QHT-lərin və könüllülər
Sosial xidmət sahəsində birgə iştiraklarının qanunla tənzimlənməsi.
Tədbirdə səslənən ən maraqlı təklif : könüllü kimi fəaliyyət göstərən şəxslərə dövlət qulluğuna qəbul zamanı üstünlük verilsin.
Könüllü xidmət üçün nələri bilmək lazımdır?
Könüllülər sosial xidmət sahəsinə hansı töhfələr verə bilər?
Qanun QHT-lərlə könüllülər arasındakı fəaliyyəti hansı formada tənzimləyir?
QHT-lər və bələdiyyələr sosial xidmətlə necə əldə edə bilərlər?
ASAN Xidmətdə könüllülərin yeri.
D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyəti son vaxtlar əhalinin maarifləndirilməsi ilə bağlı cənub bölgəsində bir sıra maraqlı tədbirlər təşkil edib. Belə tədbirlərdən növbətisi oktyabr ayının əvvəllərində Masallı otelinin akt zalında keçirilib. Yuxarıda adı çəkilən təşkilatın Azərbaycan Respublikası Prezidentinin Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirtdiyi tədbir belə adlanırdı:- QHT-lərin və könüllülərin “Könüllü fəaliyyət haqqında” və “Sosial Xidmət haqqında” qanunlarla bağlı məlumatlandırılması, sosial xidmət sahəsində könüllü fəaliyyətin genişləndirilməsi”.
30-a yaxın QHT, KİV, bələdiyyə rəhbərinin, eləcə də onlarla könüllünü qatıldığı tədbirdə layihənin təşkilatçılarından olan Nabat xanım Qəniyeva müzakirəyə çıxarılan mövzu ilə bağlı olduqca maraqlı və mükəmməl məlumat verdi. Verilən məlumatlardan , iştirakçıların çıxışlarından və təkliflərindən bəlli oldu ki, biz əksər qayğılarımızı və problərimizi könüllülərin iştirakı ilə edə bilərik.
“Könüllü fəaliyyət haqqında” AR-nin 25.07.2009-ci il Qanunu isə bu sahədə əsas kompas rolunu oynayır. Qanunu şərh etməzdən öncə xatırladaq ki, könüllülük ənənənələri Azərbaycanda ta qədimdən olmuşdur. El yığılıb bir kasıba ev tikib, kasıblara əl tutub, xəstələrə qayğı göstərib, xüsusən 2-ci Dünya Müharibəsi dövründə sakinlər döyüşçülərin ehtiyacları üçün könüllü şəkildə pal-paltar, ərzaq və digər zəruri mallar yollayıblar. “El gücü-sel gücü”, “El yığılsa, gücü kərən sındırar” və sair atalar sözləri də bu əməllərin təzahürüdür.
Bəs bu sahədə qanun nə deyir?
AR-nin ”Könüllülər haqqida” Qanunudan seçmələr:
- Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
- Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
- Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.
- Könüllülük əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən fəaliyyətdir.
Bəs könüllü fəaliyyətin əsas istiqamətləri hansılardır?
- Əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
- insanpərvərliyin və dözümlülüyün təbliği;
- istehlakçıların hüquqlarının qorunması;
- hüquqi və mədəni maarifləndirmə;
- uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
- idmanın inkişafı;
-xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
- ətraf mühitin mühafizəsi;
- tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
- silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi.
Könüllü fəaliyyətdə qadağalar
- Könüllü şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz.
- Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
Könüllü fəaliyyətin təşkilatçılarının hüquqları və könüllülərlə bağlanan müqavilələr
Könüllülərlə bağlı işdə ən mühüm sənəd Müqavilədir. Müqavilədə könüllünün və təşkilatçının hüquq və vəzifələri Qanuna müvafiq olaraq aydın göstərilib.
Könüllülərlə müqavilədə onların aşağıdakı hüquqları göstərilir:
- müqaviləyə uyğun olaraq könüllülər üçün həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılması,
- könüllü fəaliyyət haqqında informasiya yaymaq;
- könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək;
- sığorta olunmaq;
- öz əmlakından istifadəyə görə kompensasiya almaq.
Müqavilədə könüllü fəaliyyət təşkilatçısının da hüquqları özünün aydın əksini tapıb. Belə ki, insanları könüllü fəaliyyətin Qanunda müəyyənləşdirilmişş qaydada və əsaslarla onlarla bağlanmış müqaviləyə xidmət vermək,onlardan müqavilədən irəli öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, məlumat və hesabat almaq hüquqları vardır.
Könüllülük fəaliyyəti ilə bağlı qanun barədə aşağıdakı lingdə daha ətraflı məlumat almaq mümkündür. azertag.az
Onu da xatırladaq ki, hələ yaxın keçmişdə məktəblərdə “Milisin gənc dostları”,“Təbiət dostları”, “Ahıllar, əlillərə dəstək” və digər könüllü qurumlar olduqca faydalı işlər görürdülər.
Hazırda isə bir sıra ictimai birliklər, icmalar, eləcədə sərbəst qurumlar bu sahədə səmərəli fəaliyyət göstərirlər. Belə ki, Ərkivan-Qəriblər yolunun hər iki tərəfində könüllülərin iştirakı ilə minə yaxın ağac əkilərək yaşılıq zolaqı salınıb, Həsənli kəndində məktəb yolu abadlaşdırılıb və s.
Sosial Xidmət haqqında Qanun nələr deyir?
İnsanlara sosial xidmət dövlətin ən mühüm qayğılarındaan və vizəfələrindən biridir. Həmin vəzifələr AR-nin “Sosial xidmət haqqında”Qanunu ilə tənzimlənir. ( 30 dekabr 2011-ci ildə qəbul edilmiş həmin Qanunun lingi yazıya əlavə edilir azertag.az
Sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir
Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
Bəs çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsi necə təşkil edilir? Kimlər çətin şəraitdə yaşayanlar sırasına daxil edilir?
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanlarının məhdud olmuş uşaqlar, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndəsi olmayan şəxslər, insan alverinin qurbanları. məişət zorakılığından zərər çəkənlər, yaşayış yeri olmayanlar və buna bənzər digər problemləri olan çətin şəraitdə yaşayanlar hesab edilir.
Belə insanlar təbii ki, dövlət qayğısı ilə əhatə olunur. Belələri hüquqlarından istifadə edərək hakimiyyət orqanlarına müraciət etmək, informasiya almaq, müəyyən təminatlar əldə etmək, müvafiq şəraitlə təmin olunmaq hüquqları var
Lakin bu sahədə hər şeyi hökümətin üzərinə qoymaq da düzgün sayıla bilməz. İcimai birliklər, icmalar, bələdiyyələr könüllülərdən istifadə edərək çətin şəraitdə yaşayanların hüququ və vəzifələrini onlara izah etməli, onlar üçün müvafiq təşkilatlara müraciətlər hazırlanmalı, müfaviq sənədləşdirmə işlərinin aparılmasında onlara yardımçı olmalıdırlar. Çünki belə şəxslərin və yaxud ailələrin fiziki imkanları yol vermir ki, onlar çətin şəraitdə yaşadıqlarını rəsmiləşdirmək üçün lazımı sənədlər toplasın, müvafiq orqanlara təqdim etsin, bəzi bürokratik sədləri aşmaqda onlara yardımçı olsun.
Ən əsası odur ki, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Müşviq” Əlil Uşaqlara Yardım İB-nin Masallı filalının rəhbəri Əfrayıl Fərziyevin bildirdiyinə görə “Sosial Xidmət haqqında” Qanun ən maraqlı tərəflərindən biri odur ki, bu sənədə əsasən MMC-lər və QHT-lər
Təsəvvür edək bir kənd, yaxud qəsəbədə hər hansı QHT, yaxud bələdiyyənin dəstəyi ilə könüllülər qrupu yaradılıb. Onlar ərazidə çətin şəraitdə yaşayanları müəyyənləşdirir. Dövlət qurumlarından onlara ediləcək yardımlar üçün müvafiq sənədlər hazırlayır, onların rəsmiləşməsinə yardımçı olur-bu onlarla çətin şəritdə yaşayaninsanın həyatını yüngülləşdirməkdir.
Nəzərə alınmalıdır ki, könüllü bu işlərdə zəhmət haqqı almasa da, özü də ziyana düşməməlidir. Yəni könüllüyə imkanlar daxilində yol xərci, kontur və digər zəri xərclərə görə zəhmət haqqı verilməlidir.
Tədbir iştirakçısı Nazilə Hüseynova çıxışı zamanı bildirrdi ki, bir məqamı da unutmayaq ki, hər şey maddiyyatla ölçülmür-belə insanların mənəvi dəstəyə də böyük ehtiyacı var. Kimsə bir tənha insana həftədə gedib 2-3 dəfə kitab oxuyursa, onun maraqlandıran məlumatlarla təmin edirsə, ən azından kiçik ehtiyacların yardımçı olursa bu da ona dəstəkdir.
Könnüllük tək bir-iki nəfərin işi olmamalıdır. Bu, bir hərəkata çevrilməli, həm dövlət qurumları, həm ağsaqqallar, həm yerli sakinlər tərəfindən stimullaşdırılmalı, ən yaxşı könüllü qurumlar arasında müsabiqələr keçirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Dövlət qulluğunu seçimlər olanda könüllülüklə məşğul olanlara aşkar üstünlük verilməlidir.
“Müşfiq” Əlil Uşaqlara Yardım İb-nin Masallı filialının rəhbəri Əfrayıl Fərziyev qeyd etdi ki, biz bu sahədə müxtəlif formalardan istifadə etməliyik. İstər evdə, istər icarəyə götürdüyümüz mənzillərdə işi elə qurmalıyıq ki, fəaliyyətimiz hər imkansıza əl çatan olsun.
ASAN xidmət hansı işlərimizi asanlaşdırır?
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə ölkəımizdə ASAN xidmət sistemi fəaliyyətə başlamış, 9 rayonda bu məqsədlərlə binalar tikilmişdir. Həmin binalarda da biri Masallı rayonundadır. Hazırda ASAN xidmət əhaliyə Notariat, Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət qeydiyyatı, məhkumluq barədə arayışlar, şəxsiyyət vərəqələrinin verilməsi, ümumvətəndaş pasportların verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, miqrasiya, hərbi qeydiyyat və sair xidmətlər göstəriri.
Ən maraqlısı və dəyərlisi odur ki, ASAN xidmət bu işlərin icrasında könüllülərin xidmətindən olduqca geniş istifadə edir.
Tədbir olduqca maraqlı diskussiya şəraitində keçdi. İştirakçılar metodik vəsaitlər paylanaraq onların da bu sahədə rəy və təklifləri öyrənildi.
Məqalə Azərbaycan Respublikası Prezidentinin Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.