Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Moskvada Azərbaycanın tam qələbə qazanacağına şübhə yoxdur” – KUZNETSOV



Konstantin Kalaçev: “Rusiya imperiya ambisiyalarını Amerikaya nümayiş etdirirdi, amma Türkiyə qarşısında ilişdi, büdrədi”
 
“Rusiya başa düşür ki, Azərbaycan müharibəni qələbə ilə başa vuracaq. Prezident Putin təkcə məlumatlı bir siyasətçi deyil, həm də geopolitik vəziyyəti necə qiymətləndirəcəyini yaxşı bilən keçmiş kəşfiyyat zabitidir. Moskvada Azərbaycanın sonuna qədər müharibə aparacağına, kompromislərə və yarımtədbirlərə razı olmayacağına heç kimin şübhəsi yoxdur”.
 
Bunu rusiyalı politoloq Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, bu müharibə Rusiya üçün faydalıdır, çünki Cənubi Qafqaz bölgəsində Amerikanın təsiri ilə bağlı bir çox məsələni həll edir.
 
“Ermənistanın məğlubiyyəti Amerikanın varlığının qlobal miqyasda oradan çəkilməsi deməkdir. Eyni aqibət Cavaxetiya separatçılığının kritik şərtlərində suverenliyini qorumaq üçün gücü olmayan Gürcüstanı da gözləyir. Buna görə Rusiyanın hərbi nüfuzunun Qafqaza qayıtma ehtimalı çox yüksəkdir və bunun əsas şərti Azərbaycanın Ermənistanla müharibədə qələbəsidir. Bu səbəbdən Putinin münaqişəyə mövqeyi bu qədər birmənalıdır”, - ekspert bildirib.
Kuznetsov Azərbaycan təcrübəsindən danışdı
Kuznetsov, həmçinin Qarabağ münaqişəsinin Rusiya ilə Türkiyə arasında düşmənçiliyə çevrilməyəcəyini düşünür: “Türkiyənin prioritetləri hazırda Yaxın Şərqə yönəlib, ona alacağı Suriya nefti və Aralıq dənizi qazı lazımdır. Türkiyə yalnız formal olaraq NATO-nun üzvüdür və bəzən ittifaqın mənafeyinə zidd olsa belə, öz maraqlarını həyata keçirir. Ukraynalı politoloqlardan bəziləri Rusiya və Türkiyənin Avropada “iki xəstə insan” olduğunu yazırlar. Düşünürəm ki, bu fikir məsələdə Qərbin tamamilə rəsmi mövqeyini ifadə edir. Odur ki, Qarabağ münaqişəsini Putin-Ərdoğan münasibətlərinin korlanmasına səbəb kimi görmürəm”.
 
Digər rusiyalı politoloq Konstantin Kalaçevin şərhinə görə, Rusiya Prezidentinin açıqlamaları kifayət qədər başadüşüləndir: “Əgər Rusiya hərbi əməliyyatların gedişində ermənilərin xeyrinə bir dönüş yarada bilmirsə, o zaman ona Ermənistan tərəfinə reverans edərək, sülh çağırışı etmək qalır. NATO ilk dəfə olaraq Türkiyəyə, “bölgədəki əhəmiyyətli təsirindən” istifadə edərək, Qarabağda Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmada gərginlik dərəcəsini azaltmaq üçün müraciət etdi. Putin bir sülhməramlı rolunu oynamağı çox istəyir. O, Dağlıq Qarabağ probleminin siyasi-diplomatik yolla həll edilməsi məqsədilə hərbi əməliyyatların tez bitməsinin və danışıqların erkən bərpa olunmasının tərəfdarıdır. Onun ifadələrinə baxarkən, bu deyilənlərə başqa bir şey əlavə etmək olmaz”.
Kreml ənənəni dəyişir: avar əvəzinə vəzifəyə ləzgi gəlir
Analitikin fikrincə, Putin hər şeyi bir anda və bütünlüklə həll etməyə çalışır: “Rusiya həm Ermənistana, həm də Azərbaycana təsirini qorumaq, ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək, özünü böyük qardaş kimi hiss etmək istəyir. Ancaq artıq bu, işə yaramır. Yeri gəlmişkən, çıxışında Putin Ermənistan və Azərbaycanla tərəfdaşlıqdan danışdı, ancaq bir dəfə də “müttəfiq” sözünü dilə gətirmədi. Bu, nə deməkdir? Deməli, Moskvanın Azərbaycan-Türkiyə ittifaqının uğuruna qarşı çıxaracağı heç bir şey yoxdur. Belə olan halda, Qarabağ erməniləri uğrunda Azərbaycan və Türkiyə ilə savaşmayacaqsan ki?!”.
 
“Vladimir Putin, “kozır”ların artıq sona çatmasına baxmayaraq, həmişə olduğu kimi, bir siyasətçi istedadını nümayiş etdirir. Birincisi, 20-ci əsrin əvvəllərində erməni xalqının bir faciə yaşadığını qəbul etmək münaqişəyə müdaxilə etməmə siyasətini dəyişdirmir. İkincisi, Putin artıq Türkiyə ilə münaqişəyə girə bilməz. Hər iki ölkə suverenliyi siyasətlərinin əsas elementi halına gətirib. Hər ikisi də Avropanı və Amerikanı tənqid edir. Hər ikisi özlərinin keçmiş imperiya ərazilərində maraqlarını təmin etmək hüququna malikdir. Maraqlar üst-üstə düşmür, ancaq tərəflər qarşıdurmadan daha çox şey itirəcəklərini anlayır, nəinki qazanacaqlarını”, - Kalaçev vurğulayıb.
 
Ekspert hesab edir ki, artıq Türkiyə ilə hesablaşmaq lazımdır: “Ankara bunu Suriyada, Liviyada və Cənubi Qafqazda sübut etdi. Münasibətlərin həddən artıq gərginləşməsi halı barədə danışarkən, əvvəlcə Türkiyə pilotsuz uçuş aparatları ilə necə davranacağınıza qərar vermək çox yaxşı olardı. Görünür, bu istiqamətdə Türkiyə Rusiyanı xeyli qabaqlayır. Putin və Ərdoğan bir çox cəhətdən bir-birinə bənzəyir və bir razılığa gələcəklərinə ümidləri var. Atalar sözündə deyildiyi kimi: “daş qayaya rast gəlib”. Moskva imperiya ambisiyalarını Amerikaya nümayiş etdirirdi, amma Ankara qarşısında ilişib, büdrədi. Ancaq bununla belə, guya ki, məsələnin həqiqətən də bu cür planlaşdırılmış olduğunu göstərmək istəyirlər. Odur ki, Putinlə Ərdoğan arasında daha çox qucaqlaşma və əl sıxışmalar olacaq. Ancaq kompromis axtarışı da çox çətin olacaq”


ayna.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10