3 may Dünya Mətbuat Azadlığı Günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər dünya hökumətlərini mətbuat azadlığının təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi“ni qəbul ediblər. Buna istinadla BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan edən qərar verib.
Bəs, müstəqilliyin 30-cu ilində Azərbaycanda media azadlığı hansı səviyyədədir? Media rəhbərləri və jurnalistlər özünü azad hiss edirmi? Özünü azad hiss etməyənlər bu sahədə hansı məhdudiyyətlər və problemlərdən narahatdır?
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – ”Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Press Klub”a şərhində bir insan kimi özünü hər zaman azad hiss etdiyini bildirdi:
“Heç bir insan mənə məhdudiyyət qoya bilməz. Əgər söhbət fikir azadlığından, sərbəstliyindən, düşüncədən gedirsə, bir insan kimi bunlar məndə var. Çünki istədiyimi hər zaman yazmışam. Amma müəyyən məqamlarda iki addım irəli getməkdən ötrü bir addım geri addım atmışam. Bu, ölkəmizdəki vəziyyətdən asılı olan bir məsələdir”.
E. Şıxlının fikrincə, ümumiyyətlə, həyat kompromislərdən ibarətdir:
“Kompromisə getməsən, onda gərək səhərdən axşama qədər əlinə qılınc alıb, hamı ilə dava edəsən. Bu isə mümkün deyil. Mübarizə aparmaq olar, amma bu, heç də o deyil ki, əlinə qlınc alıb, hamı ilə dava etməyə başlayırsan. Yazıda da, düşəncədə də belədir. Mənim düçüncə tərzimlə bir başqasının düşüncə tərzi daban-dabana zidd ola bilər. O düşünür ki, o haqlıdır, mən də düşünürəm ki, mən haqlıyam. Bu məqamda əgər bir ikimiz də savadlı və mədəni insanlarıqsa, bir-birimizlə müzakirə aparıb, ortaq məxrəcə gələ bilirik. Əgər mən görürəmsə bu insanı inandırmaq və yola gətirmək mümkün deyil, mən onunla mübahisəni kəsirəm, öz getdiyim yolu gedirəm. Təəssüf ki, bizdə qarşısında durduğun adam heç də həmişə sənin nə istədiyini başa düşmək istəmir. Çünki onun ya səviyyəsi çatmır, ya savadı, ya da mədəni səviyyəsi. Biz jurnalistikanı ancaq təbliğat və təşviqat maşını kimi görürük. Amma təbliğat-təşviqat olan yerdə jurnalistika məhv olur. Bu, sovet dövründən qalma əcaib bir şeydir. Əgər biz bunun öhdəsindən gələ bilsək, hesab edin ki, çox işin öhdəsindən gələ bilmişik”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Azərbaycanda media azadlığı sahəsində problemlər olduğunu və demək olar ki, azad medianın mövcud olmadığını vurğuladı:
“Media institutu deyilən bir şey qalmayıb. Tək-tük təşəbbüslər var. Özünü azad hiss etmək üçün iqtisadi cəhətdən azad olmalısan. Məsələn, 1990-cı illərin sonlarında bizdə 45 nəfər çalışırdısa, indi 10 nəfər çalışır. Söz azadlığı kifayət qədər məhdudlaşdırılıb, bu isə bizim əl-qolumuzu xeyli bağlayır”.
M. Əliyev qələbə ilə yekunlaşan Qarabağ müharibəsindən sonrakı vəziyyətə toxundu:
“Bir tərəfdən hakimiyyət bizim nömrəli problemimizi həll etdi. Hökumətin bu işi tərifə layiqdir. Digər tərəfdən isə xeyli iqtisadi və siyasi problemlər, medianın vəziyyəti ilə bağlı narazılıqlar var. Həmin problemlər qalır, həlli tapılmır və s… Vəziyyət tam aydın deyil, mürəkkəblik hələ də qalır. Bizim işimiz nöqsanları tapıb, onları göstərməkdir. Bəzi məsələlər var ki, reaksiya verilir. Bəzi məsələlər də var ki, ona biz nail olmalı və tələb etməliyik. Bu cür şəraitdə işləyirik…”
Jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli bildirdi ki, hər il Dünya Mətbuat Azadlığı ondan ötrü qeyd olunur ki, xüsusilə keçid dövrü yaşayan ölkələrdə mətbuatın problemlərinə diqqət yetirilsin, onun siyasi hakimiyyətlərdən, biznesdən asılılığı azaldılsın, cəmiyyətlər azad mediaya sahib olsunlar:
“Mətbuat azadlığı nə deməkdir? Mətbuat azadlığı birinci növbədə bizim verdiyimiz məlumatın atmosferidir, onun hava fəzasıdır. Bu fəza olmasa, səsimiz çıxmaz, azad mətbuat görünməz, onun səsini cəmiyyət eşitməz. Bu baxımdan mətbuat azadlığı istənilən cəmiyyət üçün bir dəyər, ictimai sərvətdir”.
Q.Məhərrəmli əlavə etdi ki, mətbuat azadlığı ilə bağlı hər il “Sərhədsiz Reportyorlar” və digər təşkilatlar mətbuat azadlığı indeksini açıqlayırlar:
“Təəssüf ki, son illərdə Azərbaycan bu sıralamalarda xeyli geriləyib. Bunun bir səbəbi Qarabağ savaşı zamanı internetin kəsilməsi, bağlanması ilə bağlı idi. Lakin biz görürük ki, ölkədə söz və mətbuat azadlığı sahəsində indi də bəzi problemlər var. Bu problemlər nələrdir? Birinci növbədə mətbuat orqanları informasiya mənbələrinə çata bilmirlər. Yəni informasiyalar bir çox hallarda əlçatan olmur. Jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün problemlər var. Onların öz fikirlərini ifadə edib, yaymaları üçün bəzi hallarda problemlər olur. Bizim danışdıqlarımızın məğzi ondan ibarətdir ki, bu ölkədə azad media inkişaf etsin, cəmiyyət rahat şəkildə informasiyalar əldə edə bilsin”.
pressklub