Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yəhudilər dünya erməniliyinə qarşı: Uzun bir qarşıdurma tarixi var


İsrailin silah bazarı hər iki ölkə üçün açıq idiancaq bu şansdan yalnız Azərbaycan yararlana bildi
 
Son bir ayda müxtəlif KİV-lər diaspor erməniləri tərəfdən antisemitizm təzahürləri hallarının daha tez-tez baş verməsindən yazır. Bir neçə gün əvvəl isə ABŞ Dövlət Departamenti üç dini icma - müsəlman, xristian və yəhudilər arasında qarşılıqlı münasibət göstəricisi olaraq hər kəsə Azərbaycanı nümunə gətirən bir açıqlama verdi.
 
Ermənilərin yəhudilərə və İsrailə qarşı hazırkı iddialarının nə dərəcədə haqlı olduğu maraq doğurur - onları “nasizmdə” və “ermənilərin ikinci soyqırımını təşkil edən” Azərbaycana “dəstək verməkdə” günahlandırırlar. Çox vaxt bu ittihamlar Azərbaycanın döyüş əməliyyatları zamanı İsraildən aldığı silahlardan istifadə etməsinə əsaslanır. Ancaq bu, çox qəribə bir ittihamdır, çünki heç kim heç kimə havayı heç nə verməyib. Ermənilər də eyni zamanda İsraildən Azərbaycanın etdiyi kimi alış-veriş edə bilərdilər.
 
Eyni zamanda, Bakı Rusiyadan daha çox silah alıb. Bəs, İsrail niyə erməni diasporunun hücumları üçün hədəf seçilir? İrəvan, hətta, Qarabağdakı mövcud münaqişənin ilk günlərində İsrail səfirini geri çağırdı. Bütün bunları necə səciyyələndirmək olar və bu xoşagəlməz məqamlar gələcəkdə İsrail ilə Ermənistan arasındakı münasibətlərə necə təsir göstərə bilər?
 
Mövzunu Orta Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos şərh edir:
Игорь Семиволос: Для Кремля война в Карабахе – лишний гемор
“Gəlin, Ermənistan və İsrail arasındakı münasibətlər perspektivindən başlayaq. Xatırlamaq kifayətdir ki, iki ölkə arasında diplomatik münasibətlər hələ 1992-ci ildə qurulsa da, Ermənistanın İsraildəki səfirliyi rəsmi olaraq yalnız 2020-ci ilin sentyabrında açıldı. Yəni proses o qədər uzun olub ki, təbii olaraq bir çox suallar doğurur. Ermənistan-İsrail və daha geniş şəkildə erməni-yəhudi münasibətlərindən bəhs edən ermənilərə yaxın analitiklər bu xalqların qədimliyindən və talelərinin faciəvi oxşarlığından tez-tez bəhs edirlər. Mədəni əlaqələr və iqtisadi qarşılıqlı əlaqə perspektivlərindən bəhs olunur.
 
İsrail siyasətinin ən az üç sütunu var - yəhudi diasporu, mövqeyi və vəziyyəti, qarşılıqlı faydalı ticarət də daxil olmaqla iqtisadi əlaqələr və siyasi münasibətlər - ilk növbədə təhlükəsizlik məsələləri. Onları ardıcıllıqla nəzərdən keçirək.
 
Ermənistan, Təl-Əvivə görə, yəhudi diasporunun olmadığı azsaylı ölkələrdən biridir. Yəhudilərin Ermənistanda tamamilə olmamasına inanmıram, amma fakt faktlığında qalır – onlar münasibətlərdə əhəmiyyətli bir amil kimi qəbul edilmir. Bu vəziyyət bir tərəfdən İrəvanın yəhudi əhalisinə qarşı yürütdüyü siyasət məsələsini aradan qaldırır, eyni zamanda İsrailin müvafiq strukturlarının bu ölkəyə marağını azaldır.
 
Azərbaycanda əksinə, yerli yəhudi icmasının mövqeləri kifayət qədər güclüdür və onlar yerli siyasi sistemə yaxşı uyğunlaşırlar. Bu, həm İsraildəki Azərbaycandan olan mühacirlərin, həm də bu Cənubi Qafqaz respublikasında tanınmış yəhudi xadimlərinin lobbi fəaliyyətindən danışmağa imkan verir ki, bu da etibarlı münasibətlərin formalaşması üçün çox vacibdir.
 
Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, ticarət həcmi də açıq şəkildə Azərbaycanın xeyrinə görünür. İsrail ilə Azərbaycan arasında dillərdə dastan olan hərbi-texniki əməkdaşlıq da bunun əyani təsdiqidir.
 
Yeri gəlmişkən, erməni tərəfi, xüsusilə 2016-cı il hadisələrindən sonra İsrailin kamikadze pilotsuz təyyarələrinin alınmasını təşkil etmək niyyətlərini dilə gətirdi, lakin sonradan baha başa gəldiyi üçün imtina etdilər. Yəni İsrailin silah bazarı hər iki ölkə üçün açıq idi, ancaq bu şansdan yalnız Azərbaycan yararlana bildi, Ermənistan isə Rusiya silahlarına üstünlük verdi.
 
Və siyasi cəhət. Burada iki məqamı vurğulamaq istərdim. Birincisi, Ermənistanın xarici siyasət mövqeyidir. Bu ölkə xarici siyasətini aşağıdakı prinsiplərdən çıxış edərək qurur: Moskvanın təşəbbüslərini dəstəkləyir və Tehrana qarşı təşəbbüsləri dəstəkləmir. Birinci halda bu, Ukrayna və Gürcüstanla münasibətlərin əhəmiyyətli dərəcədə soyumasına gətirib çıxarırdısa, ikinci halda İsrail ilə münasibətlərə də eyni qayda ilə təsir edir. İkincisi, təhlükəsizlik məsələsidir. İsrailin Yaxın Şərqdəki ərəblərlə həmrəy olan və yəhudi dövlətinə qarşı terror müharibəsi aparmaq üçün öz imkanlarını təklif edən bir sıra erməni terror təşkilatları ilə nisbətən uzun bir qarşıdurma tarixi var.
 
Nəticədə İsrail kəşfiyyat xidmətlərinin Türkiyə və Azərbaycandakı həmkarları ilə sıx əməkdaşlığı təmin edilir. İsrailin əsas regional düşməni olan İrana qarşı durmaq üçün Azərbaycanda açılan imkanları da unutmaq olmaz”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10