1961-ci il, 17 iyun... Həmin gün Nikita Xruşovun qəzəbi yerə-göyə sığmayıb. Səhər iş kabinetinə daxil olan kimi baş katib köməkçisinə tapşırıq verib:
- Təcili Mərkəzi Komitənin katiblərini, baş prokuroru, DTK sədrini müşavirəyə toplayın.
Xruşovun qəzəbindən heç nə anlamayan köməkçi dəqiqləşdirmə aparmaq istəyib, düşünüb ki, adətən baş prokurorun, DTK sədrinin iştirak etdiyi müşavirələrə daxili işlər və müdafiə nazirləri də dəvət olunur və astadan soruşub:
- Nikita Segeyeviç, nazirlərdən müşavirəyə dəvət olunacaqmı?
- Kimi dedimsə, onları çağırın.
Köməkçi qapıdan çıxanda Xruşov onu saxlayıb:
- Mədəniyyət nazirini də çağırın, Furtsevaya (mədəniyyət naziri) deyin, təcili gəlsin.
Köməkçi tapşırığı icra edib. Müşavirəyə dəvət alanlar ölkədə hansısa ciddi bir hadisənin baş verdiyini düşünüblər. DTK sədrinin və baş prokurorun da dəvət olunması müşavirənin heç də adi cari məsələ ilə bağlı olmadığından xəbər verib.
Saat 11-də başlanan müşavirə cəmi 10 dəqiqə çəkib. Bu 10 dəqiqənin 8 dəqiqəsində Xruşov yüksək səs tonu ilə “nitq” söyləyib, sonda isə tapşırıqlarını verib:
“...Bizə homoseksuallar lazım deyil, bizə dar şalvar geyinib dalını-qabağını nümayiş etdirən adamlar lazım deyil. Bütün bunlar kommunist əxlaqına ziddir. Haqqında cinayət işi açın, ittihamnamədə homoseksual olduğunu da yazın, sovet qanunları belələrini həbs etməyə imkan verir. İşindən uzaqlaşdırın. Bu cür adamlar cəmiyyətdən təcrid edilməlidir...”
Baş katibin müşavirə otağında söhbət kimdən gedib? Xruşovun qəzəbinə, özündən çıxmasına kim səbəb olub?
Müşavirədən bir gün əvvəl, iyunun 16-da Mərkəzi Komitəyə məlumat verilib ki, SSRİ-də, sonralar isə bütün dünyada məşhur olan balet artisti Rudolf Nuriyev Fransada qastrolda olanda bu ölkədən siyasi sığınacaq istəyib. Nuriyev həmin dövrdə ilk artist olub ki, SSRİ-yə qayıtmaqdan rəsmi imtina edib.
Milliyyəcə tatar olan Rudolf Nuriyev 1938-ci ildə Vladivostok-İrkutsk qatarında anadan olub. Ailə əvvəlcə İrkutskda, sonra isə Ufada yaşayıb. Uşaqlıq illərində Rudolf Ufada uşaq folklor ansamblının rəqs dərnəklərinə gedib. Daha sonra rəqqas peşəkarlığını artırmaq üçün Leninqradda tanınmış balerina Nataliya Dudinskayadan dərs alıb və elə onun köməkliyi ilə Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub.
Rudolf Nuriyev çox qısa müddətdə peşəkar və mükəmməl balet artisti kimi bütün ölkədə tanınıb. Onun Leninqradda çalışdığı Korov adına Opera və Balet teatrında çıxışları xüsusi alqışlarla qarşılanıb.
1961-ci ilin iyun ayında SSRİ mədəniyyət və incəsənət xadimlərinin Fransaya qastrolu zamanı siyahıya Rudolf Nuriyevin də adı salınıb. Balet ustasının Parisdə çıxışları yerli mətbuatın manşetlərində əks olunub.
Məlum olduğu kimi, sovet dövründə SSRİ-nin mədəniyyət və incəsənət nümayəndələri xarici qastrollarda olan zaman həmin ölkələrdə gizli olaraq DTK nəzarətində saxlanıblar, onların hər dəqiqəsi xüsusi xidmət orqanları əməkdaşlarının diqqətində olub. Buna baxmayaraq, Rudolf Nuriyev Parisdə bu “senzura”nı pozub. O, heç kimə xəbərdarlıq etmədən axşamlar mehmanxananı tərk edərək Fransa paytaxtının əyləncə məkanlarında istədiyi kimi vaxt keçirib. Bu əyləncələr DTK əməkdaşlarının diqqətindən yayınmayıb və bu haqda Moskvaya məlumat verilib.
Sovet nümayəndə heyətinin Parisdən sonra Londona qastrolu nəzərdə tutulub. “Qanun”ları pozduğuna görə Rudolf Nuriyevin adı Londona gedən artistlərin siyahısından çıxarılıb. Rəqqas məsələnin nə yerdə olduğunu dərk edib. Digər tərəfdən homoseksual olduğunu heç vaxt danmayan Nuriyev yaxşı anlayıb ki, Moskvaya qayıdanda ən azı cinsi orentasiyasına görə onu ciddi cəza gözləyəcək. Belə ki, mövcud dövrdə homoseksuallıqla bağlı SSRİ-nin cinayət məcəlləsində xususi maddə olub. Bu qarışıq düşüncələrdə olarkən Moskvadan gələn xəbər Nuriyevi sakitləşdirib. Nuriyevə məlumat verilib ki, Kremldə keçiriləcək tədbirdə iştirak etmək üçün o, təcili Moskvaya qayıtmalıdır.
Beləliklə, balet ustası iyunun 16-da səhər saatlarında hava limanına yollanıb. Fransalı qadın həmkarlarından biri onu aeroporta qədər yola salıb. Hava limanının gözləmə zalında həmin qadın Nuriyevə başa salıb ki, bu, bir oyundur və bildirib ki, o, Moskvaya qayıdan kimi dərhal həbs olunacaq. Nə edəcəyini bilməyən Nuriyev çaş-baş qalanda həmin qadın məsləhətini də əsirgəməyib, deyib ki, hava limanında olan polisə yaxınlaşsın və Fransadan siyasi sığınacaq istədiyini bildirsin. Bu məsləhət Nuriyevin ağlına batıb və o, yaxınlıqda dayanan iki polis əməkdaşının qarşısında diz çökərək “mən SSRİ-yə qayıtmaq istəmirəm, mən Fransada qalmaq istəyirəm” deyə onlara yalvarmağa başlayıb. Belə bir məqamda çoxsaylı adamların olduğu hava limanında mülki geyimli DTK əməkdaşları heç bir tədbir görə bilməyiblər. Beləliklə, o, Fransadan siyasi sığınacaq istəyib və onun istəyi müsbər cavablandırılıb.
SSRİ-də isə onun iştirakı olmadan məhkəmə keçirilib, Rudolf Nuriyev “qiyabi” olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Çox qısa müddətdə Rudolf Nuriyev təkcə Fransada yox, bütün Avropada məhşurlaşıb. Onun məhşurluğu, populyarlığı, peşəkarlığı, dünya şöhrətli olmağı haqqında təsəvvür yaratmaq üçün tək bir faktı qeyd etmək kifayətdir. 1964-cü ildə Vyanada Rudolf Nuriyevin quruluş verdiyi və baş rolu ifa etdiyi “Qu gölü” tamaşası sona çatanda tamaşaçıların sürəkli alqışları nə az, nə çox, düz 89 dəfə Rudolf Nuriyevi təkrar-təkrar səhnəyə qayıtmağa məcbur edib. Dünya teatr tarixində bu günə qədər də bu rekordu üstələyən fakt qeydə alınmayıb.
Dünya şöhrətli Rudolf Nuriyev il ərzində ayrı-ayrı ölkələrdə 200-300 arası çıxışları olub. 1983-1989-cu illərdə o, Paris Milli Operasının balet truppasının direktoru vəzifəsində işləyib.
Rudolf Nuriyev qatı antikommunist kimi tanınıb. Sonralar öz xatirələrində o, SSRİ haqqında yazıb:
“Mən tataram, mən müsəlmanam və mən SSRİ-də doğulmuşam. Babalarımdan biri tatar, digəri başqırddır. Mən bu günə qədər də heç cürə müəyyənləşdirə bilmirəm ki, eyni ölkədə yaşayan, eyni ölkənin vətəndaşı olan tatarla rusun fərqi nədir. Bu fərqi yalnız daxilimdə və bizə olan münasibətdə hiss etmişəm. Bir fərqi də bilirəm ki, biz tatarların qanı damarlarında daha sürətlə dövr edir və həmişə qaynamağa hazırdır...”
Uzun illər Rudolf Nuriyevi SSRİ-yə buraxmayıblar. Yalnız 1987-ci ildə o, anasının qəbrini ziyarət etmək üçün SSRİ-yə gəlməyə icazə ala bilib. Ona cəmisi 3 günlük viza verilib. Bu üç gün ərzində Nuriyevə köhnə tanışları ilə görüşməyə icazə verilməyib və SSRİ ərazisində hərəkəti məhdudlaşdırılıb.
1983-cü ildə Rudolf Nuriyev QİÇS-ə (SPİD) yoluxub. Bu onun səhhətində ciddi problemlər yaradıb və on ildən sonra elə bu yoluxmanın fəasadlarından Rudolf Nuriyev 54 yaşında vəfat edib. Öz vəsiyyətinə görə Nuriyev Parisdə rus qəbirstanlığında dəfn olunub