Yaxud, niyə insanlar xəstəxanadan çox
onun evinə üz tuturdular?
Bu yaxınlarda Astara rayonunun Ərçivan qəsəbəsində 48 yaşlı bir həkim dünyasını dəyişib. İndi, çoxlarında biganəliyinin artdığı, sevgilərin azaldığı, şirin duyğuların sözaldığı bir vaxtda bu həkimin ölümünə belə sonsuz el ehtiramı nədən idi.
Onun qəfil vəfatı günü astaralı ziyalılar da, adi sakinlər də sosial səbəkələrdə az qala şivən çəkirdilər. Karantin qaydaları imkan vermədiyi üçün Astaranın Ərçivan kəndinə gedib yazı hazırlaya bilmədik. Lakin qısaca da olsa öyrəndik ki, 48 yaşlı bu həkim təkcə öz sənətinin mahir bilicisi kimi yox, həm də insan qəlbinin əsil mühəndisi kimi tanınıb və ürəkdən sevilib. .
Kamil həkim öz evini şəfa ocağına çevirib və az qala xəstəxanadan daha çox onun evinə xəstə gəlib.
Kamil həkim insanlığı və peşəkarlığı ilə onun haqqında deyilənlərdən, şər və böhtanlardan daha ucada dayanmağı bacarıb.
Kamil həkim musiqini çox sevib, hədsiz dinli-imanlı olub, Buradkl təhsili ilə kifayətlənməyib, Sankt-Petrburqda peşəkar təlim keçib.
Bütün bunların fövqündə isə onun böyük insanlığı, sənətinə hədsiz məhəbbəti dayanıb.
Bu günlərdə astaralı jurnalist xanım Gülnarə Əsədli onun haqqında redaksiyaya təkcə jurnalist kimi yox, onun bir ellisi, bir xəstəsi, bir pərəstişkarı kimi ürək ağrısı ilə dolu bir yazı yollayıb, həmin yazını sizə təqdim edirik.
Onun qəfil vəfatı günü astaralı ziyalılar da, adi sakinlər də sosial səbəkələrdə az qala şivən çəkirdilər. Karantin qaydaları imkan vermədiyi üçün Astaranın Ərçivan kəndinə gedib yazı hazırlaya bilmədik. Lakin qısaca da olsa öyrəndik ki, 48 yaşlı bu həkim təkcə öz sənətinin mahir bilicisi kimi yox, həm də insan qəlbinin əsil mühəndisi kimi tanınıb və ürəkdən sevilib. .
Kamil həkim öz evini şəfa ocağına çevirib və az qala xəstəxanadan daha çox onun evinə xəstə gəlib.
Kamil həkim insanlığı və peşəkarlığı ilə onun haqqında deyilənlərdən, şər və böhtanlardan daha ucada dayanmağı bacarıb.
Kamil həkim musiqini çox sevib, hədsiz dinli-imanlı olub, Buradkl təhsili ilə kifayətlənməyib, Sankt-Petrburqda peşəkar təlim keçib.
Bütün bunların fövqündə isə onun böyük insanlığı, sənətinə hədsiz məhəbbəti dayanıb.
Bu günlərdə astaralı jurnalist xanım Gülnarə Əsədli onun haqqında redaksiyaya təkcə jurnalist kimi yox, onun bir ellisi, bir xəstəsi, bir pərəstişkarı kimi ürək ağrısı ilə dolu bir yazı yollayıb, həmin yazını sizə təqdim edirik.
Həkim cərrah Kamil Zakiroğlunun ölümünə elegiya
Gecəni gündüzə çevirən, yağmuru yağdıran, günəşi doğduran, şəfəqləndirən kainatı nizamla idarə edən Aləmlərin Rəbbi-Allaha həmd olsun!
Uca Tanrı hər birimizə bir ömür bəxş edib. Kiməsə cox, kiməsə də az - nakam ömür. Enişli yoxuşlu ömür yolumuzu Allahın bizə ayırdığı vədə qədər yaşayırıq. İstəsək də, istəməsək də... Cünki zaman öz axarı ilə gedir. Nə yazıq ki, sən də nakam, qəfil gedişinlə əzizlərini sevənlərini, sənə ehtiyacı olan insanları qəm-kədərə qərq etdin."Heyif "deyib təsirlənsək də , ağlayıb sızlasaq da bir faydası olmayacaq. Artıq bizlərdən cox uzaglarda-Haqqın dərgahındasan.
Sən özünçün yaşamadığından bu gün bütün el səni nisgillə anır, sənin üçün çox göynərti ilə ağlayır.
Sən tək rayonda deyil Azərbaycanın hər bölgəsində, paytaxtda, İran İslam Respublikasında, qardaş Türkiyədə özünəməxsuz biliyinlə, elminlə tanınırdın.
Ona görə də aramızda olmadığın üçün sənsizliyin, yoxluğunu daha çox hiss olunur.
Deyirlər, gəlişin zamanın boşluğunu dolduran deyil, gedişin zaman yerin görünür.
İstiqanlı,mehriban, hirslənməyi də ani olan eloğlum mənim!.
Sən ruhunla, qəlbinin hərarəti ilə insanlara həmdərd olurdun.
Bu gün səni tanıyan hər kəs ruhunu ehtiramla yad edir, dualar oxuyurlar.
Başın cox bəlalar cəkib. Hamısı da riyakarların, gözügötürməzlərin paxıllığından.
Amma bütün pislikləri içində boğaraq dözürdün.
Cünki, yaradan səni tez-tez sınağa çəkirdi. Sən "Allaha sığınmışam " deyib səbr edirdin.
Pis niyyətlilər sənə axırda məhbus həyatı da yaşatdılar. Lakin Allah səni sevdiyindən onun bəndələrinə yardım etməklə dayaq oldu. Allahın izni ilə tezliklə sənə aid olmayan məkandan cıxıb ailənə qovuşdun.
Çox çəkmədən yaşadığın evdə özünə şərait quraraq sənə müraciət edənlərə şəfa verməyə başladın. Üç il olardı ki, xəstələri evində qəbul edirdin. Əlbəttə, bu da Allahın hökmündən idi. Az bir müddət ərzində səsin sorağın hər bir tərəfə yayıldı.
Məhbus həyatının başa catdıgını eşitmişdim. Bir gün sənə telefon açıb
"həmişə evində işində olasan" dedim.
Səsimi dərhal tanıdın. Aradan zaman keçməsinə baxmayaraq həssas qəlbli insan kimi diqqətin məni sevindirdi.
Müəllimənlə - bacımla sizə gəlib yoldaşına göz aydınlığı verdik. Zahirən dəyişilsən də, içindəki mehribançılıq, səmimiyyət, həssaslıq eyni ilə dururdu.
İndi ruhunla danışarkən yaddaşımdakılar bir-bir çözələnir.
Sən rayonda mərkəzi xəstəxanada həkim cərrah işlədiyin zaman mən də qəzətdə jurnalist idim.
Sənin haqqında yaxşı fikir eşidəndə fəxr edərdim. Xəyalıma gəlməzdi ki, nə vaxtsa haqqında elegiya yazmalı olacağam. İndi yana-yana təəssüflənirəm.
İslama etiqadı olan, məsumları sevən bir müsəlman kimi Kərbəladan qayıdandan sonra görüşünə gəldik.
Ziyarət təəssüratlarını necə də məhəbbətlə danışırdın. Sən islamı, Qurani Kərimi gözəl bilirdin. Dinimizə olan məhəbbətə görə sənə hörmətim cox idi.
Tale elə gətirdi ki, təbib kimi sənə ehtiyac duydum.
Dizimdəki ağrılardan şikayətləndim. Düzdür, müalicə ücün dərmanlar yazdın.
Lakin ən böyük dərmanın filosofyana sözün, söhbətin idi. Ağrılar məni dilxor etdiyindən narahat olduğumu hiss edirdin.
Bir dəfə söhbət zamanı dedin ki, "fiziki agrıları cox fikirləşmə. İnsanda əsas ruhdur, səndə də ruh təmiz, azaddı, narahat olmağa dəyməz". Düz deyirdin, ruhən təmiz azad, saf olmaq insan üçün əsas amildir.
Cünki insanın ruhu necədirsə, həyata baxışı da eləcə duyulur. Sənin də ruhun saf olduğundan xəstələrin tərəfindən sevilirdin.
Mən həm də sənin insanlığına, həssaslığına, qabiliyyətinə qibtə edirəm.
Məkkədən gələndən sonra Allaha xatir özüm sənə dəydim ki, işin avand olsun və sənə bir qələm hədiyyə etdim.
Həmin qələmlə az-az
yazardın. "Axı müqəddəs yerdən gəlib, içi qurtara bilər" deyərək qələmi əzizləyərdin. Bu sənin Allaha etiqatından
həm də insana, onun hədiyyəsinə dəyər verdiyindən idi. Sən o qədər nəzakətli idin ki
Bir dəfə sənə üstündə
"Həkim Cərrah Kamil Zakiroğluna " sözləri yazılmış bir süviner hədiyyə etmişdim.
Cox sevindin,
"bəh-bəh" deyərək onu yazı stolunda elə bir yerdə qoydun ki, diqqət cəlb eləsin.
Yadımdadır, fevralda doğum gününde sənə mesaj göndərmişdim.
Telefona baxmamışdın. Gəldim sənə xatırlatdım. Bu gün yana-yana gözyaşlı qoydugun həyat yoldaşın Elnarə "elə gözəl sözləri oxumazlar?" deyib mesajı sənə oxutdurdu. Sən təsirləndin "nə gözəl yazmısan, onu telefonumda elə yerləşdirərəm ki, mənə zəng gələndə "el obamın layiqli oglu, nə yaxşı ki , dünyaya gəlmisən , gəlişin mübarək olsun! - sözlərini eşidim" deyən kimi incikliyim aradan götürüldü. Axı sən insan qəlbinin psixoloqu idin. Həmin gün çoxluca söhbət,
müəllimən - bacımla zarafatlar etdin, məktəb illərini xatırlatdın. Sanki səni bir daha görməyəcəyik kimi xeyli oturduq.
Doğrudan da, bu son görüş oldu. Çünki martda-Novruz bayramında, iyunda tibb işçiləri günündə səni təbrik etməyə gəlmişdik. Xəstə üstünə getdiyindən səni görə bilmədik.
Ölümündən bir gün evvəl Zakir müəllimi görməyə gəldim. Bədbəxt atan həyətdəki oturacaqda oturmuşdu. Fikirli görünürdü. "Maşallah, yaman istidir" deyib oturdum. Atan məni eşitmirmiş kimi "həkim yaman xəstədir, indicə xəstəxanaya apardılar" deyəndə düzü inanmadım.
Axı hər kəsi sagaldan həkim birdən birə necə ağırlaşa bilər-deyə icimdə düşündüm. Həmin gün həm dərdli atana həm də söhbətləşdiyim qızın Şəbnəmə "Darıxmayın İnşallah,
yaxşı olar, həkim möhkəmdir" desəm də, nədənsə həyəcanlandım.
Sabahısı axşamçağı sənin rəhmətə getdiyini eşidib cox təsirləndim.
...Hansı birindən danışım, həkim kardioloq, Allah vergisindən yararlanan qərb zonasında ve xaricdə tanınmış üç körpəsi yetim qalan Ülfətimdənmi, və yaxud o birilərindən danışım...
Sənin iş otağında hər şey səni xatırladır. Amma sənsiz burada durmaq, nəyəsə baxmaq çox çətin,ağırdır. Bir zamanlar burada yüzlərlə insanın dərdini dinləmiş xəstəliyini müayinə müalice etmişdin. Həm Bakıda, həm də Sankt-Peterburqda
oxuyarkən müxtəlif dillərdə mənimsədiyin elmlərdən həkimliyin alidən-ali dərəcəsinə yüksəlmişdin.
Otağdakı əşyalar-tibbi avadanlıqlar, oturacaqlar pəncərə önündə düzülmüş dibçəklər də sanki kimdənsə küsülü kimidir. Onlar da sənsizliyə darıxırllar. Nədən bu tezliklə qəfil gedişinlə hər kəsi intizarda qoydun. Axı sən tək özünün deyildin. Yaşından asılı olmayaraq hər kəsin, hətta dil açmayan dodaqarı büzüşmüş halda sənə ehtiyac duyan körpəlerin də şəfa verəni, xilaskarı idin.
Sənin evində ailənlə birlikdə gitarada ifa etdiyini gördüyüm zaman çox heyrət etmişdim. Sanki qarşımda təcrübəli bir musiqiçi dururdu.
İndi mobil telefonlarda səni dinlədikcə soyuq göz yaşlarım yanaqlarıma süzülür halal xoşun olsun.!
Sən Allahın hökmü ilə birdən birə ulduz kimi parladın..
Bir gün qəfil gedişinlə də sənə etimad bəsləyənlərini, sevənlərini, ehtiyac duyanlarını yandırıb yaxdın. Sən xatirələrdə əbədiyyət nəğməsi kimi daima oxunacaqsan.
Övladlarından nigaran qalma. Dünya yaxşılardan xali deyil. O yaxşılardan biri də əzizimiz, millət vəkili həkim
Rəşad Mahmudovdur. Allah ondan razı olsun.!
Ərçvan qəsəbəsinin hörmətli insanı-həkim cərrah Kamil Zakiroglu!
Ömrünün coşqun çağında, təbabətdə çox xeyir verəcək zamanda
ömrünün 48-i başa vurmadan həyatla vidalaşdın.
Əslində, Allahın dərgahına qovuşmaq xoşbəxtlikdir. Şərqin mövlanası ölümü Şəbu Əruz-"toy gecəsi" adlandırıb. Toyun mübarək, Allahın dərgahına gedişin xeyirli olsun.!
Allah dərdli əzizlərinə, könlü qırıq övladların - Sadiq və Şəbnəmə səbr versin.
Həkim-cərrah Kamil Zakiroğlunun ruhuna Allahdan rəhmət diləyi ilə
jurnalist - yazıçı
Gülnar Əsədli
Astara