“Əxbarnamədən” seçmələr
İbrahim xanı niyə və necə evləndirdilər?
Seyid Miraabbas bəy qohumu İbrahimi taxtdan necə saldı?
Səfidəştlilər dəşvəndlilərdən niyə qorxurdular
Cənub bölgəsinin tarixindən söz düşəndə ilk Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxdarnamə”əsəri yada düşür. Bilməyənlərə bir daha xatırladaq ki, Mirzə Əhmədin əsli Qarabağın Zərgərli tayfasındandır. Onun babası Kərbəlayi Qurban Nadir şahın dövründə Qarabağdan Talışın Qızılavar kəndinə köçür və burada evlənir. Daha sonra isə onlar Astaranın Kürab mahalının Butəsər kəndinə köçürlər. “Əxdarnamə” –nin müəlifi Mirzə Əhmədin atası Mirzə Xudaverdi sonralar təhsil almaq üçün İranın Rəşt və İsfahan şəhərlərinə gedir. İsfahanda 7 il təhsil alır və bu dövrdə Mir Müstafa xanın divanxanasına dəvət edilib, əvvəl mirzə (katib), sonra isə baş vəzir təyin olunur. Mirzə Əhməd də bu kitabı şah sarayında vəzir işləyən atası Mirzə Xudaverdinin söhbətləri əsasında qələmə alıb. Olduqca maraqlı məlumatlarla zəngin olan bu kitabın Talış xanlığının ən böyük, ən strateji əhəmiyyətli mahallarından olan “Dəştvənd” mahalı ilə bağlı bəzi məqamları nəzərinizə catdıraq. (AEN-in tarixi institutu tərəfindən nəşr edilmiş bu əsərdən çap etdiyimiz parçada müəllifin dil və üslibuna toxunulmayıb)
“O zamanlar Boradigahdan Göytəpə çayına kimi Dəştvənd mahalı idi. Talış dilində (danışan) bir neçə kənd vardı. Onlar Daştvəndli idi. Qalan kəndlər isə türk idi. Bu sətirləri yazarkən (türklər) son dərəcədə çoxlaıb, kəndlər salmışdılar. Onlar ətraf yerlərdən gəlimş qəriblərdi. (Özü də) təzə gəlimşlər.
Dəştvənddən Yarməhəmməd Kələntərin oğlanları (olan) yeddi qardaşdan başqa dikbaş adam yox idi. Onlar bir-birini başa düşür, zamanın tələbinə görə bir-biri ilə rəftar edirdilər. Hər kəs hər yerdə hakimiyyət iddiasında olsa idi, onlar o adamla dil tapır, ona tabe olurdular. Bir-birnə yaxşı münasibət yaradıb güzəran keçirirdilər.
1299-cu ildə (hicri) ildə mən bu sətirləri yazarkən Səfidəşt mahalı (indiki Yardımlının bir hissəsi-red) məşhur idi. O zaman onlar bəzən Qarabağ, bəzən də Şirvan hakimləri ilə əlaqəyə girirdilər. Uluf mahalı isə (12 hissədən ibarət olub lənkəranın Ləkər körpüsündən Masallının indiki Bədəlan kəndindəki ərazini əhatə edibdir-red) bu cəhətdən fərqlənirdi. Əhalisi çox fitnəkar və qan tökən olub kimsəyə baş əymirdi. Ulufdan başqa bu mahalların hamısı padşahlar tərəfindən iki-üç dəfə tənbeh olunmuşdur.
Məsəldir: “Ölləm Allah demərəm!” Bir neçə dəfə padşahlar (10) onlara qulaq burması vermişdilər. Lakin onlar əvvəlki xasiyyətlərini dəyişməyib (yenə də) dikbaşlıq edirdilər.
Axırda Nadir şah fitnə-fəsad alovunu söndürmək üçün Şirazli İbrahim xanı (Ulufa ) hakimi təyin edib ki, (orada) hökumət işlərilə məşğul olsun. Onlar bir də fitnə törətməsinlər. Alı rütbəli padşahın əmrilə şirazlı İbrahim xan Ulufa gəldi. Bacardığı sahəsində nüfuz qazandı.
Xanı necə evləndirdilər
Məzkur xan ailəsiz idi. Öz vilayətində də ailəsi yox idi. Lakin şərab içənlərin birincisi idi. Ulufiular arasında onun şərab içməkdən bağqa bir işi yox idi. Camaatın ağıllıları düşünürdülər: Talış vilayətində hər cür adam olmuşdularsa da, lakin belə şərab içən görməmişdir. Ona görə belə məsləhət gördülər ki, xanı ailə sahibi etsinlər, bəlkə onun xasiyyəti yaxşılaşdı. Ağsaqqallar və xeyirxahlar yığışıb bir yerdə İbrahim xanın yanına gəlmiş və ona məsləhət yolu ilə (demişdilər): “Siz bizim hakimimizsiniz, sizə subaylıq yaraşmaz. Razılıq verin sizin üçün ürəyinizə yatan bir qız alaq!”.
Təsadüfdən Xərxətan (kəndində) on dörd yaşlı xoş simalı Seyd Abbas adlı bir nəfər olurdu.
Kəndlərdə həmin seyd kimi gözəl üşaq yetişməmişdi. Bu uşaq yetim idi. On iki yaşlı gözəl bir bacısı vardı. (İbrahim) xan dedi: “Seyid Abbasın bacısı olsa, onunla evlənırdim!” Ağsaqqallar cavabında dedilər: “Var və hazırdır!” (xan) həmin qızı aldı.
Seyid Abbas bura hansı vilayətdən və necə gəlmişdi?
İndi də sizə həmin Seyid Abbasın hansı tayfadan olduğu və hansı vilayətdən gəldiyi haqqında məlumat verim. Seyd Abbasın atası Xalxal (mahalının) Hir kəndindəndir. Güzaranını yaxşılaşdırmaq üçün ailəsin götürüb Talış yolu ilə Şirvana getmək fikirdə idi. Onun bir eşşəyi vardı. Türk demişkən öz hoş-hoşunu (yukunu) ona yükləyib gedirdi. İndi Xərxətan deyilən kəndə çatdıqda palıçıq çox olduğundan eşşək palçığa batdı. (sahibi) onu min əziyyətlə ayağa qaldırdı. Lakin gün axşam olmuşdu. O, gecəni orda qalıb yatdı. Röyada Allah tərəfindən ona ilham nazil oldu: “Ey alicənab seyix, bu yerdən getmə, (çünki) sənin övladın Talış vilayətinə hakim olacaqdır!”. Deyirlər ki, Seyid o gecə yatdı, bu xəbər ona təkrar Allah tərfindən nazil oldu. Seyid haman kəndə sakin oldu. Oradan başqa yerə getmədi. Hazırda o kənd Xərxətan adlanır, həqiqqətdə isə Xərxərtandır. Xülasə, İbrahim bəy Seyd Abbasın bacısının aldı. Bütün (Uluf mahalına idarə işlərini) ixtiyarını da ona tapşırdı. Dəftər, hesab işləri də onun əlinə keçdi. (Seyd Abbas çox), yaxşı, ağıllı və gözəli bir cavan idi. O Ulufun bəzi ağsaqqal və söz bilən adamları ilə birləşib dost oldu. Doğurdan da xalqın (məhəbbətini qazanmışdı), onu özünə tabe etmişdi.
(əvvəllər) Uluf vilayətinin malcəhətini hər il İbrahim xan özü toplayırdı. Öz hissəsini götüdrdükdən sonra (qalanını) böyük padşahın xidmətçilərinə və təhviladlarına verdi. Lakin iki il idi ki, (İbrahim xan) tövcü və divan vergilərini arvadının qardaşı Seyd Abbad vasitəsilə (şahin) hüzuruna göndərdi. Üçüncü il yenə də əvvəlki kimi Seyd Abbasa göndərdi. Seyd Abbas Tövcü pullarını (mənimsəyib) böyük şahın vəzirinə bağışladı. (Əvəzində) fərmanla Uluf vilayətini hakimliyi ona verilid. İbrahim xanı (hakimiyyətdən) saldılar. Seyd Abbas iki-üç il itaət kəmərini belini bağlayıb şöhrət qazandı. Şaiyə yaydı ki, “Mən padşah tərəfindən talış üsyançılarının cəzalandırmağa təyin olunmuşam!” O zaman Talış cammatı sadəlövh idi. Seyd Abbas bəyin yalan sözünə inanıb çox adam ona baş əyidi. Bir qədər yerini möhkəmlətdikdən sonra Dəştvənd mahalını ələ keçirmək fikirinə düşdü. Dəştvən cammatı ilə bir neçə dəfə müharibə etdisə də, bir nəticə əldə edə bilmədi.
Seyid Abbas Dəştvəndin hakimliyini necə ələ keçirtdi?
Həyatda o, bu “Əxbəmamə”nin başlanqıcında zikr olunmuş Yarməhəmməd kəndinini oğlanları ilə sazişə girdi. Onlarla yaxınlaşdı. Öz övladlarından onlara bir qız verib qohum olduqdan sonra çox yaxın oldular. Qorxusuz-hürküsüz hər gün bir-birini evinə gəlib getdilər, aralarında etimad və xatirçəmlik meydana gəldi. Seyd Abbas onları dəstəsi ilə çağırdı. Onlar öz dəstələri ilə Xərxətan kəndinə gəlib eyş-işrət etdilər. İki üç gün burada qaldıqdan sonra xudafisləşib evlərinə qayıtdılar. Bir vaxtdan sonra onlar da Seyid Abbas bəy qonaq çağırdılar. Lakin Seyid Abbas onlar haqqında tədbirlər görürdü. Onların bəzi (nüfuzlu) adamları ilə dostluq və birlik edirdi. Bəzilərini bəxşiş, digərinə isə kənxudalıq və s. vəzfə verməklə özünə cəlb edirdi. Seyid Abbas hər biri Rüstəm Zal ilə bərabərlik iddiasında olan bir neçə nəfər qaniçən adamlarını özü ilə götürüb, həmən gün Ərkivan kəndinə onların evinə getdi. Onlar yemək vaxtı Seyid Abbas bəy ilə adamların öldürmək fikrində idilər Miri Kələntərin övladlarından bir həfər zahirdə onlar ilə, gizlində bunlar ilə həmfikir idi. O, bu işə razı olmadı. Kənd içində evdə böyük-kiçik arasında bu işin icrasını məsləhət görmüşdü. O, məsləhət görmüdü ki, “sabah ov təşkil edək. Onlar ovlağa çıxsınlar. Orada da onların işini tamam edək”. Müxtəsər o günün sabahı Qaratikanlı adlı(yerdə) ova çıxdılar.
Ovdan sonra Qaratikanlı Çəmənində nahar yemək üçün atdan düşdülər. Seyid Abbas bəy dedi: “indi bir o qədər də iştahım yoxdur. Bir az çəməndə oynayaq iştahamız açılısın, sonra xorək yeməyə baslayarıq”. Seyd Abbas bəy məsələni başa düşmüş və adamların demişdi: Bu nahar bizim xeyratmızdır. Hadisə baş vermədən qarşısı alnmalıdır”. “Turna dökdü” oyununa başlayaq. Hər iki-üç nəfəriniz onlardan birinin kəmərindən yapışıb çəkiniz. Bəlkə (bir təhər ilə) canımızı bu təhlükədən xilas edə bildik. “Dəştvəndlilər (isə) fikirləşdi: “Eybi yoxdur, onlar oynayıb yorulandan sonra biz onların işini bitirərik”. “Turma tökdü” oyunu başladı. Onların arasında çox güclü və yekə bir adam gözə çarpırdı. Seyid Abbas bəy (onu tutmaq üçün) yoldaşlarına nə qədər göz ilə işarə etdi, gördü ki, heç biri yerindən tərpənmir. (Axırda) çarəsiz qalıb özü birdən-birə onun arxasından asıldı və (onu) tutdu. O adam gülə-gülə Abbas bəyə dedi: “ Siz nə üçün (məni) arxadan tutursuz? Hünəriniz varsa Turnadan vurun!”. Seyid Abbas bəy zarafat ilə ona dedi: “Hərtərəfinizdən siz mənə çox güclü görünürsünüz. Mən də öz (gücümə) çox güvənirəm. Gəl əvvəlcə güləşək!” Xülasə Seyid Abbas yarı zarafat, yarı gerçək onun belindən yapışıb yerə vurdu. Onu yerə yıxan kimi xəncərin kəmərindən çəkib sinəsindən vurdu. Xəncərin ucu onun kürəyindən bir qarış çıxıb yerə sançıldı. Yerdə qalan adamlarında hər birinin (üstünə iki-üç nəfər (düşüb onları) tutub öldürdülər. Tez atlarına minib Xərxətən kəndinə öz evlərinə çatdılar.
Bu hadisədən sonra o, dörd il “Dəştvənd” mahalının işlərinə qarışmadı. Heç bir cəhətdən o mahalın işi ilə məşğul olmadı. Ancaq uzaqdan onlara nəvaziş göstərib salam və xələt hədiyyə göstərməklə o, mahal ağsaqqalının ürəyini ələ aldı. Belə ki, (Seyd Abbas) əvvəllər də onlardan bəziləri ilə yaxşı münasibətdə idi. Dəştvənd mahalının ağsaqqal və nüfuzlu adamlarını qonaq çağırdı.
Belə qərara alındı ki, Seyd Abbas bəy özünü və təkəbbürlü (aparıb), böyük bir hadisə üz verməyincə onları yanına getməsin. Məsələn ancaq Seyid Abbas bəyin məsləhəti olmadan heç bir məsləni həll etmirdi. Bütün işlərini onun tövsiyəsi ilə görürdülər. (Ona görə) Seyid Abbas bəy də onların əlaqəsini yaxşılaşdırmaq naminə bir kəlmə də demirdi. Bu tərəfə bir, digər tərəfə (isə tamamilə) ona zidd olan başqa bir məsləhət verdi. (onun) bütün fikiri onların arasını vurmaq və bir-biri ilə düşmən etmək idi. Beləliklə onlar bir-birinə qarşı kin və ədavət bəsləməyə başladı. Buna görə də (intizam yaratmaq üçün) Seyid Abbas bəyi öz mahalına qapanıb hökumət başında oturtdular. Nəticədə, Seyid Abbas bəy Dəştvənd mahalının hakimi oldu.
Carud necə Səfidəşt oldu?
Bu sətirlərin yazılıdığı 1882-ci ildə böyük (rus) imperatorunun jurnalında Səfidəşt adı altında qeyd edilmiş o mahalın əsl adı “Carud” mahalıdır. “Carud” adının aradan götürüb (bu mahala) Səfidəşt deyilməsinin səbəbi vardır. “Carud”-dan danışarkən (bu barədə) ətraflı danışılacaqdır.
“Carud” böyük mahaldır. Çox elatdan ibarətdir. Onların arasında yaxşı suvarilər yetişir. Onlar çox igid və mükəmməl silahlı olub, başqa heç bir vilyətdə özlərinə bərabər igid olascaqlarını qəbul etmirlər. Lakin Dəştvənd mahalı qarşısında onlar qurd yanında qoyun kimiydilər. dəştvəndlilərin əsiridirlər. İstər döyüşdə, istərsə də öldürməkdə Daştvən mahalı həmişə onlaradan üstündür. Daştvəndə kim hakim olubsa, Səfidəşt mahalı ona itaət və xidmət etmişdir.
Seyid Abbasın sonu
Müxtəsər Seyid Abbas bəy Ucarud, Daştvənd və Uluf mahalından ibarət olan Talış viləyətində iyirmi ilə kimi asudəliklə hakim olduqdan sonra vəfat etmişdi. Onun bir neçə oğlu qalmışdı. Onların böyüyü və işgüzarı olan Qarabəy atasının yerində oturdu. Lakin qəbilə sahibi olan Zöhrabbəy adlı bir adam ona düşmən oldu.( Zöhrabbəy) İran dərgahına gedib padşaha tabe oldu. Öz adına fərman alıb hakimiyyəti ələ keçirdi. Gürdəni kəndinə gəldi. Onun əsli haman kəndin bəyzadələrindən idi. (Girdəniyə gəldikdən sonra) o əhali arasında fitnə-fəsad saldı. Qarabəyin işini pozdu. Şahın fərmanı ilə vilayətdə hakimiyyəti əla aldı. Seyid Abbasın qayda-qanunu tapdalandı, hakimiyyətinə son qoyub onu hörmətdən saldı. O bir neçə il Uluf mahalının hakimi oldu. Daştvənd mahalı Seyid Abbas bəy zamanında olduğu kimi yox, keçmiş qayda ilə (yerli əhalinin istədiyi kimim idarə olunurdu).
“Əxbarnamədən”