Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Distant təhsil təhsilin keyfiyyətinə necə təsir edir?


Pandemiya ilə əlaqədar təhsildə tədrisin distant forması bir çoxları üçün yenilik oldu. Baxmayaraq ki, 2020-ci ilin mart ayından etibarən ali, orta və peşə təhsili istiqamətləri üzrə məsafədən tədris imkanları genişlənib, təbii ki, bu yeniliyə öyrəşənlərlə yanaşı, hələ tam alışmayanlar da var.  
Hazırda 31 ali təshil müəssisəsi “Microsoft Teams” platformasından istifadə edir, 6 ali təhsil müəssisəsi isə bu platformaya qoşulmaq üzrədir. Bununla belə, yenə də müəyyən problemlər mövcuddur, xüsusilə məhdud internet imkanları məsafədən təhsili çətinləşdirən başlıca amildir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov bildirdi ki, mövcud problemlərə baxmayaraq, bu, heç də tələbələrdə təhsilə marağı azaltmayıb: 

“Keçən həftəyə olan nəticəyə görə, həm bakalavr, həm magistr təhsil səviyyəsində  bütün təhsil alanların 85,09 faizi dərslərdə iştirak edir. Bu, kifayət qədər böyük rəqəmdir. Əgər onlayn dəsrlərdə iştirak etməyə tələbənin heç bir imkanı yoxdursa, həmin tələbələrlə bağlı araşdırma apararaq, belə bir problemi müəyyən etdiyimiz təqdirdə, hətta universitetimizin hesabına onların internet paketləri ilə təmin olunmasını öz üzərimizə götürəcəyik.
Azərbaycan İqtisad Universitetində isə məsafədən tədris prosesi “EDUMAN” platforması vasitəsilə həyata keçirilir. Təhsil ocağının Elektron Universitet şöbəsinin müdiri Kəminə Orucəliyeva deyir ki, dərslər üç növbəli aparılır və gün ərzində 1300-ə yaxın onlayn dərs təşkil olunur. Bundan əlavə, universitetdə virtual dekanlıq da yaradılıb:

“Bizdə virtual dekanlıq yaradılıb. Bunlar dörd platforma üzərindən həyata keçirilir. Bura “Facebook” “WhatsApp”, “Zoom” və korporativ mail-lər, həmçinin, tələbə kabinetləri daxildir. Belə bir sual yarana bilər ki, niyə dörd və ya beş platforma? Burada məqsəd ondan ibarətdir ki, regionlanrda yaşayan və yaxud VPN problemi olan tələbələr, əməkdaşlar birinə daxil ola bilmədikdə, digər platforma üzərindən fəaliyyətimizi həyata keçirə bilirik”.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd etdi ki, hazırda ölkədə 280-dən artıq ümumi təhsil müəssisəsində yüksək sürətli internet var. İnternet probleminin aradan qaldırılması istiqamətində 17 regionda, 28 məktəbdə internet mərkəzləri də fəaliyyəti göstərir:

“Bakıda, ümumiyyətlə, evlərdə internetə çıxış nisbətən daha rahatdır. Bunu nəzərə alaraq biz daha çox regionlara fokuslandıq. Və bu mərkəzlər şəbəkəsini regionlarda qururuq. İyirmi səkkiz məktəbdə hazırda internet – kompüter mərkəzləri qurulub ki, dərs saatları vaxtı və ya dərsdən sonra ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri də bu mərkəzlərə gəlib, burda olan imkanlardan istifadə etsinlər”.
  1. Xanlarov onu da əlavə etdi ki, internet məhdudiyyətinin aradan qaldırılması istiqamətində hazırda mobil operatorlar və özəl şirkətlərlə dayanıqlı əməkdaşlığın həyata keçirilməsi istiqamətində də işlər görülür.
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10