İngiltərə həkimləri 2-ci tip diabet xəstəliyi zamanı qanda şəkərin səviyyəsini normallaşdırmağın ən asan bir yolunu tapıblar.
Cenub.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, mütəxəssislərin fikrincə, bu cür xəstələrin orqanizmlərinə uyğun müəyyən qaydada su içməsi lazımdır.
2-ci növ diabet xəstəliyi insulin istehsalına təsir edir. Bədənin hüceyrələrinə qlükozanın daxil olmasını idarə etməsinə kömək edən məhz bu hormondur. İnsülin öz funksiyalarını tam icra edə bilmir, buna görə də şəkərin səviyyəsi artır. Nəticədə mədəaltı vəz tükənir.
Ancaq kifayət qədər su içmək və pəhrizi korrektə etməklə şəkərli diabet təzahürlərini nəzarətdə saxlamaq mümkündür.
İngilis həkimlər bədənə daxil olan mayenin qan şəkəri səviyyəsini normal həddə saxlamağa kömək edə biləcəyinə inanırlar. Tədqiqatların nəticələri su balansını gözləyən şəkərli diabet xəstələrində hiperqlikemiyanın inkişaf riskinin azaldığını göstərir.
2-ci növ diabet xəstələrinin orqanizmi qanda qlükozanın kəskin artımı baş verəndə daha çox mayeyə ehtiyac duyur. Müvafiq ehtiyac böyrəklərin artıq şəkərin sidik yolu ilə atılması prosesinə başlaması ilə əlaqədardır. Nəticədə çox miqdarda nəm itirilir. Bu vəziyyətdə su içmək eyni zamanda iki problemi həll edir: susuzlaşmanın qarşısını alır və daha çox qlükozanın çıxarılmasına kömək edir.