Uşaq idman məktəbləri birləşdirilir
İqtisadi böhran bu qurumları da vurur
Son illərə qədər hər rayonda bir sıra məktəbdənkənar qurumlar fəaliyyət göstərirdi. Bunlara ekologiya dərnəkləri, uşaq texniki yaradıcılıq, təbiəti sevənlər, Uşaq yaradıcılıq birlikləri (keçmiş Pionerlər evi), Şahmat və uşaq idman məktəbləri daxil idi. 4-5 il öncə bu qurumların “xəzan tökümü” başladı. ekologiya dərnəkləri, uşaq texniki yaradıcılıq, təbiəti sevənlər adlı qurumlar ləğv edildi, digər qurumlarda isə dərnəklərin sayı az qala yarıbayarı, bəlkə də bir az çox azaldılıb. Lakin bu da son deyilmiş.
Bu günlərdə bəlli olub ki, ölkə üzrə Şahmat və Uşaq İdman məktəbləri birləşdirilir. Təbii ki, dava “yorğan” davasıdır. Hökumət büdcə xərclərini azaltmaq istəyir. Dərnəkləri kənara qoysaq (Məsələn Masallıda Uşaq idman məktəbinin 23 (15-i futbol,
voleybol, 8-i tenis, güləş), Şahmat məktəbinin 18 dərnəyi fəaliyyət göstərir), hər qurumun 1 müdiri, 1 müavini, bir xadiməsi var. Bunların da toplam əmək haqqı ayda 700, ildə 8-9 min manat edir. Bunu da ölkə üzrə 100 rayona vursaq, ildə 1 milyona yaxın rəqəm edir. Bundan əlavə ən azı bir otağa qənaət edilir, dərnəklərin də sayının azalma ehtimalı böyükdür.
Birləşmə prosesi 3 ay davam edəcək. Bəs bu birləşmədən sonra müdir kim olacaq? Biri ağıl idmanına (şahmata), biri güc idmanına (güləşə, futbola) rəhbərlk edirdi. İndi görrək “ağıl”, ya “güc ” qalib gələcək.
Gunay