Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Düyümüz və tütünümüz niyə bol olacaq?



Masallıda çəltik zavodunun tikintisinə başlanması, eləcə də tütün qəbulu və qurutma məntəqəsinin də yaxın günlərdə inşasına start veriləcəyi bu suala müsbət cavab verməyə imkan yaradır

Düyümüz və tütünümüz niyə bol olacaq?


Sovet hakimiyyətinin sön illərində Masallıda 40-a yaxın sənaye və emal müəssisəsi fəaliyyət göstərirdi. Belə obyektlərə konserv, tütün. süd, kərpic, panel zavodları, 5 çay fabrikini və sairi misal göstərmək olar. Son 20-25 ildə onların bir çoxu dağıldı, satıldı, istifadəsiz qaldı və sair.

Sonralar mebel fabrikləri, kərpic zavodları daha da çoxaldı. Yaxın vaxtlarda isə yeni yönümlü zavod və emal müəssisələrinin yaradılmasına start verilib.

Yəqin ki, bir sualın cavabı çoxları üçün maraqlı olar-əvvəllər sovetlərin tərəvəz-xiyar, pomidor “paytaxtlarından” olan

Masallıda hazırda nə əkilər, nələr əkiləcək və necə emal ediləcək?

Masallı RİH Başçısının müavini Nəsir Muxtarlı sualımızı belə cavablandırdı:


- Son 20-25 ildə Masallıda əsasən taxılçılıq geniş yayılıb ki, bu sahə gəlir gətirmədiyi və az əməktutumlu olduğu üçün daha gəlirli əkin növlərinin inkişaf etdirilməsi üçün tədbirlər görülür. Görülən tədbirlərin nəticəsi olaraq son illərdə kartofçuluq, çəltikçilik, tütünçülük, çayçılıq, çiyələkçilik, müxtəlif növ tərəvəz və bostan sahələri genişləndirilmişdir. Bu il Masallıda 200 hektara yaxın sahədə çəltik əkildi, biçildi, yaxşı da məhsul əldə edildi.

- Növbəti ildə çəltik sahələrinin həcmini 300 hektara çatdırmaq nəzərdə tutulub. Həm də rayonda çəltik zavodu inşa edilir. Yəqin ki, rayonda çəltik zavodunun tikintisi bu sahəyə marağı daha da artıracaq.

Bu il 32.5 hektar sahədə tütün əkilmiş və hazırkı dövrə kimi 26.45 ton tütün qurudularaq təhvil verilmişdir. Növbəti ilin hədəfində Masallıda 200 hektar tütün əkilməsi planlaşdırılıb. Rayonda tikilməsi planlaşdırılan tütün qəbulu və qurudulması zavodu nəinki Masallının, eləcə də digər rayonların da tütün məhsulunu qəbul etmək gücündə olacaq.

Rayonun dağətəyi ərazilərində Dövlət dəstəyi ilə 1000 hektar çay plantasiyasının salınması məqsədi ilə hazırlıq işləri görülür və bu layihənin həyata keçirilməsi Masallı rayonunda 3000-ə yaxın yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.

Hazırda 50 hektara yaxın sahədə çay plantasiyası salınmış və bu istiqamətdə işlər davam etdirilir.

Rayonda baramaçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Hazırda Masallı ərazisində 25 hektar tut bağı var. Bütün ərazilərə paylaşmaqla daha 10 min tut tinginin salınmasına nəzərdə tutulmuş və növbəti ildə Masallıda 2 ton barama istehsalı planlaşdırılır.

Bu il rayon ərazisində 70 hektar sahədə ənənəvi əkin sahələrindən olan kələm əkilməsi də nəzərdə tutulmuşdur.

Ona çalşacağıq ki, torpaqlarımızdan maksimum səmərəli istifadə edək.


Hazırladı: Abdul





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10