Keçmiş əsir başına gələnləri 27 ildən sonra ilk dəfə danışır.
Zahid Həsənov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Müharibənin qızğın çağında torpaqlarımızın azadlığı uğrunda döyüşə yollanan Z.Həsənov bir müddət sonra erməni hərbçiləri tərəfindən əsir götürülüb. O, 71 gün düşmənin əsarətində ən ağlasığmaz işgəncələrə məruz qalıb.
Həmin hadisələrdən artıq 30 ilə yaxın vaxt ötür. Əsirlikdə Zahid Həsənova dəhşətli işgəncələr verən erməni terrorçuları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç Bakıda ədalət mühakiməsi qarşısında cavab verirlər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç saxlanılaraq, istintaqa cəlb olunublar. Onlar işğal altında olmuş ərazilərdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.
- Zahid bəy, müharibəyə nə zaman qatıldınız?
-1993-cü ildə könüllü olaraq Füzuli rayonunun hərbi komissarlığına ərizə ilə müraciət edib müharibəyə yollandım. Biz Beyləqan- Füzuli istiqamətində döyüşürdük. Bir çox yerləri azad etmişdik. 1994-cü ilin mart ayında Füzulinin Aşağı Seyidəhmədli kəndində döyüşdə yaralandım. Elə vəziyyət yarandı ki, yoldaşlarım məni döyüş meydanından çıxara bilmədilər. Beləliklə, martın 8-də ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürüldüm.
- Hansı nahiyyədən yaralanmışdınız?
- Baş nahiyyəmdən, çiynimdən, belimdən və ayaqlarımdan yaralanmışdım. Bədənimdə 30 qəlpə var. Elə buna görə də hərəkət edə bilmədim, orada qaldım. Məni ərazidən çıxara bilmədilər. Ermənilər məni Xankəndində uşaq xəstəxanası deyilən bir yer vardı, ora apardılar. Xəstəxanada qaldığım müddətdə müalicə etmədilər. Ay yarım Xankəndində saxlanıldım. 45 gün ərzində Qırmızı Xaç Komitəsinin nümayəndələri cəmi 3 dəfə mənə baş çəkdilər.
Aprel ayının sonunda Şuşa həbsxanasına apardılar. Xankəndində olanda Moskvanın “Vesti” proqramının əməkdaşları bizimlə çəkiliş etməyə gəlmişdilər. Erməni jurnalist də onlarla birgə idi. Məcbur edirdilər ki, hökumətimiz əleyhinə çıxış edək və bildirək ki, müharibəyə getmək istəmirdik, bizi zorla gətiriblər.
Mən müharibəyə gedəndə 34 yaşım vardı. Məni zorla apara bilməzdilər. Könüllü getmişdim. Bir sözlə, onların dediyinə əməl etmədim. Çəkiliş bitəndən sonra erməni jurnalist əlindəki qəzeti alnıma vurdu. Qəzetin arasında dəmir parçası var idi. Alnımdakı çapıq həmin hadisə zamanı yaranıb. Alyoşa Xosrovyan da orada idi. O, çəkiliş zamanı danışmadığıma görə mənə işgəncə verdi. Dodağımdakı çapıq onun vurduğu izdir.
- Alyoşa o zaman hansı vəzifəni icra edirdi?
- Alyoşa hərbçi idi. Şuşa türməsində nəzarətçi vəzifəsini icra edirdi. O, hər 10 gündən bir Xankəndinə gəlib xəstəxanada sağalan əsirləri və girovları götürüb, Şuşa türməsinə aparırdı. Birinci dəfə mən onu orada görmüşəm. Alyoşa mən də daxil olmaqla, bir neçə nəfəri Şuşa həbsxanasına apardı.
- Şuşa həbsxanasında vəziyyət necə idi?
- Şuşa həbsxanası ağır yerdir. Orada bütün işgəncələrə məruz qalmışıq. Mkrtiçyan Lüdvik kimi tanınan, bizim isə Lyoxa adlandırdığımız ermənini məhz həmin türmədə gördüm. O da azərbaycanlı əsir və girovlara işgəncələr verirdi. Həbsxanada işgəncələrə tab gətirməyib ölənlər də oldu. Bir nəfər azərbaycanlını yüksək cərəyanlı xətti bağlamağa məcbur etdilər. Həmin şəxsi cərəyan vurdu və dünyasını dəyişdi.
Xankəndində olduğum vaxt təxminən 40 nəfərə yaxın əsir və girov vardı. Onların içərisində qadın və uşaqlara da rast gəlmək olurdu. Cəmi bir nəfər nəzarətçi var idi. İstənilən erməni gəlib bizə işgəncə verə bilərdi. Onlara sərbəstlik verilmişdi. Azərbaycanlı əsirləri orta məktəb şagirdlərinə göstərib deyirdilər ki, bunlar türklərdir, sizin düşmənlərinizdir.
- Şuşa həbsxanasında sizə tibbi yardım göstərilmədi?
- Heç bir yardım göstərilmirdi. Gündə bir dəfə qidalanırdıq. Soyuq çay və bir dilim çörək verilirdi. Orada şərait çox ağır idi. Natəmizlik baş alıb gedirdi. Üstəlik çox vahiməli bir yer idi. Qapılar yüksək səslə açılıb bağlanırdı. Torpaq görmürdük, ancaq səmaya baxa bilirdik.
Türmə düz qayanın üstündədir. 30-40 metr o tərəfə Azərbaycan qəbiristanlığı yerləşirdi. Həmin qəbiristanlığı da darmadağın etmişdilər.
- Aranızda qadın və uşaqların da olduğunu dediniz. Onlarla necə davranırdılar?
- Eyni qaydada... Onlara da işgəncə verirdilər.
- Daha çox hansı işgəncə növlərindən istifadə edirdilər?
- Armatur, dəmir parçası, meşə odunu və dubinka ilə döyürdülər. Uşaqlar mənə əllərini, ayaqlarını göstərmişdilər. Hamısını it dişləmişdi. Əsirlərin üstünə itləri buraxırdılar. Lyoxa boksla məşqul olurdu. O, əsirləri boks əlcəyi ilə döyürdü. Karen, Qarik, Samvel, Muxtar, Armiyan da var idi. Bizə işgəncələr verirdilər.
- Əsirlikdə sizinlə hansı dildə danışırdılar?
- Azərbaycan dilində. Bizim dili təmiz bilirdilər. İndi boyunlarından atırlar. Tərcüməçi məhkəmədə tərcüməsini bitirməmiş Alyoşa cavabını verir. Diqqətlə baxanda bilinir ki, hər şeyi başa düşür. Biz müstəntiqlə Azərbaycan dilində danışırdıq. Alyoşa qıraqdan reaksiya verib “Eto ne bılo” dedi. Biz gülüb ona Azərbaycan dilini bilirsən dedik. Özü də bir anlıq çaşdı.
- Kameralarda tək saxlanırdınız?
- Kimisə gizlədirdilərsə, tək saxlayırdılar. Elə kameralar vardı idi ki, orada 12 nəfər olurdu. Məni bir dəfə karsa salmışdılar. Qapını açıb üstümə bir vedrə soyuq su tökdülər.
- Şuşa türməsində təxminən neçə azərbaycanlı olardı?
- Mən olan vaxt təxminən 30 nəfərə yaxın azərbaycanlı əsir düşmüşdü. Onlardan bəziləri ilə bu günlərədə keçirilən məhkəmədə görüşdük. Qayıda bilməyənlər, öldürülənlər də oldu.
- 71 gündən sonra əsirlikdən azad edildiniz..
- Erməni mayor Albert Vasqanyan mənə dəyişdiriləcəyimi dedi. Adətən bizim tərəf bir erməni təhvil verəndə 10-15 azərbaycanlını geri alırdı. Məndə isə təkbətək oldu. Vartan adlı 18 yaşlı erməni ilə dəyişdirildim. Dayısı polkovnik, qardaşı kapitan idi. Ermənistan vətəndaşı idi. Onu dəyişdiriləndə gördüm.
Ailəli idim. Iki qızım var idi. Anam heç əsir düşdüyümü bilmirdi. Füzulidə Aşağı Seyidəhmədli kəndində qarşıladılar məni. Sözün açığı 27 il ərzində heç yerdə müsahibə vermirdim. Biz müsahibə verəndə ermənilər bizim hərbi əsirləri incidirdilər. İndi isə torpaqlarımız azaddır, düşmən əsirliyində olanlarımız yoxdur.
- Əsir olduğunuz müddətdə sizdən nələri soruşurdular?
- Bizim hərbi sirləri bilmək istəyirdilər. Nə qədər texnikamızın olması ilə maraqlanırdılar. Yaxud da öz tərəflərinə çəkmək istəyirdilər.
- Ağlınıza gələrdimi ki, 27 ildən sonra sizə işgəncə verən ermənilərlə görüşəcəksiniz?
- Açığı inanmırdım ki, belə bir şey olar. İnanıram ki, igidlərimiz digər erməni cinayətkarlarını da gətirib, burada mühakimə edəcəklər.
Azvision.az