Məlum olduğu kimi, orta təhsil müəssisələrində fevralın 1-dən etibarən əyani dərslər qismən bərpa olunub. Əyani təhsilə keçiddən sonra isə bəzi məktəblər yoluxma sayının yüksək olması səbəbindən yenidən distant təhsilə qayıdıb.
Qeyd edək ki, distant təhsilin müddəti bütün məktəblərdə eyni deyil, rəqəmlər dəyişir...
Belə olan halda sual ortaya çıxır, məktəblərdə distant rejimə keçid qərarı hansı halda verilir? Qapanma müddəti hansı meyarlar əsas götürülməklə təyin edilir?
Sfera.az-ın əməkdaşı məsələni araşdırıb.
Mövzu ətrafında saytımıza danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, distant rejimlə bağlı qərar epidemioloji mərkəz tərəfindən verilir. Qurum nümayəndəsi distant rejimdən qayıdan məktəblərin yenidən bu rejimə dönməsi məsələsinə də aydınlıq gətirib:
"Orta təhsil müəssisələrində distant rejimə keçidlə bağlı qərarı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qərar verir. Onların rəyi əsasında məktəblərdə 7 yaxud 14 gün müddətinə dərslər dayandırılır. Məktəblərdə əyani təhsilin bərpası da məhz onların qərarından sonra mümkün olur.
Qeyd edim ki, orta təhsil müəssisələrində əyani təhsil bərpa olunduqdan sonra heç bir məktəbdə iki dəfə olmaqla distant rejim tətbiq edilməyib. Distant təhsilə keçən məktəblərin adını isə davamlı olaraq açıqlayırıq".
Sualla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, təhsil müəssisəsində karantin müddəti standart olaraq 14 gün müddətinə təyin edilir:
"Təhsil müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın 3.1 və 4.3-cü bəndlərinə uyğun olaraq karantin təyin olunur və COVID-19 infeksiyası üçün bu müddət 14 sutka müəyyənləşdirilir.
Təyin olunan karantin müddəti bitdikdən sonra məktəbdə əyani təhsilin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə müəyyən edilən sanitariya-epidemioloji rejim qaydalarına əməl edilmək şərti ilə mümkün hesab edilir".
Sfera.az