Yaxın Şərqin zil-tenor səsli xanəndəsi –
Mir İslam Mir Ələm oğlu Rəfiyev
(Xanəndə Mir İslam) - 1859 – 1947
Cənub.az və masallılar.az
Xudaşirin Cəbiyevin araşdırmasını təqdim edir. 1-ci hissə
- “Qızılbaşlar” sülaləsinin qızıl başlı xanəndəsi
- Qarabağ xanəndələri Masallıda
- Masallıya 140 il xidmət edən, bu gün isə dağılmaqda olan hamamın qısa tarixçəsi
- Uğursuzluqla bitən başabəla adağlıbazlıq
- Doşab aldı, bal çıxmadı... Və ya 2-ci evliliyin acı şərbəti
- Tehran hamamından İran şahının qulağına çatan səs
- Heç zaman əlinə qaval almayan görkəmli xanəndə
- Moskvada Stalinin bağında eyş-işrət gecələrində
- Var-dövlətini kasıb-küsuba xərcləyən xanəndənin dərvişliyə məhkumluğu
- İran şahının hədəyyə etdiyi 50 min tümənlik üzük namərd qohumun badına necə getdi?
- Siyasi səhvinin ucbatından öz soy-kökündən niyə imtina etməli oldu?
-Mir İslamın vəsiyyətləri.
Mir İslamın nəsil şəcərəsi
2011-ci ildən başlayaraq həmyerlimiz - 7 elm sahəsində iz qoyub getmiş görkəmli alim - M. K. Aslanlı - Sarəngin həyat və yaradıcılığını araşdırarkən M. İ. Rəfiyevlə bağlı maraqlı faktlara rast gəldim. Bu barədə 30 iyun 2012-ci il tarixdə “Cənub xəbərləri” regional qəzetində məqalə ilə çıxış etdim. Oxucular üçün maraq doğuracağını nəzərə alaraq bir də o illərə qatıdıram.Seybətin, ya Mirbağır istili
O zaman Seybətin ərazisi sıx kolluqlardan, cəngəlliklərdən ibarət olmuş, indiki Masallı şəhərinin ərazisində yaşayış olmamışdır. Kəndin ərazisinin böyük bir hissəsi - indiki Seybətin məscidindən Dadva məsçidinə qədər olan dairəvi ərazi Mir İslamın atasının babası Mir Bağıra məxsus olmuşdur. Həmin ərazi xalq arasında “Mirzə Bağır istili” kimi tanınmışdır. Savad sahibi olduğuna görə el arasında ona “Mirzə Bağır” deyə müraciət edərmişlər (Mirzə Bağırın adı Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun yazdığı “Əxbarnamə” əsərində çəkilir).
Mir islamın qohumları
Mir Ələmin Mir İslamdan başqa daha 3 oğul övladı olmuşdur - Mir Teymur, Mir Bağır, Mir Muxtar. Hacı Mir Ağabalanın atası Mir Teymur oğlu Ələmov Mir İslamın qardaşı oğludur. Mir Teymur dövrünün adlı-sanlı, imkanlı adamlarından biri kimi tanınmış, 7 dəfə Kərbəlanı ziyarət etmişdir. Miri Ələmov 1901-ci ildə Seybətin kəndində doğulmuş, 1994-cü ildə vəfat etmişdir. O, erkən yaşlarında ikən əvvəl anasını, bir müddət sonra atasını itirmişdir. Əmisi Mir İslam onu öz himayəsinə götürərək, 1927-ci ildə Seybətin kəndində Kürsum adlı bir qızla evləndirmiş, böyük təntənə ilə keçən toy şənliyinə rəhbərlik etmişdir.Yeddi gün davam edən həmin toyda məşhur Qarabağ xanəndələri Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski iştirak etmişlər.
Mir İslam zəngin nəsil şəcərəsinə mənsub olan Seybətin seyidlərinin nümayən dəsidir. Nəslin şəcərəsi Səfəvilərə - “qızılbaşlar”a qədər gedib çıxır. Tərtib olunmuş həmin şəcərə Azərbaycanda sovet hakimiyyəti qurulan illərə qədər Mir İslamın əmisi Mir Daməd Axundun oğlu Mir Hüseynin evində saxlanırmış. Repressiya illərində SSRİ ilə İran arasında münasibətlər gərginləşdiyinə görə həmin şəcərə məhv edilmiş - yandırılaraq torpağa basdırılmışdır.
Miri ƏləmovHacı Mir Ağabala
Masallının “Məşədi İbad” hamamı
Masallının tarixi üçün əhəmiyyət daşıdığını nəzərə alaraq bir faktı xüsusilə, qeyd etməyi lazım bilirəm. Beləki, Miri Ələmovun həyat yoldaşı Kürsüm xanım, bənnalıq peşəsi ilə ad qazanmış Məlikməmmədin qızı olmuşdur. 1829-cu ildə İranda dünyaya göz açan usta Məlikməmməd sonralar öz taleyini Lənkəran qəzasının Seybətin kəndi ilə bağlayaraq orada məskunlaşmışdır. O, təqribən 1880/85-ci illərdə Masallının mərkə zində indiki Mədəniyyət Evi ilə üzbəüz istiqamətdə, “Xətai parkı”nda yerləşən qədim hamamın bənnası olmuşdur. Bir zamanlar İranın Ərdəbil şəhərində inşa etdiyi hamam lardan birini eyni layıhə ilə Masallıda ərsəyə gətirmişdir. Deyilənə görə tikinti başa çatdıqdan sonra ondan soruşurlar: “Usta Məlikməmməd, Ərdəbildəki ilə Masallıda tikdiyiniz hamamların fərqi nədən ibarətdir?”. O, müsahibinə belə cavab verir: “Hamamların bircə fərqi var, o hamam Ərdəbildə tikilib, bu hamam isə Masal lıda”. Masallının “Məşədi İbad” hamamı
Özünəməxsus ornamenti, arxitektura özəllikləri ilə seçilən, hər iki cinsdən olan əhaliyə xidmət edən həmin hamam 100 ilə yaxın - 1996-cı ilə kimi xalqın istifadəsində olmasına baxmayaraq haliyədə uçulub-dağılmaq təhlükəsi ilə üz-üzədir. Nəzərə alaq ki, bu hamam Mədəniyyət Nazirliyinin tarixi abidələr siyahısına daxil olmaqla dövlət qeydiyyatına alınmışdır.
100 il bənnalıq peşəsi ilə məşgul olan usta Məlikməmməd 124 yaşında - 1953-cü ildə Seybətin kəndində vəfat etmişdir.
Mir İslamın uşaqlıq və gənclik illəri.
Mir İslam Mir Ələm oğlu Rəfiyev 1859-cu ildə (bəzi mənbələrə görə 11.09.1865-ci ildə) Lənkəran qəzasının Seybətin kəndində ruhani ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada alan Mir İslam, yeniyetməlik dövründə “Qurani-Kərim”i mütaliə etməklə yanaşı, ustadlarından ərəb və fars dillərini də öyrənmişdir. Şərqin nəhəng klassikləri - Nizami Gəncəvi, Sədi və Hafiz Şirazi, Movlana Şəms Təbrizi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və b. yaradıcılığı ilə yaxından tanış olaraq onların hikmətli kəlamlarından və ürfan, əxlaq xəzinəsindən bəhrələnmişdir. Əldə etdiyi zəngin biliklərin hesabına aşiqanə lirik və satirik məzmunlu şeirlər, qəzəllər yazmışdır.O, bənzərsiz məlahətli zil səsi, fitri isredadı, iti yaddaşı, diribaşlığı hesabına 12 yaşında ikən Ərdəbil mahalının Nəmin nahiyəsinə ata-baba qohumlarının - əmisi uşaq larının yanına köçmüşdür. İranda 20 ildən artıq yaşadığı dövr ərzində o, fars musiqi sinin, muğamlarının incəliklərinə dərindən yiyələnmiş, Tehran, Təbriz, Ərdəbil kimi izdihamlı, qaynar şəhərlərdə toy şənliklərində, böyük əyləncə məclislərində mahir xanəndə kimi çıxışlar etmişdir. Azərbaycan və fars muğam dəstgahlarını hər iki dildə böyük ustalıqla ifa etmişdir. Onun hər iki dildə əzbər bildiyi qəzəllərin sayı-hasabı olmayıb. Eyni məclisdə bir qəzəli ikinci dəfə təkrar oxumazmış. Müasirlərinin dediyinə görə onun geniş diapazona malik olan gur səsi, şirin zənguləsi, gödək boyu olub. O, təbiəti etibarilə xoşxasiyyət, zarafatı sevən, hazırcavab, iti yerişli adam olmuşdur.
Həyatı daim toy şənliklərində, eyş-işrət məclislərində keçən Mir İslam, hər il məhər rəmlik dövründə Seybətinə gələr, İslam dininin qayda-qanunlarına dərindən bələd oduğuna görə şəriət qaydalarına da çox ciddi əməl edərmiş.
Gənclik həyatından yaddaqalan məqamlar –
sevdiklərindən bir keçəl, biri axsaq çıxdı
Qeyri-adi fitri istedada malik olan bir sıra tarixi şəxsiyyətlər kimi Mir İslamın da taleyində bəxtəvərlik bədbəxtliklərlə yanaşı dayanaraq, onu ağır həyat imtahanları ilə sınağa çəkmişdir. Doğma kəndinə, el-obasına qarşı sonsuz sevgisi olan Mir İslam valideyinlərinin, qohum-əqrəbasının təkidi və məsləhəti ilə ailə həyatı qurmaq qərarına gəlir. Seybətin kəndinin adlı-sanlı kişilərindən birinin qızını ona nişan verirlər. Gecə lərin birində böyük çətinliklər bahasına qızla xəlvəti adağlıbazlığa çıxır. Aylı bir gecədə Seyidxanım adlı gözəl-göyçək qızla qol-qola gırərək özünü göylər aləmində hiss edən Mir İslamın sevinci uzun sürmür və bir anın içində hər şey alt-üst olur. Sanki səmalar başına uçur, hansı tərəfə baş götürüb gedəcəyini bilmir. Lakin, həmin gecə qızla xudahafizləşməyi də unudaraq qaçıb aradan çıxmağa müvəffəq olur. Bəs görəsən nə baş vermşidi?!Aylı gecədəki şirin söhbətin əsnasında nagəhan qalxan külək Seyidxanımın başın dakı örpəyi aparır. Ayın əksi qızın başına düşəndə Mir İslamı sanki ildırım vurur. Onun gözləri önundə iki Ay canlanır - Seyidxanımda anadangəlmə xoşagəlməz keçəllik var imiş.
Başına gələn qəzavü-qədərdən İrana üz tutub qaçan Mir İslam 2-3 il Seybətin kəndinə gəlmir. Bu illər ərzində kənddə qohum-əqrəba, el-oba arasında ciddi narazılıq yaranır, “aylı gecə əhvalatı” dilə-dişə düşür. Mir İslamın valideyinləri, yaxın qohumları fakt qarşısında qalırlar. Belə qərara gəlirlər ki, necə olursa-olsun, Mir İslam tapılmalı və Seyidxanımla evlənməlidir. Onu tanıyan, yaşadığı yeri bilən adamlar vasitəsilə Ərdəbil-dəki qohumlara da sifariş yollanır ki, kənddə ata-qardaş arasında “müharibə vəziyyəti” yaranıb, Mir İslam təcili qayıtsın, gəlsin Seybətinə. Düşdüyü vəziyyətdən çıxış yolunun olmadığını görən Mir İslam Seybətinə gələrək Seyidxanımla ailə həyatı qurmaq məcbu
riyyətində qalır. Yaxın qohumları ona təbliğat aparırlar ki, məsələ bir o qədər də ciddi
deyil, gəlinə cıqqa alarsan, örpəyinə cıqqa vurarsan eybi bilinməz.
Daxilən sevmədiyi, xoşlamadığı qızla birgə yaşamağa məhkum olunmuş Mir İslam
canından bezir, nə edəcəyini bilmir. Lakin, bir müddət keçəndən sonra Seyidxanım övlad dünyaya gətirməmiş qəflətən vəfat edir. Yenidən ailə həyatı qurmaq qərarına gələn Mir İslam, bu dəfə daha ehtiyatlı olmağı, müstəqil qərar qəbul etməyi qarşısına məqsəd qoyur. Şərqin böyük xanəndəsi kimi hər yerdə tanındığı, çoxlarının ona həsəd apardığı bir vaxtda Lənkərana - xanların, bəylərin yurduna üz tutur. Dostları ilə bir neçə gün Lənkəranın küçə və meydanlarını dolaşır, özünə yarlı-yaraşıqlı, zahiri gözəl liyi könül oxşayan, əsilzadələr nəslınə mənsub olan bir ömür-gün yoldaşı axtarır. Nəhayət ki, axtardığını tapır, amma başı yenidən bəlaya düşür.
Xudaşirin Cəbiyev. Cənub.az. masallılar.az
(ardı var)..