Sovet-alman müharibəsindən qalib çıxan SSRİ-də müharibədən sonrakı dövrdə böyük problemlər yaşanıb. Böyük itkilər, iqtisadiyyatın ağır duruma düşməsi, yenidənqurma və bərpa işləri, ordu quruculuğunda islahatların aparılması və bu kimi digər məsələlər sovet rəhbərləri qarşısında təxirəsalınmaz vəzifələr qoyub.
Çətinliklər yalnız bunlardan ibarət olmayıb. Siyasi mühiti yeniləmək üçün kadr islahatlarına da ciddi ehtiyac duyulub, daha doğrusu, İosif Stalin bunu vacib sayıb. Ən başlıcası isə Kreml məmurlarını narahat edən qalib sərkərdələrin qazandıqları böyük nüfuz olub ki, kompartiyanın mərkəzi komitəsi onların qruplaşma ehtimalını istisna etməyiblər. Bu məsələdə diqqət mərkəzində dayanan əsas fiqur isə marşal Georgi Jukov olub.
Jukova qarşı mqsədli şəkildə ittihamlar irəli sürülüb. Hətta onun hakimiyyətə iddialı olması fikirləri də səsləndirilib. “Qənimət işi”ndə marşalı həbs təhlükəsi də gözləyib. Amma irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.
Kreml son çıxış yolu kimi Jukovu “zərərsizləşdirmək” üçün Moskvadan uzaqlaşdırıblar, əvvəlcə Odessa, sonra isə Ural hərbi dairəsinə komandan göndəriblər. Marşalı “sürgün”də də rahat buraxmayıblar. Ən adi hadisələr belə ictimaiyyətə şişirdilərək təqdim olunub. Belə hadisələrdən biri də 1951-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) baş verib.
1951-ci ilin may ayının 1-də Sverdlovskda keçirilən bayram paradına Jukov komandanlıq edib. O, şəhərin mərkəzi meydanına atla daxil olaraq hərbçiləri salamlayıb. At meydanın mərkəzinə yaxınlaşanda gözlənilmədən şahə qalxıb, sonra isə büdrəyərək yıxılıb. Çətin vəziyyətə düşən marşal özünü itirməyib, o, at yıxılan anda çevikliklə tullanıb, əvvəlcə farağat komandasını alıb, sonra isə hərbi addımlarla tribunaya doğru üz tututb, heç nə olmamış kimi tribunadan meydandan keçəcək hərbçilərə komandalar verməyə davam edib.
Atın yıxılmasına fotojurnalist İqor Paşkeviç səbəb olub. O, yerli qəzetdə çalışıb. Paşkeviç sovet-alman müharibəsinin iştirakçısı olduğundan qələbə marşalının yaxından çəkmək şansını əldən verməyərək daha yaxın məsafədə “mövqe” tutub. Fotoaparatın obyektivinin linzasına düşən günəş şüasının əksi atın gözünə düşüb və at bu şüanın təsirindən şahə qalxaraq “sahib”ini yerə yıxıb.
Jukovun çevikliyi, özünü itirməməsi parada toplaşanların alqışlarına səbəb olub. Yerdən “Qələbə marşalına eşq olsun”, “Ju-kov, Ju-kov” kimi şüarlar səsləndirilib. Elə bu şüarlar da marşal üçün növbəti problemi yaradıb. Çünki həmin ərəfədə bütün dövlət tədbirlərində yalnız Stalinin və Kommunist Partiyasının şərəfinə şüarlar deyilib.
Yerli “NKVD” əməkdaşları hadisə ilə bağlı dəqiqələr ərzində Moskvaya məruzə ediblər və dərhal da cavab alıblar. Stalinlə məsləhətləşmədən sonra Lavrenti Beriyanın göstərişi ilə həmin parad haqqında reportaj və məqalənin getməsi mətbuata qadağan edilib.
Tədbirdə iştirak edən jurnalistlərdən dərhal bütün materiallar götürülüb. İqor Paşkeviçin vəziyyəti isə daha ağır olub. O, çəkilişə görə həm Jukova cavab verməli olub, həm də “NKVD” əməkdaşlarına. Onun qələbə marşalına yaxın gəlməsini az qala terror, sui-qəsd cəhdi kimi qiymətləndiriblər. Fotojurnalist marşala anlatmağa çalışıb ki, onun bu çəkilişdə heç bir kənar məqsədi olmayıb, o, öz vəzifə borcunu yerinə yetirib. Onu da bildirib ki, o, Jukova hədsiz rəğbətindən onun şəkillərini daha yaxşı çəkməyə cəhd edib.
“Jukova hədsiz rəğbət” – bu ifadə isə “NKVD” əməkdaşlarını qıcıqlandırıb. Çünki onlar öz şeflərinin Jukovdan xoşu gəlmədiyini yaxşı biliblər.
Uzun-uzadı sorğu-sualdan sonra İqor Paşkeviç sərbəst buraxılıb. Onun kamerasındakı lenti yandırıblar. Amma fotojurnalistin üstündə olan digər fotoaparatı yoxlamaq heç kimin ağlına gəlməyib.
Paraddan bir gün sonra Stalindən Jukova sərt təpki gəlib. Stalin növbəti dəfə “Bizə Napoleon lazım deyil” ifadəsini Jukova xatırladıb.
Beriya isə Jukovun yıxılmasına belə reaksiya verib: “Jukovun hikkə və iddialarına at dözə bilmədi. Yıxılmalı adam gec-tez yıxılmalı idi...”
Marşal Jukov dünyanın 30 ölkəsində 19 dildə çap olunan “Xatirələr, düşüncülər” kitabında bu hadisə haqqında heç nə yazmayıb. Kitabda həmin paradla bağlı heç bir şəkil də verilməyib. Sonralar verdiyi müsahibələrdə jurnalistlərin həmin paradla bağlı verdikləri sualları da marşal cavablandırmayıb.
Bəzi tarixçilərin qənaətinə görə, Jukovun yıxılması qəsdən təşkil edilib, marşalı alçaltmaq, xoşagəlməz vəziyyətə salmaq üçün bu hadisənin əvvəlcədən planlaşdırıldığı qeyd olunub.
Jukovun həmin paraddakı şəkilləri isə yalnız 60 ildən sonra üzə çıxıb. Fotojurnalist İqor Paşkeviş 2011-ci ildə vəfat etdikdən sonra həyat yoldaşı onun arxivini muzeyə təhvil verib. Fotoların arasından muzey əməkdaşları həmin şəkilləri də tapıblar.
İlham Cəmiloğlu, Musavat.com