“Azərbaycan Ordusu müasir döyüş sistemlərindən istifadə etməyə hazır olduğunu və bunu bacardığını nümayiş etdirdi”
Qarabağda genişmiqyaslı döyüş əməliyyatları aparan Azərbaycan və Ermənistan ordularının maddi-texniki təchizatı təhlil edilərkən, bəzi analitiklər klassik hərbi texnologiyaların - zirehli texnika, döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri - raket əleyhinə müdafiə və sairin yaxın gələcəkdə müasir ordular üçün lazımsız olacağına dair geniş şərhlər verirlər. Analitiklərin başqa bir hissəsi isə əksinə, klassik hərbi texnika üçün müdafiə texnologiyalarının inkişafının döyüş sahəsindəki pilotsuz təyyarələrin istifadəsini çətinləşdirəcəyinə inanır.
Mövcud mənzərəni şərh edən Serbiya Müdafiə Nazirliyinin Strateji Planlaşdırma İdarəsinin keçmiş rəhbəri, ehtiyatda olan general-mayor Mitar Kovaçın sözlərinə görə, hərbi-strateji mənada Dağlıq Qarabağdakı müharibədə regional və qlobal qüvvələrin maraqlarının toqquşması açıq-aşkar görünür: “Bu maraqlar ilk növbədə geostrateji, siyasi, enerji və hərbi xarakter daşıyır. Xüsusi məkan və şəraitdə yeni texnologiyalar, silahlar və hərbi texnika baxımından əhəmiyyətli yeni tendensiyalar ortaya çıxdı. Və bu, dünyanın bir çox ölkəsinə və ordusuna baş verənlərin analiz edilməsi üçün səbəb oldu”.
“Müharibənin ilk günündən etibarən Azərbaycanın hərbi-texniki baxımdan daha yaxşı hazırlaşdığı, yeni döyüş sistemləri aldığı, kifayət qədər sursat təmin etdiyi və ordunun müxtəlif növlərinin real vaxt rejimində qarşılıqlı fəaliyyət göstərdiyi aşkar idi. Taktiki və əməliyyat səviyyəsində müxtəlif tipli pilotsuz təyyarələrin istifadəsi gündəmə gəldi. Nəzəri olaraq, erməni ordusu və Dağlıq Qarabağın silahlı birləşmələri bu yeniliyə müqavimət göstərə bilərdi, lakin onların kifayət qədər texniki və taktiki həlləri yox idi. Və Azərbaycan Ordusu müasir döyüş sistemlərindən istifadə etməyə hazır olduğunu və bunu bacardığını nümayiş etdirdi”, - müsahibimiz bildirib.
Kovaça görə, bundan sonra dünyanın hər hansı bir yerində hansısa bir müharibədə pilotsuz uçuş aparatları (PUA) artıq belə bir effektivliyə sahib olmayacaq: “Çünki insansız hava vasitələrinin aşkarlanması klassik avadanlıqlar və xüsusi olaraq yaradılmış yeni silahların köməyi ilə onlara təsir edilməsi sahəsində yeni həllər mövcuddur. Ermənistanın bu yeni aşkarlama vasitələri, eləcə də effektiv elektron müharibə vasitələri olmadığı aydındır. Yeniliklər və modernizasiya taktiki dərinlikdəki tanklara, zirehli nəqliyyat vasitələrinə və hava hücumundan müdafiə sistemlərinə də təsir edəcək, onlardan istifadə prinsipləri və taktikalarında dəyişikliklər olacaq”.
O düşünür ki, isansız hava vasitələri müasir orduların arsenalında qalacaq, lakin onlar o qədər də əhəmiyyətli bir rol oynamayacaq: “Çünki dronları təsirsiz hala gətirəcək yeni vasitələr və avadanlıqlar çoxalır. Artıq pilotsuz təyyarələr tankları, nəqliyyat vasitələrini, topları və raketləri asanlıqla söndürə bilməyəcək. Amma bu onların müasir döyüşlərdə istifadəsinin azalacağını ifadə etmir”.
ayna.az

“Heç bir halda tank və mexanikləşdirilmiş hissələrin istifadəsində azalma olmayacaq. Lakin onları hava sahəsindən müdafiə etmək üçün texniki və taktiki effektivlik artacaq. Artıq dünyanın bir neçə müasir ordusunda bunun üçün həll yolları var”, - general vurğulayıb.