Eyni Allaha, eyni dinə, eyni peyğəmbərə, eyni imama inansaq da, niyə hüzr məclislərimiz yanaşı kəndlərdə də bir-birindən xeyli fərqlidir?
1-ci hissə
15 ildən artıqdır ki, hüzr məclisləri haqqında yazılar dərc edirik. Zaman keçdikcə biz deyənləri hökumət də dedi, əksər ziyalılar da, şəxsi nümunələr də göstərildi. Lakin yenə də hüzr məclislərinə günlərlə vaxt, buradakı ehsanlara min manatlarla vəsait sərf olunur.
Deyirlər, vaxt qızıldır, onun qədrini bilməmək də cinayət.
Ötəri araşdırma nəticəsində bəlli oldu ki, paytaxt Bakıda olduğu kimi Lənkəran, Masallı, Cəlilabad, Astara və digər rayonların mərkəzində də hüzr 3 gün olur, bir də rəhmətə gedənin 40 günü yığışırlar. Lakin hüzr məclisin ardıcıl 7 gün keçirib, daha sonra cümə axşamları edənlər də az deyil. Hələ bu azmış kimi
Masallının Tüklə və Həsənli, arabir digər kəndində də qəbir üstündə 3-ə qədər çadır qurduranlar da var. Belə halda yerindən asılı olaraq, qəbir üstündə qurulmuş çadırda əyləşən mollaya, yaxud mollalara hər gününə 50-100 və bir neçə dəfə yemək göndərilir. Qısası, bu çadır məsələsi hüzr sahibinə təxminən 250-300 manata başa gəlir. Ərkivan, Bədəlan, Kolatan kəndlərində də bəzən bu adətdən faydalanırlar.
Bir qədər əvvəl paytaxt və mərkəzi şəhərlərdən nümunə gətirdim. Məlumat üçün deyim ki, hətta Lerikin bir sıra ucqar kəndləri də hüzr məclisin 3 gün edir.
Bu işin maliyyə tərəfi də bəllidir. Necə deyərlər, yerindən asılı olaraq bir ehsanın xərci 1000-1300 manat arası olur. Elə hüzr var sahibinə 4-5 min manata başa gəlir.
Vəsiyyət və yuxu məsələsi
Köhnə adət və ənənələrdən yaxa qurtara bilməyən bəzi ziyalı ailələrə bunları irad
tutanda, deyirlər, rəhmətlik vəsiyyət edib, filankəsə bunu yuxuda deyiblər. Qəribə sual yaranır. Niyə bizdə bəzi insanlar yuxuda ancaq, hüzrü 40 gün etmək və buna bənzər şeylər görürlər. Niyə bizdə heç kim vəsiyyət etmir ki, (xüsusən imkanı olanlar) mənin qalan varidatımdan yol çəkilsin, 5 imkansız tələbənin təhsil haqqı ödənsin, körpü tikilsin, 5 yetimə ardıcıl yardım edilsin. Düzünə qalsa, vəsiyyətimiz də özümüzə oxşayır.
Hansı nümunələr var?
Ardı 2-ci hissədə.
Hansı nümunələr var- ölkəmizdə və xaricdə?