoldaşı ilə arasında fikir dostluğu olsun. Onun həyat yoldaşını da öz zövqünə uyğunlaşdırmaq qabiliyyəti vardı.
- Həyat yoldaşı ilə nə vaxt tanış olublar? O tanışlıq xatirəsini danışa bilərsiniz?
- Onlar 1958-ci ildə evlənmişdilər. “Qorki”ni bitirib gəlmişdi Bakıya. Anam bu tanışlıq haqqında “Nə xoşbəxt imişəm” kitabında yazıb. Lermontov küçəsində qalırdı anam. O vaxt Əli Kərim arxasınca düşürmüş. Anam da orta məktəbi hələ bitirməmişdi.
- Onda aralarında yaş fərqi çox olub.
- 8 yaş. Anam yazıb o kitabda. Deməli, Lermontov küçəsində durub anamın qaldığı evə baxırmış. Bir dəfə anam deyib ki, bəsdi, gəlmə arxamca, durma burda, görən olar. Əli Kərim də deyib ki, mən şair kimi Lermontovu çox sevirəm, ona görə gəlirəm bura (gülür). Əli Kərim rəhmətlik İlyas Tapdıq vasitəsi ilə öz sevgisini ona çatdırmışdı. Anamın rəfiqəsi İlyas Tapdığın tanışıymış. Nəsə tərcümə məsələsi olur, Əli Kərim anamla bu işi görmək istəyir. Beləliklə, əlaqə yaranır aralarında. Danışmağa başlayırlar. Sonra dostluqluq yarandı aralarında.
- Paşa bəy, Əli Kərimin dostları kim idi?
- Onun özündən böyüklərə çox böyük hörməti vardı. Akademik Məmməd Cəfər, Rəsul Rza, Əhməd Cəmil. Atam deyirdi ki, mövqeyindən aslı olmayaraq hər kəsdən nələrsə öyrənmək mümkündü. Bu, onun fəlsəfəsi idi. İstedadı o qədər böyük olmayan şairdən belə sənətkarlığı öyrənmək olardı deyirdi. Əli Kərim yaşlılarla oturub-durur, onlardan nələrsə öyrənirdi. Ən yaxın dostu, tam səmimiyyətimlə deyirəm, yazıçı-dramaturq Altay Məmmədov idi. Fikrət Sadıq, Fikrət Qoca, Atif Zeynallı, Adil Rəsulla çox yaxın dostluq əlaqələri vardı. Vaqif İbrahim, özündən yaşca balaca olsa da, dost idilər. Çoxdan rəhmətə gedib. Avtomobil qəzasında. Sonra Camal Yusifzadə. Xeyli cavan idi ondan. Gəlib-gedirdi bizə. İsa İsmayılzadə, Tofiq Bayram, Məmməd Araz, Xəlil Rzanın adını çəkə bilərəm. Cabir Novruzla bir yerdə oxumuşdular, dost idilər. Nəbi Xəzri ilə də tələbəlik illərində dostluq etmişdilər. 1957-ci ildə Moskvada Gənclərin Altıncı Ümumdünya Festivalında da birlikdə iştirak etmişdilər. Atam həmin festivalın laureatı olmuşdu.
Sizə bir maraqlı əhvalat danışım. Atamın qohumlarından biri deyir ki, gedim, Əli Kərimi görüm. Rayondan avtobusa minir. Gəlib çıxır Bakı avtovağzalına. Bu adam da savadsızın biri, elə bilir, bunun qohumunu hamı tanıyır. Qarşısına çıxan ilk adamdan soruşur ki, mənə deyə bilməzsiniz, Əli Kərimin evi hardadı? Həmin adam da onun qoluna girir, avtobusa mindirir, yolda söhbət edərkən deyir ki, Əli Kərim bizim ən istedadlı şairlərimizdəndir. Belə-belə gətirir onu düz Əli Kərimin evinin yanına və çıxır gedir öz işinin dalınca. Çox qəribə hadisədir. Və bu adam Məmmədcəfər Cəfərov idi. Bizim qonşumuz (gülür). Demir ki, mənim qonşumdur. Özünü elə göstərir ki, guya Əli Kərimi tanıyan biridir.
Əli Kərim, Vaqif Nəsib, Fikrət Qoca Ucar rayonuna gediblərmiş. Bu xatirəni Vaqif Nəsib yazıb. Bir cavan oğlan Əli Kərimi Fikrət Qoca ilə səhv salaraq soruşur ki, Fidel Kastro niyə saqqalını qırxmır. O zaman Fikrət Qoca Kubadan təzə qayıdıbmış. Əli Kərim də cavabında deyir, ola bilər ki, saqqalının arxasından üzü görünməyəcək (gülür). Belə çox əhvalatları var. Bax onun yumoru beləydi. Qəfil gəlirdi ağlına. Heç fikirləşmədən. Bədahətən.
- Paşa bəy, Əli Kərimin belə cavan dünyadan köçməyində içkinin rolu vardımı?
- Əli Kərimdən çox içən və ondan qat-qat çox yaşayan nə qədər adam var. Məncə, səbəb o deyil. Əli Kərimlə oturub-duran və yaşayanlar var, halbuki onlar daha çox içirdilər. Əli Kərim heç siqaret də çəkmirdi. Onlar siqaret də çəkdilər, amma uzun yaşadılar.
- Bəs xəstəliyini necə bildiniz?
- Əli Kərim xəstə kimi yatmadı heç. Bəlkə də xəstəliyi varmış, bildirmirmiş. Qanı laxtalanırmış. Normadan çox. Ürəyində problem yaratmışdı bu. Son gün, hansı ki, onu xəstəxanaya aparmaq istəyirdilər, getmək istəməyib. Deyib, kiçik oğlum mənsiz yata bilməyəcək. Birtəhər məcbur eləyiblər, xəstəxanaya aparıblar. Amma xəstəxanada çox yatmadı. Səhər bildik ki, vəfat edib. Mən onun ölümünü görmədim. Anam yanındaydı.
- Xəstəxanaya getdi və...
- ...həmin gecə vəfat etdi. 38 yaşı vardı.
- Sizin neçə yaşınız vardı?
- 10.
- Əli Kərimi son dəfə necə xatırlayırsınız?
- Son dəfə onun baxışını xatırlayıram. Xəstəxanaya getdiyi an. Çönüb evə, bizə baxdığı baxış. O baxışı ifadə etmək mümkün deyil.