Doğrudanmı, diaqnostik imtahandan 15-dən aşağı bal yığan 100-lərlə
müəllimin dərs yükü 6-8 saata enəcək?
müəllimin dərs yükü 6-8 saata enəcək?
Əvvəllər hər yeni dərs ili müəllimlər üçün faydalı olan maraqlı qərarlarla yadda qalardı.
İndi əksinə olub. Nəinki hər il, az qala hər ay müəllimlərin əmək haqqının azalmasına səbəb olacaq qərarlar verilir.
Gah müəllimlər yaş senzinə görə öz peşəsindən məhrum edilir, gah müqavilə ilə işləyən müəllimlər üçün maneələr yaradırlar, gah dərnəklər, dərs saatları kəsilir.
Yeni dərs ilində isə bu qadağaların həcmi nəzərəçarpacaq dərəcədə geniş olacaq.
Artıq təhsil rəsmilərinin də təsdiqlədiyinə görə diaqnostik qiymətləndirmədə aşağı qiymət alanlara daha az dərs veriləcək.
Təxminən aşağıdakı variant təqdim edilir:
10 bala qədər toplayanlara 6 saat;
11- dən-15-ə qədər bal toplayanlara 7-8 saat;
15-dən 20-ə qədər bal toplayanlara 12 saat;
21-dən 30 qədər bal toplayanlara 18 saat;
31-dən 40-ə qədər bal toplayanlara 24-30 saat dərs vermək nəzərdə tutulub.
11- dən-15-ə qədər bal toplayanlara 7-8 saat;
15-dən 20-ə qədər bal toplayanlara 12 saat;
21-dən 30 qədər bal toplayanlara 18 saat;
31-dən 40-ə qədər bal toplayanlara 24-30 saat dərs vermək nəzərdə tutulub.
Onu qeyd edək ki, dərs saatlarının verilməsində diaqnostik qiymətləndirmədə ancaq ixtisas fənnindən toplanan ballar əsas sayılacaq.
Yəni kimsə, diaqnostik qiymətləndirmədə 45 bal toplayıbsa və bunun 25-i ixtisasdandırsa, dərs yükü üçün həmin 25 bal əsas götürüləcək.
Bu məlumat şifahi də olsa Təhsil Nazirliyi və Təhsil şöbə müdirləri tərəfindən də təsdiqlənib.
Bəs bu qərarı reallaşdırmaq mümkün olacaqmı?
Xatırladaq ki, bu qərar Əmək Məcəlləsinin tələbləri ilə üst-üstə düşmür. Belə ki, Əmək Məcəlləsində göstərilir ki, müəllim 18 saat dərs yükü ilə təmin olunmalıdır.
Digər məqama diqqət yetirək. Yüksək bal toplayan müəllimə çox dərs vermək mükafat, ya ona əziyyətdir?
Əksər müəllimlər hesab edir ki, müəllim çox bal yığıbsa, ona daha yüksək əmək haqqı verilməlidir. Yaxud əksinə, müəllim savadsız və səriştəsizdirsə ona nəinki 6-8 saat, heç 1 saat da dərs demək olmaz.
Diaqnostik qiymətləndirmədə aşağı bal toplayanların əksəriyyəti ibtidai sinif müəllimləridir.
İndi həftəlik dərs yükü 20-24 saat olan ibtidai sinif müəlliminin dərs yükü necə bölünəcək? Bir sinfə 4 müəllim girib, hərəsi 6 saat dərs deyəcək?
Başqa bir məqam.
Təkcə Masallıda 300-ə yaxın müəllim 15 baldan az toplayıb.
Əgər bunların hərəsindən 10 saat dərs azalsa 3 min saat boş qalacaq. Bu 3 mini də 18 saata bölsək, təxmini bir rayonda əlavə olaraq 170 müəllimi işlə təmin etmək olar.
Nəzərə alsaq ki, 16-30 bal toplayanlar arasında da təxmin 1000 saat dərs yükü azalacaq və bu da təxminən 500 yeni iş yeri deməkdir.
İndi 170-i 500-ün üstünə gəlsək, deməli, yeni dərs ilində təkcə Masallıda 220 müəllimə ehtiyac olacaq.
Görəsən, bu qədər müəllim üçün vakant yer elan edilibmi? Ya bu qərar da məktəblərin rasionallaşması (bir çox orta məktəbələrin birləşdirilməsi) qərarı kimi doğulmamış öləcək.
Ən təəccüblüsü isə odur ki, bütün bu deyilənlər istər nazirlik, istərsə də yerli təhsil şöbələri tərəfindən şifahi şəkildə söylənilir, təsdiqlənir, ortada isə rəsmi sənəd yoxdur. Yəni, Təhsil Nazirliyinin hansı sərəncamına əsasən bu işlər reallaşacaq, o bilinmir.
Zahir