1943-cü ilin avqustun 2-də keçirilən Dövlət Müdafiə Komitəsinin iclasında müzakirəsi planlaşdırılan məsələlərə keçməzdən əvvəl Stalin Beriyaya müraciət edib:
- Lavrenti Pavloviç, Dövlət Müdafiə Komitəsinin üzvləri Belarusiya hadisəsi ilə bağlı sizin qısa məruzənizi eşitmək istəyir.
Stalinin səsində yüksək əhval hiss olunub. O cümlədən Beriya da çox gümrah bir şəkildə ayağa qalxaraq yerindən məruzəyə etməyə başyalıb:
- Yoldaş Stalin, hadisəni tam təfərrüatı ilə yazılı şəkildə bu gün sizə təqdim edəcəyik. Qısa olaraq bildirmək istəyirəm ki, “NKVD”-nin bir qrup xüsusi əməkdaşları iyulun 30-da Belarusiyanın Osipoviçi şəhərində yerləşən dəmiryol stansiyada əməliyyat keçiriblər. Əməliyyat nəticəsində düşmənin 4 hərbi eşelonu məhv edilib, silah-sursat və texnika olan 63 vaqon, ərzaq məhsulları olan 16 vaqon, 5 parovoz yanaraq sıradan çıxıb, 11 tank, 105 top məhv edilib. Stansiyada yerləşən təyyarə və ağır texnikalar üçün yanacaq anbarları partladılıb. Osipoviçi dəmiryol qovşağı darmadağın edilib, ümumilikdə 17 kilometr dəmiryol xətti tam sıradan çıxıb ki, bununla da almanların Kursk istiqamətinə texnika, silah-sursat, yanacaq, ərzaq məhsullarının daşınmasının qarşısı alınıb.
- Əməkdaşların mükafatlandırılması üçün təqdimat hazırlayın. Mən Dövlət Müdafiə Komitəsinin üzvləri adından sizə təşəkkür elan edirəm.
Əslində, “NKVD” əməkdaşlarının sözügedən hadisəyə heç bir aidiyyatı olmayıb və heç bir xüsusi əməliyyat keçirilməyib. Sadəcə, onlar bu hadisədə seyrçi qismində iştirak ediblər.
Osipoviçi hadisəsi dünya tarixində, o cümlədən II dünya müharibəsi tarixində ən böyük nəqliyyat diversiyası sayılıb. Bu diversiyanı isə tək bir adam həyata keçirib – Fyodr Krıloviç. Amma onun haqqı Beriya tərəfindən yeyilib, Beriya özünü Stalinin qarşısında hər şeyə qadir şəxs kimi göstərmək üçün bu hadisəni “NKVD”-nin ayağına yazıb.
Fyodr Krıloviç 1916-cı ildə Minskdə anadan olub. Vitebskdə texnikumda təhsil alıb. 1936-1940-cı illərdə hərbi xidmətdə olub, sovet-fin müharibəsində iştirak edib. Hərbi xidmətdən sonra o, Osipovici dəmiryol qovşağında elektrik kimi işləməyə başlayıb. Almanlar SSRİ-yə hücum edəndə Osipoviçi dəmiryol qovşağı Vermaxt qoşunlarının əsas bazalarından birinə çevrilib. Bölgə bütövlükdə alamanların işğalı altına düşüb. Osipoviçi stansiyasının 50-100 metrliyində almanlar əsir düşərgəsi də salıblar. Fyodr Krıloviç almanların əlinin altında işini davam etdirib. O, gizli olaraq Belarusiya partizanları ilə əlaqə yaradıb, dəfələrlə partizanlarla stansiyada partlayış, diversiya törətmək məsələsi müzakirə olunsa da, 1943-cü ilin yayına qədər stansiyaya yaxın düşmək mümkün olmayıb.
Nəhayət, Fyodr Krıloviç tək hərəkət etməyə qərar verib, diversiya planını cızıb. Bu işdə ona yalnız bir neçə nəfər hərbi xidmətə yaşı düşməyən yeniyetmə kömək edib. Belə ki, diversiya törətmək üçün minaların stansiyanın ərazisinə daşınmasında onlar köməklik ediblər, ot daşıdıqları əl arabalarında minaları lazımi yerə çatdıra biliblər.
1943-cü ilin iyulun 29-da səhər növbəyə daxil olan Fyodr Krıloviç əraziyə gələn kimi stansiyanın işıqlandırma sistemində süni əngəl yaradıb. Axşam saatlarında işıqlarda problem olduğunu görən növbətçi alman zabiti Krıloviçi yanına çağırıb. Krıloviç sistemə ilkin baxış keçirdikdən sonra növbətçiyə bildirib ki, dəmiyol boyunca uzanan və stansiyada olan bütün elrktrik xətlərinə baxmaq lazımdır. Alman zabiti Fyodr Krıloviçin sakit bir adam olduğunu nəzərə alaraq ona ərazidə sərbəst hərəkət etməyə icazə verib. Fyodr Krıloviç bu fürsətdən istifadə edərək altı ədəd ingilis istehsalı olan partlayıcı qurğuları lazımi yerlərə yerləşdirib. O, bu qurğuları Belarusiya komsomolunun rəhbərləri vasitəsi ilə əldə edib.
İşini bitirdikdən sonra Krıloviç işıqları yandrıb, özü isə stansiyasını tərk edib. Evə çatanda birinci partlayış səsini eşidib. Patlayışlar və yanğınlar o qədər güclü olub ki, stansiyanın yaxınlığında yerləşən əsir düşərgəsinin nəzarətçiləri də panikaya düşüb xidməti yerlərinindən qaçıblar, əsirlər isə düşərgədən çıxaraq Belarusiya partizanlarına qoşulublar.
Partlayış nəticəsində stansiyasını mühafizə edən 50-dən artıq alman hərbçisindən heç biri sağ qalmayıb.
Bu diversiya Almaniya üçün böyük zərbə olub. Amma onu törədən Fyodr Krıloviç düşmənə vurduğu bu ağır zərbəyə görə öz laiqli mükafatını ala bilməyib. Hətta Vermaxtın ali rütbəli zabitləri Krıloviçi “Stalinin superdiversantı” adlandırdığı halda, Stalin hakimiyyəti onu qiymətləndirməyib, qəhrəman adı başqalarına verilib.
Həmin hadisədən sonra Fyodr Krıloviç partizan dəstələrinə qoşulub, daha bir neçə dəfə böyük diversiyalarla alman qoşunlarına ciddi problemlər yaradıb.
Müharibədən sonra Krıloviç yenidən Osipoviçiyə qayıdıb və yenidən həmin stansiyada elektrik işləyib. Sağlamlığını itirmiş superdiversant ömrünün son illərini ehtiyac içərisində yaşayıb və 43 yaşında vəfat edib. Onun əvəzinə qəhrəman ulduzunu daşıyanlar isə bütün güzəştlərdən istifadə edərək qəzetlərə Osipoviçi hadisələri haqqında geniş müsahibələr veriblər.
İlham Cəmiloğlu, Musavat.com