1957–ci il oktyabrın 4-də Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendantlıqlarından birində mütərcimlik etmişdir. 1981-ci ildən 1990-cı ilədək Bakıda yerləşən bir sıra təşkilatlarda tərcüməçi, referent, katib və sair vəzifələrdə işləmişdir. .1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini,1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
2001-ci ilin yanvarından 2016-cı ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olmuşdur. Hazırda “Ayna.az” saytının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədridir.
Evlidir. İki övladı var. Yazıçı İsmayıl Şıxlının oğludur.
Elçin müəllim 60 yaşı ərəfəsində “Cənub xəbərləri” qəzeti əməkdaşlarının suallarını belə cavablandırır:
Elçin müəllim, sizə bir neçə şablon sualımız var, amma elə bilirik cavabları çox orijinal olacaq.
- Atanız İsmayıl Şıxlı dəyərli və tanınmış bir insan olub. Bu üstünlüklər sizə nə verib, yaxud da haradasa sizin üçün maneəyə çevrilibmi?
- Buna oxşar suallara tez-tez cavab verməli oluram, amma “böyüdükcə” cavablarım da dəyişir. Hər bir insan doğulduğu andan çiyinlərinə valideynlərinin məsuliyyətini və daşıdığı soyadın yükünü götürür. Bu belə olub və innən belə də olacaq. Ona görə də atamın boynuma qoyduğu məsuliyyət yükünü daşımışam və daşıyacam da – üstünlüyü də qəbulumdu, çətinliyi də. Atamın oğlu olduğumdan fəxr duyuram.
- Mətbuat tariximizdə xidmətləriniz var. Sizin timsalınızda Azərbaycan və rusdilli oxucular həm tərəfsiz, həm də öz iqtisadi dayaqları, geniş reklam bazarı olan müstəqil qəzetlərin mürəkkəb siyasi şəraitdə uzun müddət uğurlu fəaliyyətinin şahidi oldu. Düz 27 il. Hanı indi o qəzetlər: “Ayna” və “Zerkalo”?
- Mürəkkəb siyasi şəraitdə “Ayna” və “Zerkalo”nu saxlamaq, çox çətin olsa da, mümkün idi. Amma indi nə mürəkkəblik var, nə siyasət, nə də şərait. Hər şey o qədər bəsitdir ki, işləmək mümkün deyil. Ən dəhşətlisi isə çalarların olmamasıdır – hər şey bozdur.
- Bəs Ayna.az saytı bu sayt bolluğunda bizə nə verəcək, hansı fərqli yer tutacaq?
- Ayna.az saytı digərlərindən fərqlidir – yalnız müəllif yazılarından ibarətdir. Nə xəbər var, nə sensasiya, nə də olmayan siyasət. Yalnızca fikir var. Cəmiyyətimizdə isə, zənnimcə, çatmayan əsas şey elə fikir və düşüncədir. Ona görə də geniş kütlələri olmasa da, düşünməyə meylli olan insanları tərpətməyə çalışırıq.
- Sizi nə ilə təəccübləndirmək olar?
- Ölkədən getmiş və getmək istəyən potensialın birdən-birə bu gözəl məmləkəti dirçəltmək üçün kütləvi şəkildə geri dönüşüylə.
- Tez-tez xarici ölkələrə səfərlər edirsiniz. Xaricdə şahidi oldüğünüzdan nələri ilk növbədə burada da görmək isitərdiniz?
- İndi gec-gec oluram, amma söhbət yəqin ki, normal ölkələrdən gedir. Məsələn, “batan” Almaniyadan. Əslində isə, məmləkətdə insanın ləyaqətli həyat sürüb rahat qocalmasını istəyirəm, istəyirəm ki, məsələn, Rasim Balayevin aktyorluğu maddi cəhətdən elə qiymətləndirilsin ki, o, hansısa bir dövlət təqaüdündən asılı olub Nəsimiliyi və Babəkliyindən imtina etməyə məcbur qalmasın.
- Regionlarimiza da az səfər etmirsiniz. Jurnalistlər Birliyinin sədri kimi, region mətbuatının inkişafına dair hər hansı proqnozunuz varmı?
- Bilirsiniz, əslində, mən belə bir bölgünün tərəfdarı deyiləm, çünki mətbuat, məkanından asılı olmayaraq ya var, ya da yoxdur. Bizdə isə, mətbuat anlayışının özü belə deqradasiyaya uğrayıb. Ona görə də ya hamımız bir yerdə qalxacağıq, ya da elə bir yerdəcə məhv olacağıq.
- 10 il öncə 50, indi 60. Bu illlərdə ən çox hansı fərqlər sizi sevindirir, yaxud əksinə?
- Enerji itkisi illər ötdükcə özünü göstərir. 50 yaşında düşünürsən ki, hələ vaxta var, 60 yaşında isə anlayırsan ki, vaxt daha gözləmir.
- “Qızılbalıq” məsəli var e. Təsəvvür edin ki, həmin balıq əlinizdədir və sizdən 3 arzunuzu soruşur...
- Ondan bircə şey istəyərdim – tükənməz həyat eşqi.
- Eyni vaxtda həm iqtidara, həm müxalifətə uzaq-yaxın olmaq problem yaratmır ki? “Qızıl mərkəzçilk”də nümunə göstərmək fikriniz varmı?
- Həmişə özüm olaraq qalmaq istəmişəm. Şüursuz kütləvilikdən zəhləm gedir.
- Ayna.az müəllif qəzetidir. Onun arxasında, daha doğrusu, ön səhifəsində 5 məsləkdaşın - Elçin, Arif, Qulu, İbrahim, Rauf – şəkli dayanır. Bu saytda dost-müəlliflərin sırasını yaxın vaxtlarda genişləndirmək istəmirsinizmi? Kimlərisə orada görmək istərdiniz?
- Artıq genişlənirik. Görmək istədiklərimsə az deyil.
- Cənubla, cənuba səfərlərlə bağlı yadda qalan xatirələriniz varmı?
- Yardımlıdan Cənuba - Savalan dağını görmək üçün gözlərimi üfüqün ənginliklərinə zillədiyim hafizəmə həkk olunub. Oraya mərhum şairimiz Qabilin oğlu Mahirin elçiliyinə getmişdik. Atam, Qabil və Sabir Rüstəmxanlı. Gözəl günlər idi...
- Söhbətə dəyərli yazıçımız, atanız İsmayıl Şıxlını xatırlamaqla başladıq. Sonda bir daha o adı çəkmək istərdim. Ona görə ki, cəmiyyətdə sizi təkcə bu ocağın fiziki davamçısı kimi yox, İsmayıl Şıxlı ruhunu, ənənəsini yaşadan bir qələm sahibi kimi qəbul edirlər.
Bu ruhun, ənənənin qayəsini – özünüz üçün müəyyənləşdirdiyiniz kimi - bir-iki cümlə ilə bizə söyləyərdinizmi? Hansı həyat, yaradıcılıq prinsipinizi atanızın sizə mirası, həmişə əməl etdiyiniz qayda hesab edirsiniz?
- Atam rəhmətə gedəndə soruşurdular ki, nə vəsiyyət etdi. Heç nə vəsiyyət etməmişdi. Sadəcə, bütün ömrü boyu mənə və qardaşıma deyirdi ki, adam olun, kişi kimi yaşayın. Sözünə bütöv adam idi, özü bizdən tələb etdiyi dəyərlərə heç vaxt xəyanət etməmişdi.
Sonda onu da xatırladım ki, yazıçı oğlu olsa da, özü bir çox hekayələrin, publisistik yazıların müəllifi olsa da, Mətbuat Evinə rəhbərlik etsə də bu vaxta qədər bir kitabı belə çap olunmayıb.
2 həftə sonra isə Elçin müəllimin 60 yaşı tamam olur. İnanırıq ki, 60-dan sonra Elçin müəllim kökə daha bağlı, “4-cü sənaye inqilabı”na daha hazırlıqlı ziyalı imicini qoruyanların ön sırasında olacaq. Uğurlar.
“Cənub xəbərləri”

Elçin Şıxlinski uşaqkən atası İsmayıl Şıxlı ilə