Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Atası həkim səhlənkarlığının qurbanı olduğu üçün həkimlikdən imtina etdi,



Ovladı sağalmaz xəstəliyə tutulanda isə yenidən həkimliyə qayıdıb dünya şöhrətli mütəxəssis oldu

Cenub.az saytının məlumatına görə, Bakıda, “Alov Qüllələri”nin kino zalında dünya şöhrətli həkim  Aleksandra Maksimovnaya həsr olunmuş filmin təqdimatı olub.

Məlumat üçün bildirək ki, A. Maksimovna gürcü əsillidir.

O, tibb institutunu bitirdikdən sonra öz ölkəsində adi bir həkim kimi çalışıb. Lakin atası gənc yaşlarında ağır xəstə olandan sonra həkim səriştəsizliyinin qurbanı olub, gözü qarşısında həyatını itirəndən  sonra həkimliyə vida deyib. Doğma peşəsi ilə vidalaşanda sonra kiçik bizneslə məşğul olub,  ailə qurub, dünyaya övlad gətirib. Həmin övladı isə ağır xəstəliyə tutulub, yenə də həkim səriştəsizliyindən övladının  xəstəliyi daha sərtləşib və o, autizim xəstəsinə çevrilib.

Övladının acı taleyi ilə barışmayan A. Maksimovna bütün həyatını dəyişən addıma əl atıb. Yenidən əvvəlki həkim peşəsinə qayıdaraq dünya tibb elminə dair olduqca fərqli kitablar oxuyub, bu xəstəliyə olduqca fərqli baxışlarlardan yanaşaraq, çoxlu əziyyətlərdən sonra övladını bu ağır xəstəlikdən xilas edib.

A.    Maksimovna övladını xilas etməklə kifayətlənməyərək özünün əldə etdiyi orijinal təcrübəni daha inkişaf etdirərək dünya miqyasında şöhrətlənib.  Belçika, Qazaxıstan, Rusiya   və sair ölkələrinin patentini alıb.

A.    Maksimovna şöhrəti Azərbaycana da çatıb. Ağ Çiçək və digər şirkətlərinin sponsorluğu ilə onun haqqında 50 dəqiqəlik sənədli film çəkiilb. Filmin ssenarisi Nurlanə Əliyeva, baş rejissoru isə həmyerlimiz, bir sıra filmlərin və seriallarıana quruluş vermiş Elçin Məmiyevdir. 

150 nəfərə yaxın tamaşaçının iştirakı ilə “Alov Qüllələri”nin kino zalında filmin təqdimatı olduqca maraqla qarşılandı.

Sonda onu da xatırladaq ki, Aleksdra xanımın möcüzəli xidmətindən yararlanmaq üçün onun Bakı təmsilçisi  Nurlana xanımla əlaqə saxlamaq olar.

Filmin reşissoru Elçin Məmiyevə isə yeni uğurlar  arzulayırıq.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10