Koronavirus labaratoriyada yaradılıb, yoxsa təbii olaraq müydana gəlib?
Elm adamları COVID-19-un yayılmasının səbəbinin yarasalar olduğunu düşünsələr də, virusun mənşəyi ilə bağlı siyasətçilər və ictimaiyyət arasında mübahisələr davam edir. AYNA xəbər verir ki, elm adamları tərəfindən aparılan yeni araşdırma nəticəsində SARS-CoV-2-nin ən yaxın genetik qohumunun yarasalar olduğu iddia edilib.
“Phys.org” saytının verdiyi məlumata görə, SARS-CoV-2-nin ağciyər hüceyrələrində özünə yer tapmaq üçün istifadə etdiyi nöqtəli zülalların S1 və S2 alt hissələrini birləşdirən RmYN02 adlı yeni virusla eyni olduğu bildirilib.
Mayın 10-da “Biologiya” jurnalında yayımlanan məqaləyə görə isə yeni virus SARS-CoV-2-nin birbaşa təbii vasitələrlə yayıla biləcəyini göstərib.
Çinin Şandong Tibb Universitetinin Patogen İnstitutunun direktoru və məqalənin müəllifi Weifeng Şi bu barədə fikirlərini bölüşüb: "SARS-CoV-2 kəşf edildiyi vaxtdan bəri, virusun laboratoriyadan yayılması barədə əsassız iddialar var. Xüsusilə S1/S2-nin qeyri-adi olduğu və ona görə də laboratoriyaya müdaxilə edildiyi barədə fikirlər irəli sürülür. Məqaləmiz isə bütün bunların təbii olaraq vəhşi təbiətdə baş verdiyini açıq şəkildə göstərir və SARS-CoV-2-nin laboratoriyadan yayılmadığına dair güclü sübutlar yaradır”.
Tədqiqatçılar yeni virusu 2019-cu ilin may-oktyabr ayları arasında Çinin Yunnan əyalətində topladıqları 227 yarasa nümunəsini analiz edərkən tapıblar. Prosesi Şi bu şəkildə izah edib: “2005-ci ildə yarasaların SARS koronaviruslarının ev sahibi olduğu ortaya çıxıb. O vaxtdan bəri, yoluxucu xəstəliklər, xüsusilə RNA virusları, o cümlədən koronaviruslar baxımından yarasaların araşdırılmasına xüsusi maraq göstərilib”.
2020-ci ilin yanvar ayında yeni növ koronavirusun kəşfindən qısa müddət sonra yarasalardan alınan RNT nümunələrininin genetik kodları ardıcıllıqla laboratoriyaya göndərilib. Əslində, bütün genetik məlumatlar üçün ən yaxın növ, əvvəllər eyni vəziyyətdə təyin olunan başqa bir virus RaTG13-dür. Bununla birlikdə, yeni kəşf olunan RmYN02-nin bəzi vacib formaları da SARS-CoV-2-yə daha çox bənzəyir.
Lakin tədqiqatçılar RmYN02-də göstərilən zülalların insan hüceyrələrinə girmək üçün istifadə etdiyi SARS-CoV-2 ilə kifayət qədər oxşar olmadığını və buna görə də insanlara bulaşmağın mümkün olmadığını ifadə ediblər.
Məqalədə deyilir ki, RmYN02-dəki elementlərin SARS-CoV-2 ilə eyni olmadığı, onların bir-birindən inkişaf etmədiyini göstərir. Eyni zamanda, bu cür plaginlərin təbiətdə baş verə biləcəyinə dair mühüm dəlillər verir: “Əldə etdiyimiz tapıntılar göstərir ki, başlanğıcda olduqca qeyri-adi görünən bu cür əlavələr həqiqətən heyvanlarda beta-korona viruslarında təbii olaraq baş verə bilər. Bizim işimiz SARS-CoV-2-nin mənşəyini tapmağı daha da asanlaşdırır. Nə RaTG13, nə də RmYN02 SARS-CoV-2-nin birbaşa mənşəyi deyil. Çünki bu viruslar arasında hələ də inkişaf boşluğu var. Bununla birlikdə, apardığımız araşdırma təbii həyatda daha çox növ nümunə götürərək, yaxın nisbi virusları və bəlkə də kökləri SARS-CoV-2 ilə istiqamətləndirə biləcəyini göstərir”.
Daha sonra Vuhan şəhərindəki Virusologiya İnstitutunu hədəf alan iddialar ABŞ Administrasiyasının adı ilə hallanmağa başladı. Tramp ABŞ Dövlət Katibi Mayk Pompeonun aprel ayında virusun dünyaya necə yayıldığına dair bir araşdırma apardığını açıqlamasından sonra mətbuat konfransı keçirmişdi. Konfransada virusun təbii şəkildə yayıla biləcəyi ilə bağlı nəzəriyyələrə diqqət çəkən Tramp, “səhv nəticəsində bu pandemiya nəzarətdən çıxıb, ya da bilərəkdən bunu ediblər”, deyə bildirmişdi. “Çinlə münasibətlərimiz çox yaxşı idi. Lakin qəfildən belə bir hadisə ortaya çıxdı. Bu, çox ciddi bir dəyişiklikdir. Çinə qəzəbli olub-olmadığımı soruşsanız, cavabım yekdilliklə “bəli” olacaq”, söyləmişdi.
Aprelin sonuncu günü ABŞ Milli Kəşfiyyat İdarəsi isə bəyanat verərək, virusun mənşəyini araşdırmaq üçün hələ də fərqli imkanlar olduqlarını, lakin COVID-19-un insan tərəfindən və ya genetik olaraq hazırlanmış bir virus olmadığını söyləmişdi. Bu açıqlama ilə Amerika kəşfiyyat orqanları virusun bioloji silah olduğuna dair nəzəriyyələri ilk dəfə rədd etmişdi.

Amma koronavirusun harada və necə yayılması dünyanın super gücləri ABŞ və Çin arasında bir həftəlik davam edən müharibəyə səbəb oldu. Rəsmi Pekindən rəsmi Vaşinqtona qarşı ittihamlar ilk olaraq ABŞ prezidenti Trampın koronavirusu “Çin virusu” adlandırması ilə başladı.