Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xeyriyyəçiliyin görünməyən çətinliyi. Yaxud, niyə millət vəkili Məşhur Məmmədov 1000 nəfərdən artıq imkansıza, şəhid ailəsinə etdiyi yardımdan çoxları xəbər tutmamalıdır?


Yardımlar aşkar edilsin, ya gizlin?


Bu sualın cavabında hər kəsin öz arqumentləri var. Əksəriyyət deyir ki,  bu əlin verdiyin o əl bilməməlidir.  Yaxud, kasıb haqqında məlumatın aşkarlanması onu utandırır və s. Bəziləri də deyir ki, yardımların verilməsi gizli qalanda, çoxları xəbərsiz olur, imkanlı şəxs qınağa rast gəlir və sairə

Bir məqama diqqət yetirək. İnsan var yardımı fərdi edir və istəmir ki, bunu heç kim bilsin. Yaxud, onu yardımsevər bilib, başqaları da onun üstünə gəlməsin.

 Bir  də var yardımlar müəyyən qurumlar və təşkilatlar vasitəsi ilə edilir. Həmin şəxslər birbaşa olmasa da, istəyir ki, onun xeyirxahlığını çoxları bilsin  və sabah deməsinlər, bu qədər səlahiyyətlə, imkanla indiyə qədər niyə insanlara gen-bol əl tutmamısan?

Məsələn, bu yaxınlarda Masallıdakı yaralı əsgərin evinin təmiri ilə bağlı yardım aksiyası keçirtdik. Bəziləri yazdı ki, o yığılan pullar hara getdi? Biz də məcbur olub cənub xəbər tv vasitəsi ilə konkret təşkilatları və adları elan etdik ki, yardımlar hansı formada və kimlər tərəfindən edilib.

Qapalı yardımların arxasında gizlənib, cüzi yardımlar edib, “mən etdiyimi reklam eləmirəm deyib”, əslində lap qonşusuna da bir manatı qıymayanların da, keçmişi də, bu günü də bəllidir. Nə qədər  çığır-bağır salsalarda insanlar Çit cırığı ilə  Dəftər cırığın yaxşı bilir.

Aşkarlığın isə incəlikləri də var. Məsələn, imkansız uşağın sifətin göstərməyib, ümumi fonu təqdim edirsən. Yaxud, kömək istəyən özü deyir ki, adımı da yaz, şəklimi də ver, görsünlər nə gündəyəm, yardım etsinlər.

Biz də başa düşürük ki, bizdə bitkin xeyriyyəçilik məktəbi yaranmayıb. Keçmişdə yardımı imkanlılar edərdi Zeynalabdin Tağıyev, Musa Nağıyev...

Hökumət də  xeyriyyəçiliklə bağlı qanununda deyir ki, Nizamnamə Fonduna 10 min manat qoy, sonra xeyriyyə fondunu yarat. Yoxsa ki, özünə kontur ala bilməyən, evinin işıq pulunu, digər kommunal borclarını ödəməyə bilməyən başqasının dərdinə necə əlac edəcək?

Hökumət də öz növbəsində xeyriyyə təşkilatlarının yaranması üçün normal, qeydiyyatı asan başa gələn qaydalar müəyyən etməlidir ki, şübhələrə yer olmasın. Yoxsa, biri dini icma, biri dədəsinin adına fond, biri rəsmi fondun filialı-filan yaradıb özün xeyirxahlıq mücəssəməsi kimi təqdim edir.

Amma xeyriyyəçiliyə həm rəsmi, həm qeyri-rəsmi qaydada maneçilik törədənlər də var. Bəzi qurumlar öz acizliyini ört-basdır etmək üçün, az qalır ki, adam öləndə də desin, bizdən icazəsiz niyə ölmüsən?


Bəlkə də bu yazını yazmazdım

 

Tam təsadüfən Millət Vəkili Məşhur Məmmədovun Qurban Bayramı xeyriyyəçiliyi haqqında məlumat   əlimə keçməsə idi. (Bəlkə də bu məlumatı aşkarladığım üçün Məşhur müəllim bizdən inciyəcək.) Belə ki, Məşhur müəllim Qurban bayramı günlərində onun seçki dairəsində yaşayan 1154 nəfər ailəyə yardım göstərib. Bunlardan 64 nəfəri şəhid ailəsi, 70 nəfəri Qarabağ qazısı, 1000-dən artığı imkansız ailə olub. 20-yə yaxın şəhid ailəsinin qapısını millət vəkili şəxsən özü açıb, onların qayğıları, istəkləri ilə yaxından tanış olub. Bundan əlavə Biləsuvarda, Qəbələdə, İsmayıllıda, Masallının Ərkivan qəsəbəsində şəhid ailələrinin qayğıları ilə digər millət vəkili Qənirə Paşayeva ilə birlikdə tanış olublar.

Hələ işin maddi tərəfini bir yana qoyaq. Hətta köməkçiləri və könüllüləri ilə də olsa 1200-ə yaxın insanın qapısına getmək bilirsiniz nə qədər vaxt, enerji tələb edir?


İndi bunları xalqın bilməsinin nəyi pisdir ki? Bütün bunları bilmək insanda həm qürur, inam doğurur, həm də bir çoxlarına layiqli nümunə olur.

Şair demişkən, yaxşılara yaxşı deyək sağlığında.

Əgər Z. Tağyev və onun kimilərin xeyirxahlıqları o vaxtlar qeyd edilməsə idi, biz bu gün onlardan necə xəbər tutar, necə nümunə götürərdik?

Qısası, xeyriyyəçilikdə qızıl mərkəzə qoruyaq – nə həddindən artıq reklama yol verib, yardımdan çox özümüzü nümayiş etdirməyək, nə də hər şeyi qalın pərdə arxasında gizlədib, şübhələrə yol açıb, ətrafımızdakıları da hürkütməyək.


Fidan Abbaslı, "Ümidim Sənsən" Sosial İnkişafa Yardım İctimai Birliyinin Sədri               







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10