Prezident İlham Əliyev Azərbaycanı nefti unutmağa çağırandan sonra hökumət diqqətini mərkəzdən regionlara yönəltdi. Əgər əvvəllər buna müvafiq nazirlik və idarələr nəzarət edirdisə, hazırda prezident iqtisadiyyatın idarə edilməsi strategiyasını dəyişib – o, regionlara daha çox səfərlər edir, səyyar müşavirələr keçirir, yerli mütəxəssisləri dinləyir. Özü də bunu ən yaxşı halda “səs hüququ olmayan qonaq” qismində iştirak edən nazirlik və idarələrin rəhbərlərinin iştirakı olmadan edir.
Bu taktiki dəyişikliklərin səbəbləri və onların sonradan ölkənin sosial-iqtisadi həyatına təsiri barədə suala cavab tapmaq üçün saytımızın analitik qrupu ölkənin bəzi iqtisadi zonalarında öz müşahidələrini aparmaq qərarına gəlib.
Səyyar sessiyamızı biz ölkənin ənənəvi olaraq aqrar hesab edilən Cənub regionundan başladıq.
Axşam saatlarında avtomobilimiz dağılmış yollarla Masallı rayonunun mərkəzinə yaxınlaşır. Təəssüf, qorxunc yolsuzluq yaşanmaqdadır – biabırçı magistrallar təəccüb, bədbinlik və dərin kədər doğurur. Yollar tamamilə yararsız haldadır. Oxucuları təəssüfləndirməyə tələsirik – hətta bir neçə il əvvəl salınmış Bakı-Salyan avtomagistralı belə ürəkaçan vəziyyətdə deyil. Bu yeni beton yol bəzi hissələrdə dağılmış və yararsız haldadır.
Beləcə, kəndin yüksəlişi barədə düşüncələrlə irəliləyərkən biz avtomonil yollarının tikintisindəki yarıtmaz vəziyyətin şahidi oluruq. Görünür, məhz bu səbəbdən prezident kriminal MTN-dən sonra ikinci dövlət qurumunu, bu miskin tikintiyə cavabdeh olan Nəqliyyat Nazirliyini ləğv etməli olub. Masallıya yaxınlaşarkən analitik qrupumuz qərara alır ki, gələcəkdə yol problemi ilə daha yaxından məşğul olsun. “Bu qədər problem olar? Çatdıra bilmirik!” – deyinirik.
Ən gözəl çağlar və... fəlakət
Masallı əhalisinin sayı və sıxlığı baxımından Azərbaycanın ən böyük rayonlarından biridir. Burada 219 mindən çox sakin yaşayır ki, bunların da 80%-i kəndlərdə məskunlaşıb. Lakin münbit torpaq o qədər də çox deyil – cəmi 25 min hektar əkinə yararlı ərazi var. Hər kvadrat kilometrdən alınan məhsulun dəyərinə görə effektivlik göstəricisi burada Lənkəran iqtisadi zonasının orta göstəricisini bitkiçilikdə 10,5, heyvandarlıqda isə 3 dəfə üstələyir.
Keçmiş sovet dövründə burada əsas etibarilə tərəvəz (6 min hektarda), çay (3,2 min hektarda) və üzüm (3 min hektarda) yetişdirilib. Lakin bu göstəricilər getdikcə azalıb və 2015-ci ildə müvafiq olaraq 2,5 min ha, 40 ha və 24 ha təşkil edib. İstehsal edilən məhsulun da həcmi azalır. Tərəvəz istehsalı 150 min tondan 62,3 min tona, çay istehsalı 10 min tondan 3 tona, üzüm istehsalı isə 26 min tondan 950 tona düşüb.
Ümumilikdə, elə həmin 2015-ci ildə rayonda 111 milyon manatlıq kənd təsərrüfatı məhsulları tədarük olunub. Fəlakətin miqyasını daha dolğun təsəvvür etmək üçün qeyd edək ki, bu gün ölkə 12,7 ton çay idxal edir – yalnız bir rayonda qısa müddətdə biz məhz bu qədər çay istehsalı itirmişik.
Aydın məsələdir ki, uzun müddət belə davam edə bilməzdi və dövlət başçısı rayon rəhbərliyinə və yerli iş adamlarına şəxsən tapşırıb ki, əməyin effektivliyi artırılsın, tərəvəz və çay istehsalı bərpa edilsin.
“Prinsip etibarilə, özümüz də çoxdan idi ki, bunu düşünürdük, müvafiq strukturlar qarşısında bu məsələləri qaldırırdıq, - rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyir. – Dövlət başçısı sanki fikirlərimizi oxudu, şübhəsiz ki, onun dəstəyi bu vacib məsələnin həlli üçün səfərbər olunmalı bütün mexanizmləri hərəkətə gətirəcək”.
Rafil Hüseynov ön cəbhəyə göndərilir
Ya təvazökarlıqdan, ya da başqa bir səbəbdən İH başçısı demədi ki, bununla ölkə prezidenti açıq-aşkar bildirib ki, bundan sonra o, bütün bu deyilənləri Bakıda oturmuş nazirlərdən və ən müxtəlif səviyyəli məmurlardan deyil, rayon hakimiyyətindən və konkret olaraq, onun özündən gözləyir.
Rafil müəllim özü də kənd təsərrüfatı sahəsində ixtisaslı mütəxəssisdir – demək olar ki, bütün ömrünü torpağa, kəndə və kəndlilərə həsr edib. R.Hüseynov analitik düşüncə tərzinə, kənd təsərrüfatında dərin biliklərə malik olan məmurdur, sovet aqrar sənayesinin bütün keşməkeşli yollarını geridə qoyub. Masallıda icra hakimiyyətinin başçısı təyin olunana qədər Prezident Administrasiyasında sektor müdiri vəzifəsində çalışıb. Neftdən asılı vəziyyətə düşmüş kəndlilərin torpağa qayıtmasını ehtiva edən yeni strategiyanın açıqlanmasından sonra R.Hüseynovu aqrar cəbhənin ən çətin istiqamətlərindən birinə - Masallıya yollayıblar.
Tənbəllik etməyərək, o özü bizə, misal üçün, çay plantasiyalarını və digər kənd təsərrüfatı məhsullarını harada və hansı səbəblərdən yerləşdirməyin lazım olduğunu göstərdi. Hətta əməyinin ilk nəticələrini də nümayiş etdirdi – qorunub saxlanmış çay kollarını sanki məxsusi olaraq bu məqsədlə yaradılmış sahədə - ilin böyük hissəsi dumanla örtülü olan dağın yamacına – Kolatan kəndinə toplayıb. Az qala göz yaşı tökərək o bizə nəql edir ki, cəmi 20 il əvvəl burada çay plantasiyalarını barbarcasına məhv ediblər. Bura 1935-ci ildən bəri insan ayağı dəyməyib...
Amma əvəzində, fermerlər bizi həmin sahədən toplanmış əsl yerli çaya qonaq edəndə fərəhindən yerə-göyə sığmırdı – bu tam üçün doğrudan da darıxmışıq! “Pürrəngi”nin ətri də, dadı da, rəngi də darısqal yürüş masasının narahatlığını unutdurmuşdu: bəziləri hətta ayaq üstə də stəkanı stəkan dalınca içirdi...
“Azərsun” özünü yetirdi
Prezidentin çağırışı və yerlərdə yaradılmış şərait rayonlara investorları cəlb etməkdədir. Belə ki, “Azərsun Holdinq” şirkət üçün ayrılmış torpağın 150 hektarında tərəvəz əkib, 100 hektarında isə çay plantasiyaları salıb. Burada artıq rayonun 600 sakini işlə təmin olunub. Rayon rəhbərliyi ilə birlikdə holdinq dağların yamacında daha 1000 hektar ərazidə çay plantasiyaları salmaq niyyətindədir. Bu məqsədlə Yaponiyadan şaxtayadavamlı çay kollarının gətirilməsi planlaşdırılır.
Lakin Rafil müəllim israrla bildirir ki, rayonda çay plantasiyalarının sahəsini asanlıqla 1500 hektara çatdırmaq və bu cür yüksək keyfiyyətli məhsulun ixracından irəli gələn bütün üstünlüklərdən yararlanmaq mümkündür. İcra Hakimiyyətinin başçısı tərəvəzi də nəzərdən qaçırmır və fikrində onlar üçün nə az–nə çox, düz 7 min hektar sahə ayırır. Onun hesablamalarına görə, bu iki layihəni gerçəkləşdirmək mümkün olarsa, rayonun 27 min sakinini işlə təmin etmək reallığa çevriləcək.
Tənbəllik - Masallı gerçəkliyinin aynası kimi
Eyni zamanda, R.Hüseynovun sözlərinə görə, masallılılar o qədər tənbəlləşiblər ki, öz torpaqlarında da işləmək istəmirlər. Onlar torpaqlarını satmaqdan da imtina edirlər. Hətta icarəyə də vermirlər. Hazırda kəndlilərin təsəvvüründə torpaq “qara gün” üçün yatırdır, şəxsi mülkiyyətdir.
“Belarusun nümunəsi bir daha göstərdi ki, kolxoz və sovxozların ləğvi bizim üçün necə böyük səhv idi!” – bu acınacaqlı mənzərəni müşahidə edərək, etiraf etməyə bilmirik.
Rayon İH başçısı bizimlə razılaşır: “Əlbəttə, qoruyub saxlamaq və kollektiv təsərrüfatın formasını dəyişmək lazım idi. Bizim insanların özəl əmək və fermer təsərrüfatı ənənəsi yoxdur. Yeni qaydaları əksər hallarda şəxsi nümunə hesabına yaratmaq lazım gəlir”, - R.Hüseynov bildirir.
Sən demə, ötən il referendumda qəbul edilmiş Konstitusiyaya son dəyişikliklərdən sonra belə dövlətin özəl torpaqları milliləşdirmək hüququ yox imiş. Söhbət uzunmüddətli icarəyə verilmiş torpaqların geri alınmasından gedir.
Bəs R.Hüseynov nə təklif edir? O, yeni model hazırlayıb: kəndli əkin torpağından istifadə etmirsə, hökumət ona qarşı sanksiya tətbiq edir. “Bəlkə bundan sonra torpağa qayıtdılar?” – rayon rəhbəri sual verir.
Onun fikrincə, kəndlilərin işləmək istəməməsi daha çox onunla bağlıdır ki, əvvəllər insanlar müxtəlif yollarla onlara sosial təminat hüququ verən saxta arayışlar alıblar.
Doğrudur, hazırda bu sahədə nəzarət gücləndirilib və belə asan həyat tərzi həvəskarlarının sayı keçmişdə qalmış neft erasındakı 70 faizdən 50 faizə düşüb. Lakin icra başçısı və ümumilikdə, rayon rəhbərliyi neft dövründən miras qalmış sosial “ələbaxımlılıq”la mübarizəni davam etdirir.
Boş qalmış Masallı torpağı
Kəndlilərin əlində olan torpaq sahələrinin əksəriyyəti istifadəsiz qalmaqdadır. Hazırda boş torpaqların sahəsi 9 min hektar təşkil edir. Digər mülkiyyətçilər isə, torpağı tamamilə atmasınlar deyə, orada dənli bitkilər əkir – hazırda belə əkinlərin sahəsi 12 min hektardır. Lakin bu rayonda dənli bitkilərin məhsuldarlığı çox azdır. Həmin torpaqlarda rayon üzrə cəmi 120-130 nəfər çalışır, ümumi gəlir isə təxminən 2 milyon manatdır.
Müqayisə üçün qeyd edək ki, tərəvəz əkilmiş cəmi 100 hektar torpaqda 300 iş yeri yaratmaq və hətta 1 kiloqram məhsul 10 qəpiyə satılarsa, azı 2 milyon manat qazanmaq olar. Əslində isə, bu rəqəm qat-qat artıq olardı.
İH başçısının mövqeyi ilə sadə sakinlər də razıdır: neft dövrünün mirası – sosial təminatlar, həmçinin Rusiyadan pul köçürmələri kəndliləri torpaqdan ayrı salıb. Axı bir çox kəndlər boşalıb – hələ təlatümlü 1990-cı illərdə gənclər yüngül qazanc dalınca Moskva piştaxtalarının arxasına cumdu və o vaxtdan bəri buralarda qalmış qocaları “taxta” rus rublu ilə təmin edirlər.
Beləliklə, adi Masallı kəndlisi 300-400 manat sosial təminat alır və vicdanlı oğul-uşağının aybaay göndərdiyi 100-200 dolları cibinə qoyur. Belə olan vəziyyətdə kim torpağa qayıdar?
Məhz bu səbəbdən bu gün fermerlər rayonlarda aylıq 300-500 manat məvaciblə onlara işləmək istəyən kəndli tapa bilmirlər.
Gözümüzün qarşısında bir çox sahələrdə çiyələk məhv olub gedir. Məhsulu yığmağa adam yodur. İnsanlar 300 manata işləməkdən imtina edir. Nəyə görə? Çünki onsuz da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi saxta sənədlər hesabına bundan da artıq qazanırlar...
Sadə Masallı sakininin məntiqi
“Mən şəxsən dənli bitki əkənlərdən xahiş edirəm ki, torpaqlarında daha məhsuldar bitki növləri, məsələn, kartof yetişdirsinlər, - İH başçısı deyir. – Lakin xeyri yoxdur. Heç bir dilətutma onları məcbur edə bilməz ki, adət etdikləri dənli bitkilərdən əl çəksinlər. Amma xüsusi bir zəhmət tələb etməyən bu dəyişiklik hər bir fermerə hər hektardan əlavə olaraq azı 3 min manat qazandıra bilərdi. İnsanlar ən sadə yolu seçirlər və dövlətdən mümkün qədər subsidiya almağa can atırlar. Çox pul qazanmaq üçünsə zəhmət çəkmək istəyən yoxdur”, - R.Hüseynov deyir.
Bununla birgə, Masallı sakinləri bir az fərqli düşünürlər. Onların sözlərinə görə, dənli bitkilərdən fərqli olaraq, digər sahələr əlavə xərc tələb edir və bunun üçün məqsədli və sərfəli kreditlər lazımdır. Bundan başqa, dənli bitkilərin satışında çətinlik yoxdur, xərclər asanlıqla geri qayıdır. Digər bitki növlərinin becərilməsi isə məhsulun satışında problemlərlə və hava şəraitindən daha böyük asılılıqla bağlıdır və s.
Əkinlərin sığortalanmasının olmadığı bir şəraitdə bu iş təhlükəlidir.
Elə bu səbəblər kəndlilərə mane olur ki, İH başçısının digər məsləhətini dinləyib həyətyanı sahələrində şaxtayadavamlı subtropik meyvələr, məsələn, feyxoa və naringi yetişdirsinlər. Göründüyü kimi, hər iki tərəfin arqumentləri əsaslıdır və problemin həlli üçün zonalar klasterlərə bölünməli və bunların inkişafı məqsədilə dövlət müvafiq alətlərdən istifadə etməlidir. Fikrimizcə, yalnız stimulların düzgün seçimi yolu ilə dövriyyədən çıxmış torpağı geri qaytarmaq olar.
Amma yenə də bir incə məqama toxunmaq istərdik. Ən işgüzar Masallı sakinləri heç bir çətinliyə baxmadan yüksək nəticələrə nail olurlar.
Kəndlinin sevinci
Belə ki, sahibkar İlkin Şükürov bizi, belə demək mümkünsə, istixanası ilə təəccübləndirdi. Əslində isə bu, daha çox sənaye sahəsini xatırladan istehsal prosesidir. Onlarla hektar nəhəng sahədə xarici modul istixanaları quraşdırılıb və bunların hər birində minlərlə pomidor kolu əkilib. Pomidorlar damcı yolu ilə suvarılır, mayalanmanı isə arılar həyata keçirir.
Cəsarət adlı yerli fermerin sahəsi də az cəlbedici deyil. Təxminən 10 hektar sahədə o, seçmə çiyələk məhsulu əldə edib. Gələn il isə çiyələk sahəsini genişləndirmək və bununla yanaşı, buradaca soyuducu avanadlıqlar quraşdıraraq, məhsulun saxlama müddətini artırmaq niyyətindədir.
Maraqlıdır ki, hər iki fermer öz bizneslərini şəxsi vəsaitləri hesabına qurub. Hətta sahibkarların qarşısında ciddi maneə kimi duran satış bazarını da onlar özləri tapır. Dövlətin dəstəyi olacağı təqdirdə onların hansı nəticələrə nail ola biləcəklərini təsəvvür etmək çətin deyil. Dövlətin azacıq dəstəyi olduğu halda rayonda hələ neçə-neçə bu cür işgüzar insanlar tapılar.
Arzular, arzular...
Rafil Hüseynov özünün iddialı planları barədə uzun-uzadı və maraqla söhbət açır. Görünür ki, arzuları çoxdur. Lakin R.Hüseynov planlarını gerçəkləşdirə biləcəkmi? Belə miqyaslar üçün ən azı kifayət qədər suvarma suyu lazımdır ki, bununla hələlik istifadə edilən torpaq sahələrinin cəmi 40%-i təmin edilib.
Rayonun meliorasiya sisteminin böyük hissəsi yararsız hala düşüb, Muğan zonasında torpağın 85%-i şoranlaşıb və əkin üçün yararsızdır. Doğrudur, rayonda Viləşçayda qurulmuş, həcmi 42 milyon kub metr olan su hövzəsi var, lakin o, 1986-cı ildə qurulub və rayonun ehtiyaclarını ödəmək iqtidarında deyil.
Həcmi 15 milyon kub metr olan ikinci hövzənin tikintisinə başlanıb, lakin o da böhran vəziyyəti ilə əlaqədar dayandırılıb. Bu hövzənin tikintisinə və yeni, müvafiq suvarma sisteminin yaradılmasına, mütəxəssislərin hesablamalarına görə, təxminən 250 milyon manat tələb olunur. Odur ki, düşünmək lazımdır: rayonda tərəvəz yetişdirilməsi və çay plantasiyalarının salınması ilə tələsmək lazımdırmı? Ələlxüsus da, bu məsələlər rayon hakimiyyətinin səlahiyyətində olan məsələlər deyil. Yerli rəhbərlərin hətta ən perspektivli planları belə hər dəfə ümumrespublika idarələrinin bürokratik əngəllərinə dirənir.
Fəqət lap düşünülməsi çətin olanı təsəvvür etsək – kəndlilər neft dövrünün mirasından imtina edir, arayışlarını zibil qutusuna tullayır və torpağa qayıdırlar və bütün sistemli infrastruktur problemləri bir anda həllini tapır – belə olan halda rayonda tədarük və emal obyektləri kifayət edəcəkmi? Bu sualla hökumət məmurlarının yeni nəslinin nümayəndəsinə müraciət edirik.
İstanbul universitetinin məzunu, 40 yaşlı Nəsir Muxtarlını – gənc, tərəqqipərvər insanı təcrübəli icra hakimiyyəti başçısının müavini vəzifəsində görmək bizi çox təəccübləndirdi. O, minnətdarlıq hissi ilə Rafil Hüseynovu öz müəllimi adlandırır, lakin bununla bərabər, bizi bir çox adət etdiyimiz dövlət məmurlarına xas olmayan azad fikirliliyi və tərəqqipərvər düşüncəsi ilə mat qoyur.
N.Muxtarlı düşüncələri ilə bölüşür: “Rayonda tərəvəz və sitrus bitkiləri üçün hər biri 5 min tonluq iki tədarük mərkəzi (soyuducu) tikmək yaxşı olardı. Sonra onların nəzdində müvafiq birjalar yaratmaq mümkündür. Emal gücü yaratmaq da pis olmazdı”.
Lakin fikrimizcə, belə birtərəfli baxış o qədər də doğru deyil. Emal sənayesi konkret bir rayon çərçivəsində deyil, bütöv iqtisadi rayon miqyasında düşünülməlidir. Regionda isə sovet dövründən xeyli istehsal sahələri qalıb ki, onları yenidənqurma yolu ilə hərəkətə gətirmək olar. Artıq müstəqillik illərində tikilmiş və indi müxtəlif səbəblər üzündən çalışmayan xeyli komplekslər mövcuddur.
Qeyd etmək kifayətdir ki, Masallıda keçmiş konserv zavodlarından birinin bazasında bu gün bütün Azərbaycanda məşhur olan “Embawood” mebel fabriki fəaliyyət göstərir. Rayonda isə sənaye obyektlərinin sayı çox azdır. 2015-ci ildə burada 21 sənaye müəssisəsi fəaliyyət göstərirdi və 36 milyon manatlıq məhsul istehsal etmişdi. Bu müəssisələrdə orta aylıq əməkhaqqı 315 manat olan 2608 nəfər çalışıb.
“İstisu”yu necə itirdik
Masallı rayonu sanki turizm üçün yaranıb. Azərbaycanın bu cənnət güşəsi sözün əsl mənasında ölkə büdcəsinin əsas mənbələrindən biri ola bilərdi. Lakin rayonun infrastrukturunun inkişaf səviyyəsi, təəssüf ki, ürəkaçan deyil. Pul çatmır. Həmişə də axmaqlar mane olub. Yəqin elə buna görə də, rayonda yaxşı yol yoxdur. Axmaqlar və yollar problemi isə əbədidir!
Yerli hakimiyyət öz qüvvəsi hesabına pis-yaxşı rayondaxili yolları qaydasına salıb, lakin bu gün çətin ki, hansısa turist öz avtomobilini, bir az da uzağa getsək, həyatını bu rayonun mənzərələrinə tamaşa etməyə görə qurban verərdi.
Bəli, ancaq tamaşa etməyə. Çünki burada turistləri cəlb edəcək obyektlər kifayət qədər azdır. Doğrudur, rayon mərkəzində yeni müasir kinoteatrlar, muzeylər və mədəniyyət mərkəzləri var. Lakin çətin ki, Bakıdan bunlara görə gəlməyə dəyər.
Rayonun çox gözəl təbii iqlim şəraiti var və coğrafi rəngarəngliyi böyük turizm potensialına malikdir. Viləşçayın meşəlik zonada yerləşən sahilində 1650 metr hündürlükdə xeyli sayda müalicəvi, minerallarla zəngin bulaqlar var. Bunların arasında yeganə istifadə olunanı isə “İstisu” müalicə mərkəzidir ki, o da “Nuh əyyamında” – 1971-ci ildə tikilib. Hətta sərin yağışlı havada belə gözümüzün qarşısında adamlar növbəyə dururlar ki, müalicəvi vanna qəbul etsinlər və massaj olunsunlar.
Lakin bütün bu vannalar və ailəvi hovuzlar, elə ümumilikdə kompleksin özü kimi, çoxdan köklü təmirə və yenidənqurmaya ehtiyac duyur. Mütəxəssislər deyir ki, bu mərkəzdən bir az hündürdə bundan da güclü müalicəvi su mənbəyi mövcuddur. Müasir müalicə mərkəzi tikmək, yol çəkmək və yaxşı reklam edərək, həm yerli, həm də xarici turistlərin bura axınını təşkil etmək yaxşı olardı. Bunu bu gün barmaqla sayıla bilən digər istirahət mərkəzləri barədə də demək olar. Elə buna görə də, rayona səfər edən turistlərin sayı azalır. Əgər 2011-ci ildə rayona 11 min nəfərdən çox turist gəlirdisə, 2015-ci ildə onların sayı iki dəfə azalıb.
Təkcə onu demək kifayətdir ki, rayonda qazılaşdırma səviyyəsi ölkə səviyyəsindən aşağıdır (80%), kəndlərin içməli su ilə təchizatı layihəsi başa çatdırılmayıb, uşaq bağçaları körpələrin cəmi 7%-ni qəbul edə bilir. Boradigah kimi 12 min nəfərlik iri kənddə isə, ümumiyyətlə, uşaq bağçası yoxdur. Eyni mənzərə təhsil sahəsində də müşahidə edilir. Masallı şəhərində məktəblərin tutumu 3 min şagirdi ötmür, halbuki, burada 5 min şagird oxuyur. Yerdə qalan 2 min şagirdin hansı şəraitdə təhsil alması isə müəmmalı məsələdir...
Lakin rayonun İcra Hakimiyyəti başçısı Rafil Hüseynov az qala təkbaşına problemləri bir-birinin ardınca həll edir: “Artur Tahiroviçə təqdim etdim, vəsait buraxdı... Baş nazirin qəbuluna düşdüm və onu inandırdım”. R.Hüseynov Baş nazir Artur Rasizadənin rayonun sistemli problemlərinin həllində şəxsi iştirakından çox danışır. Axı nəyə görə rayon rəhbərliyi hər bir qərarı ölkə hökumətinin başçısı səviyyəsində həll etməyə çalışmalıdır? Axı Mərkəz özü ilk növbədə regionların rəhbərlərini islahatları sürətləndirməyə səsləməyə çalışmalıdır, hətta buna borcludur.
Yolumuz Yardımlıyadır. Lakin yolda rastlaşdığımız mütəxəssislər bizi bu fikirdən daşınmağa çağırır. Nəyə görə? “Orada baxmalı heç nə yoxdur!” – Yardımlı kəndlərinin sakinləri bir ağızdan deyir. Məşhur telejurnalist – ləğv edilmiş ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev də bizi buna inandırmağa çalışır.
Ağır düşüncələrin və ziddiyyətli təəssüratların yükü ilə elə həmin miskin yollarla başqa rayona – Cəlilabada üz tuturuq. Bizi inandırırlar – bu rayonda aqrar islahatlar zirvə nöqtəsinə çatıb. İnanırıq. Cəlilabada yollanırıq...
(ardı var)
virtualaz.org

Rafil Hüseynov

Masallıda "Embawood" mebel fabriki

Bu vannaya hansı turist girər?