“Dağ mirvarisi” Qaragöl ətrafında son günlər yaşanan gərginlik yaxın tariximizdə yol verdiyimiz bir ümumi səhvimizi də üzə çıxardı. Düşmən tərəfin Qaragöl ətrafında dirəşib, “buralar bizimdir” deməsinin bir səbəbi də odur ki, onlar hələ 1950-1960-cı illərdən öz tərəflərindən gölün sahilinə qədər kifayət qədər rahat yol çəkmişdilər. Göl və ətrafı bizim ola-ola istədikləri vaxt oralara gəlib-gedə bilirdilər, göldən Gorusa boru ilə içməli su xətti çəkmişdilər, orada balıq yetişdirib yeyirdilər, arada bizə də balıq satırdılar və sairə”
Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov fikir bildirib. O qeyd edib ki, tarixi torpağımız olan Qaragölə biz tərəfdən yalnız yayda (yaylaq vaxtı) atla və ya piyada gedə bilirdik: “Özü də nəinki sərhədə yaxın yerləşən Qaragölə, həm də Əhmədli və Minkənd kəndlərindən Qərbdə və Şimal-Qərbdə yerləşən yüzlərlə kvadrat kilometr (bəzi kiçik rayonlarımızın ərazisi qədər olan) yaylaq sahələrinə də yalnız yayda çox bərbad olan yollarla gedə bilirdik. Həmin yalaqlara Beyləqan, Ağcabədi, Bərdə, İmişli, Füzuli, Ağdam, Cəbrayıl rayonlarından hər il 100 minlərlə mal-qara gətirilirdi. Lakin yol yox kimi idi. Həm Laçının, həm o dövr üçün kifayət qədər zəngin olan saydığım rayonların, həm də respublikanın səlahiyyətli şəxslərindən heç kimin oralara normal yol çəkmək fikri yox idi. Oraları 1992-1993-də həm də ona görə asanlıqla itirmişdik”.
Ərşad Hüseynov əlavə edib ki, düşmən SSRİ büdcəsindən hər yolla vəsait qopararaq az qala hər dağın başına yol çəkmiş, az qala hər qəsəbədə aeroport da tikdirmişdi: “Keçmişdən dərs çıxarmaqla bütün səhvlərimizi düzəltməli, öncə sərhəd boyu tam olaraq ərazi bütövlüyümüzü təmin etməli, daha sonra gözəl ifrastruktur yaratmalıyıq. Elə etməliyik ki, düşmən oralara necə “bitdiyimizi” yaxşıca görüb bir də o tərəflərə baxmasın”.