Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bələdiyyə bizə “xox” gəlir




Bələdiyyə bizə “xox” gəlir
Yaxud Ərkivan bələdiyyəsinin “göyləri” od içində
-Demək, bunların məntiqindən belə çıxır ki, kim onları tənqid etsə, vergini ondan istəyirlər.
- Əgər Ərkivan bələdiyyəsi 1 ildə cəmi 4 nəfərə öz həyətının torpağını satıb, cəmi 4 faiz vergi yığırsa , buna görə bir ildə 6 min 500 manat əmək haqqı götürürsə daha onlar orada niyə oturublar?



Nəhayət, Ərkivan bələdiyyəsindən bizə, redaksiyaya məktub gəldi. Bir zərfdə 3 məktubda bələdiyyə sədrinin və onun “mirzələrini” hansı savada sahib olduqları ilk baxışdan bəlli oldu.
1. Məktubun 2-si bələdiyyə sədrinin imzası və möhürü ilə gəlib-lakin həmin məktublarda nə tarix var, nə künc möhürü (nə də onu əvəzləyəcək blank forması). Heç, məktub kimə ünvanlanıb o da yoxdur.
2. Digər 2 məktubda künc möhürü var, imza da var, lakin məktubu kim imzalayıb, onun adı yoxdur. Sadəcə yazılıb ki, “Ərkivan bələdiyyəsinin məktublar şöbəsi” (!)

3. Məktublardan biri Ərkivan sakini Zahir Əmənovadır. Görəsən, bir sakin kimi mənə aid olan məktub redaksiyaya niyə göndərilir.

4. Bələdiyyənin həmin 13 aprel 2017-ci ildə imzalanan məktubu bələdiyyə binasından 200 metr aralıda yerləşən poçta 6 günə, aprelin 18-də çatıb, 19-da da bizə yetişib. Məktubun yuxarısında 11 aprel, axırında isə 13 apreldir. Yəni bir məktubda 2 tarix.
5. Bu tarixləri elə-belə qabartmadım. Ərkivan bələdiyyəsi ilə bağlı məqalə “Cənub xəbərləri” qəzetinin 17 aprel tarixində çap olunub və məktub da ondan sonra yazılıb, sadəcə tarix əvvələ qoyulub.
Nə isə, xırdalığa getdikcə bu bələdiyyə “mirzə”lərinin naşılığına adamın yazılığı gəlir. Yəni, bunlar illərdir bu sahədə çalışsalar da elementar sənədləşmədən xəbərləri yoxdur.

Necə deyərlər, gələk mətləbə.
Guya bunlar sorğuya cavab veriblər və məni ittiham edirlər.
1. Mən uzun illərdir bələdiyyəyə vergi ödəmirəm, buna görə bələdiyyəyə sorğu verməyə də ixtiyarım yoxdur. Bu məntiqlə bələdiyyənin 3800 vergi ödəyicisindən cəmi 155 nəfəri vergi ödəyirsə, qalan 3645 vergi ödəyicisinin heç birinin onlardan heç bir şey soruşmağa səlahiyyəti yoxdur (Amma onlara səs verməyə ixtiyarları var).
2. Demək, bunların məntiqindən belə çıxır ki, kim onları tənqid etsə, vergini ondan istəyirlər.
3. Elə bu məntiqlə bələdiyyə sədri ANAR bəydən soruşmaq lazım gəlir ki, 16 il hərbi xidmətdən saxta, qondarma sənədlərlə yayınan şəxsin şəhid ailəsinin, əsgər ailəsinin qapısını açmağa mənəvi haqqı varmı? (Ev tapşırığı:- Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz.)
4. Qanuna görə , vergilər nağd yox, köçürmə yolu ilə ödənməlidir. Bələdiyyə 3800 vergi ödəyicisinə nə vaxt bildiriş göndərib, hesab nömrəsini təqdim edib ki, onlar buna cavab verməyiblər? Bundan əlavə 3 ildən artıq borcu istəməyə bələdiyyənin səlahiyyəti varmı? Heç çoxu bilmir ki, həyətyanı üçün nə qədər, payı bəlli torpaq üçün nə qədər vergi verməlidir.

5. Bələdiyyə sədri hələ də bilmir ki, 4 il əvvəl Ərkivan torpaqlarında dəyişiklik aparılaraq, mənim də payıbəllim daxil olmaqlar Ərkivan qəsəbəsinin onlarla hektar torpaq sahəsi Masallı şəhər ərazisinə verilib. Yəni, Ərkivanda payıbəlli torpağım yoxdursa, ona görə Ərkivan bələdiyyəsinə niyə vergi verməliyəm? Eləcə də həmin ərazidəki dükanlar, sexlər niyə ona vergi verməlidir? Mənim evimin dəyəri haçan qiymətləndirildi, haçan ölçüldü ki, ona görə də əmlak vergisi müəyyənləşdirildi?
6. Əgər doğrudan vergi, sorğu mənəvi dəyərlərə görədirsə, sənin müavinin ötən il qaz sərvinə görə adlar açıqlananda 400 manat borcuna görə borcluların önündə gedirdi. O nə haqla başqalarından hansı borc tələb edə bilər?
7. Sorğu məktubuna natamam cavab verilib. Belə ki, “İnformasiyə əldə etmək haqqında” qanunun ”10.4.8. maddəsində bildirilir ki, sorğuçya həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

8. Sizin təqdim etdiyiniz məktublar isə çalpaşıqlığı ilə daha çox fərqlənir. Gah yazırsınız ki, 2016-cı ildə icarəyə veriləsi torpaq yoxdur, gah yazırsınız ki, 2016-ci ildə icarədən 1500 manata yaxın pul qazanılıb
9. Deməli məktubdan bəlli olur ki, Ərkivan bələdiyyəsi təkcə 2016-ci ildə hər biri 0,04 sotuq olmaqla cəmi 4 həyətyanı torpaq sahəsi satıb. Və hərrac qiyməti 1 sot üçün 155 manat 36 qəpik olub. Bu da edir 2485, 76. Amma sizin məktubda satışdan gələn gəlir 2200 manat göstərilir. Adi hesablamaları aparmaqda da səriştəsizliyiniz göz önündədir.
Belə misalların sayını çoxaltmaq da olar, yəni, açıq-aydın görünür ki, bələdiyyəni “qabaq” nömrəsi ilə “arxa” nömrəsi düz gəlmir.
Qısası, bələdiyyə təkcə 2016-cı ildə 15 min manat qazanıb, bunun da guya cəmi (təxminən) 3 minini kimsəsizlərə və abadlıq üçün xərcləyib. Harda, necə xərcləyib, bu, açıqlanmır. Bu da onların sorğuya göndərdiyi cavabların natamam, qeyri qənaətbəxş olduğunu göstərir.

Haşiyə. Boradigahdan Ərkivana gələndə Boradigah daxil olmaqla Bədalan və Qızılavar kəndlərinin küçə işıqlar (bəzi yerlədə hətta məhəllədaxili küçələrin də)ı yanır. Ərkivana çatanda sanki zülmətə düşürsən. Həmin kəndlər bunu necə edir? Axı Ərkivanın əhalisi, alim, iş adam, dindarı... bu ərazilərdəkindən bir neçə dəfə çoxdur.

Biz bələdiyyənin çətinliklərini başa düşürük. Təkcə Ərkivanda yox, əksər yerlərdə bələdiyyələr vergilərini yığa bilmir, hamını da məhkəməyə vermək mümkünsüzdür, insanlar bələdiyyəyə lazımınca kömək etmir. Biz də elə Anar bəyin ucbatından bağlanan Arkivan.az saytında, onun müsahibəsində bunları qabartmışdıq
Problemlər isə ondan yaranır ki, bələdiyyə xalqdan ayrı düşüb. Nəinki seçicilər, heç 12 bələdiyyə üzvünün yarıdan çoxu, bələdiyyə sədrinin işlərindən xəbərsizdir. Araşdırsaq, heç bələdiyyə üzvlərinin, onların ailə üzvlərinin çoxu nə torpaq, nə əmlak vergisini vermir, onların arasında torpaq zəbt edənlər də az deyil.
12 bələdiyyə üzvündən yarıdan çoxu ilə görüşmüşəm. Deyirlər ki, Anar Rəcəbov nə edir,
bir-iki “mirzə”sindən başqa heç kimin xəbəri yoxdur.

Bələdiyyə sədri qırmızı-qırmızı yalan deyir ki, seçicilərinə rüblük, illik hesabat verir. Harada, nə vaxt verilib o hesabatlar? Sorğudakı bu suala konkret cavab yoxdur.
Ərkivan bələdiyyə üzvlərinin əksəriyyətinin FB-də səhifəsi var. Nədən o tədbirlərin biri də FB-də öz əksinə tapmadı, bələdiyyə üzvlərinin sədrin hesabatından xəbəri olmadı? Bu Anar Rəcəbovun növbəti saxtakarlıqlarından biridir.
Bizə bir neçə mənbədən çatan məlumata görə bələdiyyə verdiyi bir çox torpaqları sənədləşdirmir, hesabata salmır və onların vergisini də ödəmir. Hətta icarəyə torpaq istəyənlərə fantastik rəqəmlər “oxunur”. Hətta zibil pulunda da yeyintilər var.
Onlarla hektar payıbəlli torpaqları o qədər qazıb, torpağını daşıtdırıb, satdırıblar ki onlardan yaranan çalalarda hətta adam boğulur, yüksək gərginliklə elektrik xətlərinin dirəklərinin altı o qədər qazılıb ki, dirək az qala məftildən asılı qalır.
Bu adam Ərkivan torpaqlarının nə altını, nə üstün qoruya bilmirsə, gələn gəlirin 60-70 faizini əmək haqqı və digər xərclərə sərf edirsə, bir çoxunu gizlədirsə, xalq arasında etimadı yoxdursa, qəsəbədə təhsilə, mədəniyyətə, idmana zərrə qədər diqqət yetirilmirsə, bir məhəllə komitəsi qədər iş görə bilmirsə, qonşu rayonlardan fərqli heç bir layihəni reallaşdırmaq gücündə deyilsə, ona niyə vergi verilməlidir?
Sizdən əvvəl də o qəsəbədə rəhbərlər olub. 1990-cı illərin ortalarında, heç bu qədər xeyriyyəçi, bu qədər iş adamı da yox idi. Bütün bunlara baxmayaraq Ərkivanın qədimliyi möhtəşəm şəkildə qeyd edildi, sən də o tədbirdə meyxana dedin. “Ağ məktəbin” yubiley, 12 səhifəlik “Ərkivan” qəzeti, Ərkivanın olduqca orijinal telefon kitabçası, Bakıya ekskursiya, Ərkivanın Şən və hazırcavablar klubunun rayon səviyyəsində liderliyi və digər rayona səs salan tədbirlər həmin vaxtkı rəhbərliyin xidmətlərinin bir hissəsi idi. Bəs sənin öyündüyün nədir? Az qala hüzrlərə atdığın pulu da bələdiyyənin büdcəsindən götürürsən.
Əgər Ərkivan bələdiyyəsi 1 ildə cəmi 4 nəfərə öz həyətının torpağını satıb, cəmi 4 faiz vergi yığırsa , buna görə bir ildə 6 min 500 manat əmək haqqı götürürsə, daha onlar orada niyə oturublar? Şair demişkən “bir salama dəyməyən, eşqə ölüm yaraşır”. Qəsəbənin bir ilə sayta görə 100-200 manat ödəməyə bələdiyyənin gücü çatmırsa, o hansı yırtığa yamaq ola bilər?
Adam uşaq olanda nə olar-axı uşağın da bir böyüyü olur. Təəssüf ki, bizim bələdiyyə sədri böyüyün də üzünə ağ olanlardandır.
Nə vaxt qəsəbə ziyalılarını, dindarlarını, iş adamlarını yığıb tədbir düzənlədiniz ki, sakinlər də ssizə kömək etdi. Siz isə, bələdiyyə üzvlərindən belə qaçırsınız. Ən azından qonşu rayonlara nəzər sal-bələdiyyələr onlarla layihə udur, olduqca maraqlı tədbirlərə dəstək verir. Təkcə Astaranın Ərçivan qəsəbəsinin xanım bələdiyyəsinin gördüyü işlər, reallaşdığı layihələr sizdən qat-qat üstündür.

Yengəsi “Diri” olanın bələdiyyə
Görün, iradlarımız qarşısında çaş-baş qalanlar kimə güvənir? Qəsəbədə üzəduran, 2-3 manata mənliyini satan Dıri- adlı birinə. Bu avaraya bir piti alıb, internetdə mənim haqqımda hədyanlar söylətdirirlər. Daha bilmirlər ki,“dırı”ya ümid olan dırıldıya-dırıldaya qalar. Adamın yadına, dəvə qocalandı bəzi yerinə kəpənək qonar, misalı düşür.
Bələdiyyə sədr Qəsəbə axundunun icarə torpağını ev yeri kimi satdırır, 20 min manatlıq maşın almağa, ticarət şəbəkəsi açmağa pul tapır, amma qəsəbənin mədəniyyət yolunda 1 manat xərcləməyə can çəkir.
Bu günlərdə bir qrup qəsəbə sakini bələdiyyə sədrinin saxtakarlıqları ilə bağlı Ədliyyə və Vergilər nazirliklərinin məsul şəxsləri ilə görüşüb. Onlar vəd ediblər ki, yaxın günlərdə Anar bəyin 3 illik bütün fəaliyyəti tam dəqiqliklə yoxlanılacaq, ən azından onu 6-8 min manatlıq cərimələr və bütün qəsəbədə rüsvayçı imic gözləyir.
Anar bəy, “döyüş” üçün çox balacasan. Bunu isə Sizdən başqa qəsəbədə hamı görür. Şair demişkən, gör, kimə möhtac olmusan, sənə mövla kim olub. 3-4 ilə, bəlkə də daha tez o postu tərk edərkən görəsən öyünəsi hansı işin olacaq, saxtakar, səriştəsiz əməllərindən savayı.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10