Ünvanlı yardımlar niyə dayandırılıb?
Bu işlərin sənədləşdirilməsində hansı məqamda “quş” buraxılıb?
Son illər güzəranımızdan az qala ekvator xətti kimi keçən bir proses varsa, o da ünvanlı yardım məsələsidir. Bu prosesdə onlarla məmur, dəllal, daha kimlər-kimlər əməllicə pullaşdılar. İndi, təxminən, 2 ildir ki, ünvanlı yardım məsələsi elektronlaşdırılıb. Yəni, heç kimdən alacağı pulun 3 ayını, 6 ayını qapazlamadan, bu işi kompüterdə düzüb-qoşana 5 -10 manat verib, sənədlərini göndərirsən nazirliyə, başlayırsan ünvanlı yardım almağa. Lakin bu xoşbəxtlik də uzun sürmədi. Bu günlərdə məlum olub ki, təkcə Masallı rayonunda 1700 nəfərə ünvanlı yardımın verilməsi dayandırılıb. (Cənub bölgəsi üzrə bunun 6 min nəfər olduğu bildirilir). Səbəb də sadədir. Deməli, payıbəlli torpağı olanlar, bunu gizlədib, sadə yol seçərək VOEN alaraq sənəd düzəldiblər. Yəni, faktiki torpaqla bağlı gəlirlərini gizlədiblər. İkincisi, şəhər mərkəzində yaşayıb, payı bəlli torpaqları olmayanlar isə, VOEN götürüb, ünvanlı yardım almağa başlayandan sonra, əlavə pul ödəməsin deyə, həmin VOEN-i dərhal bağlatdırıblar. İndi bütün bu məsələlərin araşdırılması üçün ağlı-qaralı əksəriyyətin ünvanlı yardımlarını dayandırıblar.
Hər bayramda verilən hədiyyələrin siyahısına əsaslansaq, təkcə Masallıda 5500 nəfər ünvanlı yardım alan var.
Bir məqam da maraqlıdır ki, bu sahədə sənədləşmə dəyişsə də, dəllalların və saxta yardım alanların ünvanları çox da dəyişməyib.
Qonşu rayonlardan gələn məlumatlara görə, Astarada dəllallar, işbazlar hələ də ünvanlı yardımın 3-5 ayını götürürlər. Hətta müəyyən şərtlər daxilində onların yuxarılarla da iş birliyi qurduğu bildirilir. Yardımlıda isə ünvanlı yardımın dayandırılması bir neçə işbazı ən azı 5-10 min manatlıq “ziyana” salıb.
Bu mövzuya yəqin ki, bir daha qayıtmalı olacağıq.
Sedreddin