Muğan və Lənkəran qəzası
1918-ci il mart soyqırımından sonra
Cənub bölgəsində “Muğan Müvəqqəti hərbi diktaturası” və ya “Beşlər diktaturası”nı kimlər yaratdı?
Ərkivan mahalının komissarı Neyparidzeye Çaxırlı kəndinin qorunması üçün yerli sakinlərdən nələr tələb edib?
93 günlük Muğan Hökuməti...
1917-ci il Oktyabr çevrilişindən sonra Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti quberniyaya daxil olan qəzaların, o cümlədən Lənkəran qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci ilin martında Lənkəran qəzasında da günahsız insanların nahaq qanı axıdıldı. Həmin il aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə göndərdi və aprelin 14-də qəzada sovet hakimiyyətinin qurulması elan olundu.
Rusiya imperiyasının dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) - Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi.
Lənkəran qəzasında sovet hakimiyyəti 1918-ci il avqustun 4-də, Azərbaycan müstəqilliyini elan edəndən 68 gün sonra süqut etdi və əvəzində “Muğan Müvəqqəti hərbi diktaturası” və ya “Beşlər diktaturası” yaradıldı.
"Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Denikinçilərin hakimiyyətdə olduğu 9 ay ərzində Lənkəranda görünməmiş talanlar, qırğınlar olmuşdur.
Muğan Sovet Respublikası
"Muğan hökuməti" 1919-cu il aprelin 25-də yıxıldı və Muğan Sovet Respublikası (1919-cu il 25 aprel - 27 iyul) quruldu. Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. Bəzi sosialist tədbirlərinə baxmayaraq, Muğan Sovet Respublikası xalq arasında nüfuz qazana bilmədi və 1919-cu il iyulun 27-də süquta uğradı. Lənkəran qəzasında hakimiyyət Muğan qüvvələrinin əlinə keçdi. Ölkənin ərazi bütövlüyünün bərpasına xüsusi önəm verən Cümhuriyyət hökuməti Lənkəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. Hərbi nazir Səməd bəy Mehmandarov iyulun 23-də Lənkəran qəzasının sakinlərinə müraciət imzaladı. Lənkəran əməliyyatı uğurla başa çatdı. Qəzada Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları 1919-cu ilin avqustunda bərpa edildi. (Yəni, Azərbaycan müstəqilliyini elan edən 1 il 2 ay sonra). Həmin dövrdə yaradılmış “Talış-Muğan Respublikası” haqqında da ziddiyyətli fikirlər var. Hnası ki, biz bu mövzuya ayrıca qayıdacağıq.
Cənubda erməni-bolşevik azğınlığı
Tarixdən məlumdur ki, 1917-1920-ci illərdə Lənkəran qəzasında ictimai-siyasi vəziyyət daha da gərginləşmiş, tez-tez hakimiyyət dəyişiklikləri baş vermişdir. Buna görə də qəzada erməni-bolşevik azğınlığı daha uzun müddətdə davam etmişdir.
AXC 1918-ci il ərzində Bakıda öz planlarını böyük çətinliklərlə həyata keçirirdi. Hökumətin üzləşdiyi ciddi çətinliklərdən istifadə edən müxtəlif təşkilatlar Muğanda və Lənkəranda öz hökumətlərini qurmaq üçün hər cür təxribat və qırğınlar törədirdilər.
Muğanda əkin yerləri malağan rusları tərəfindən ələ keçirilmişdi. Çox kəndlərdə evlər ermənilər və ruslar tərəfindən yandırılmış və dağıdılmışdı. 1919-cu ilin yanvar ayında Lənkəran uyezdinin müsəlman işlər vəkili Teymur bəy Bayraməlibəyov dağıdılmış müsəlman kəndlərinin 50 nəfər nümayəndəsi ilə general Tomsonun qəbulunda olmuş, yazmış olduğu müraciətnaməni də generala çatdırmışdır. Müraciətnamədə müsəlman kəndlərinin rus və erməni silahlıları tərəfindən yandırılıb dağıdılmasından, onların aclıq və səfalətdən əzab-əziyyət çəkdiklərini, uyezdin 300 min nəfər əhalisinin qorxu altında yaşadıqlarından bəhs edilmişdi. Müraciətnamədə həmçinin Xırmandalı, Qədirli, Həsənli, Eminli, Kərbəlayi Abdullah Təkləsinin müsəlman əhalisindən əkin yerlərinin alınaraq ruslara verildiyi gostərilirdi.
Masallı və ətraf kəndlərin əhalisi bolşevik və erməni silahlı dəstələrinin aramsız hücumlarından çox əziyyət çəkirdilər. Əhalinin vəziyyəti gündən –günə pisləşməkdə idi. Hər gecə kəndlərə girib camaatı qarət etməklə kifayətlənməyən quldurlar, hətta mindiyi atı əllərindən alırdılar. Kəndlərdə keşikçi dəstələrı təşkil edilmışdi ki, quldurların gəlişi ilə camaatı xəbərdar etsinlər.
Ərkivan mahalının komissarı Neyparidzeye Çaxırlı kəndinin qorunması üçün yerli sakinlərdən nələr tələb edir?
Çaxırlı kəndinə hücum edən erməni-rus silahlıları kənddə gizlənmiş ”Müsavat”in Lənkəran şöbəsinin sədri Yusif bəy Bayraməlibəyovu ələ keçirirlər. Onu azadlığa buraxmaq üçün çoxlu pul tələb edir və məqsədlərinə nail olduqdan sonra azad edirlər. Sonra silahlılar kənd sakini Məşhədi Şahpələngi döyüb pulunu və mal-qarasını əlindən alırlar. Buna etiraz edən oğlu Fətullahı isə qəbiristanlığa aparıb güllələmək istəyirlər. Lakin atası yenə də 5 min rubl pul vermək şərti ilə oğlunu azad edə bilir. Səhəri gün silahlılar kəndə hücum çəkib Nəsrəddin Şahbaz oğlunun 60 baş qoyununu aparırlar. Çaxırlı kəndinin ağsaqqalları bu haqsızlığa son qoymaq üçün Ərkivan mahalının komissarı Neyparidzeye şikayyət edirlər. Kənd camaatının şikayətinə cavab olaraq komissar yeddi nəfərlik silahlı dəstəni kəndi mühafizə etmək üçün onların ixtiyarına göndərir. Bunun əvəzində isə hər evdən 100 rubl və bundan başqa hər gecə üçün 1 qoyun, 300 yumurta, 10 girvənkə yağ, 5 toyuq tələb edirlər. Onsuz da ağır olan kənd camaatının vəziyyəti bundan sonra daha da ağırlaşır.
Ermənilər Ərkivanda Qala Bazarına
niyə gəlmişdi?
Malağanlar və ermənilər isə gürcu əsilli Nayparidzeni müsəlmanlara tərəfdar olduğu üçün ölümlə hədələyirlər. Silahlı ermənilər əvvəlcə Qala bazarına gəlib komissarı görməyəndə Ərkivana gedirlər. Onun ərkivanlı Qulaməli Qədir oğlunun evində olduğunu bilən silahlılar evi mühasirə edirlər. Tüfəng səsini eşidən camaat vahiməyə düşərək kənddən qaçmağa məcbur olur. Mahal komissarı isə ölümdən qurtulub Lənkərana qaçır. Erməni-rus əsgərləri qisas almaq üçün yenidən Qala bazarına qayıdıb dükanları qarət edir və yandırırlar.
Molla İsgəndərin öldürülməsi və Lənkərandakı silahlı dəstələr
Şirvanlı tacir Malik Mahmud oğluna məxsus bəzzaz və tənbəki dükanından 30 min rubulluq malı arabalarla Malağana ( Masallının indiki Kalinovka kəndi) aparırlar. İki gün sonra Yeddioymaq kəndinə hücum edən silahlılarla atışmada kənd sakini Molla İsgəndər qətlə yetirilir.
Bu dövrdə Lənkəranda fəaliyyət göstərən silahlı dəstələrin sayı-hesabı bilinmirdi. Bunların çoxu çar ordusunun əsgər və zabitləri olub, Rusiyada sovet hakimiyyətinin qurulmasından sonra kommunist bolşeviklərə xidmət etməyə başladılar.
Erməni polkovniklər Avetisov və Makarovun Lənkəranda elədikləri
Bəhs olunan dövrdə ingilislərin dayağı, milliyyətcə erməni olan polkovnik Avetisov və Makarovun qoşun hissələri Lənkəranda meydan oxuyurdular. Onlar general Tomsonun sədaqətli adamları idilər. Makarovun 5 min nəfərlik birləşmiş qoşunla hələ 1918-ci ilin dekabrında Lənkərana daxil olması bildirilir. Onların vəhşiliyindən cana gəlmiş camaat dövrün tanınmış ziyalılarından olan Teymur bəy Bayraməlibəyovu türk qoşunları baş komandanı Nuru Paşanın yanına göndərirlər. Lənkəran ziyalıları Nuru Paşaya göndərdikləri məktubda yazırdılar: “...Avetisov Lənkəranda ermənilərdən ibarət tərəfdarlar toplamışdır. O, 1919-cu il fevralın 1-də lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu oğlunun evinə quldur kimi basqın etmiş, evdəki qiymətli şeyləri aparmışdır. Belə biabırçılığa türk oğlu, müsəlman dözə bilməz. Xahiş edirik köməklik göstərəsiniz”.
Polkovnik Makarovun dəstəsində qalan 100 nəfər silahlının hamısı ermənilər idi. Bu dəstənin üzvləri 1919-cu ilin yanvarında Böyük Bazarda Məşədi İbrahim Səmədovun dükanını dağıtmış, onun 15 min rubldan çox ərzaq və qeyri ərzaq mallarını götürüb aparırlar. Güllük məhəlləsində isə Mir Mehti Quluyevin 15 min rubulluq, Məşədi Cəbrayıl Abbasəliyevə məxsus dükanı dağıdaraq 18 min rubulluq parçanı aparırlar. Lakin çox çəkmir ki, polkovnik Makarovun qoşunu tərk-silah edilir.
Lənkəranda fəaliyyət göstərən digər silahlı birləşmələrdən biri Muğan hökumətinin bolşevik və ermənilərdən ibarət olan bölmələri idi. Onun əsgərləri Yermalay mehmanxanasını zəbt edib oradan yatacaq, qab-qacaq və 25 min rubulluq şərab aparmışdılar. Bu dəstənin 3 erməni əsgəri mart ayında Yəhya Axundovun Böyük bazardakı dükanını qarət edib əlini və üzünü xəncərlə doğrayır, onun 3200 rubl pulunu alırlar. İki gün sonra isə ermənilər Kiçik bazarda Məşhədi Ruhullah Qasımovun dükanını talan edib arpa və ununu aparmaqla ona 5 min rubl zərər vururlar.
Gərmətük kəndində Zülfüqar Hacı Məhəmməd oğlunun evinə soxulan erməni əsgərləri ondan pul tələb edirlər. İstədiklərinə nail olmayan ermənilər ev sahibinin ayaqlarını gülləbarana tuturlar. Erməni əsgərləri həmçinin Səfərəli Məşədi Cabbar oğlunu döyərək onun 7 min rubl pulunu və evinin əşyalarını, Balağa Məşhədi Manqay oğlunun pulunu və qiymətli ev əşyalarını aparırlar.
Ermənilər Lənkəranın Vələdi kəndidndə
Ermənilərin Vələdi kəndindəki zülm və qarətləri daha dözülməz idi. Müqavimət göstərən kənd sakinlərini yerindəcə güllələyirdilər. Onlar Ağahüseyn Cavad oğlunu ağaca sarıyıb güllələyirlər. Şahidlər onub bədənində 28 güllə yarasının olduğunu deyirdilər. Böyük Bazarda çayçı Dadaş ermənilər tərəfindən qılıncla ağır yaralanmışdır.
Ermənilərlə birləşən Privolnı kəndindən olan ruslar Çaxırlı kəndini yandıraraq Mirzə Əhməd Əhmədovun qoyun və mal-qarasını, pulunu ələ keçirirlər. Bununla kifayətlənməyən ermənilər onun Biləsuvarda yerləşən su dəyirmanını əlindən alaraq Privolnudan olan Repinə verirlər.
Lənkəran qəzasının Şahağacı və Potasər kəndləri Fyodor Uşubayev və Tkaçovun rus-erməni birləşmələrinin zülmündən çox əziyyət çəkirdilər. Camaat qorxu içində yaşayırdı. Onlar xalqı Cümhuriyyəti tanımamağa çağırır, müsəlmanları qorxu içində saxlamaq üçün kənd və şəhərlərdə piyada və atlarla dolaşırdılar. Uşubayevin əsgərləri Şahağacı kəndində Hüseyn Rəhim oğlunu, Məhəmməd Hacı Nəcəfəli oğlunu, Lənkəranda İrandan olan tələlbəni güllə ilə vurub öldürmüşdülər. May ayında ermənilər Seyidəkəran kəndində 3 kişini və 1 arvadı boğaraq öldürmüşdülər.
1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə Azərbaycan hakimiyyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə kifayət qədər dövlətə müqavimət göstərən silahlı qüvvələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi yalnız AXC Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust əməliyyatından sonra mümkün oldu.
Bu gün heç kimə sirr deyil ki, gənc Azərbaycan Cümhuriyyəti bütün bölgələrdə nəzarəti bərpa eləyənə qədər həm Qarabağda, həm də Lənkəran uyezdində özbaşınalıqlar olmuşdu. Qarabağdakı məsələlərin kökü aydındır. Lənkəran uyezdində isə Kolçakın, Denikinin və bolşeviklərin hərbi qüvvələri buranı qan çanağına döndərmişdilər.
Azərbaycan Respublikası Hərbiyyə Nazirliyinin Baş Qərargahının operativ kəşfiyyat idarəsinin məlumatından oxuyuruq: “Lənkəranda bolşeviklərin 1200-dən 1500-dək silahlı adamı var. Bunlar əsasən 1-ci Dünya Müharibəsində iştirak eləmiş ruslar və ermənilərdir. 2-ci qüvvə denikinçilərdir”. Bu qüvvələr Azərbaycanın ayrılmaz parçası olan Lənkəran uyezdində meydan sulayırdılar və hərəsi də bir “respublika” yaratdığını elan eləmişdilər. Bundan əziyyət çəkənlər isə təbii ki, yerli əhali idi. Cümhuriyyət ordusunun Lənkəran quberniyasında qayda-qanun yaratmasına qədər bu bölgədə İllarion Talixadze, Timofey Ulyantsev, Nikolay Tutuşkin, David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və b.azğınlıq ediblər.
Gənc Azərbaycan Cümhuriyyəti təbii ki bu durumla barışa bilməzdi və təcili tədbirlər görülməliydi. Hərbi Nazir Səməd bəy Mehmandarovun Lənkəran uyezdinin əhalisinə ünvanlanmış çağırışından oxuyuruq: “Vətəndaşlar, Azərbaycan Respublikası Hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orda qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan ordusu heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq...
...Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə həmçinin dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam”.
Cavad bəy Rza bəy oğlu Məlikyeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edildikdən sonra denikinçilərə qarşı mübarizə daha da gücləndi.
Beləliklə, general Səlimovun komandiri olduğu Cümhuriyyətin hərbi hissələri Lənkəran general-qubernatoru Cavad bəy Məlikyeqanovun rəhbərliyi ilə çoxdan bəri nizamsızlıqdan cana doymuş bölgəyə daxil olur və qısa müddətə həm bolşevikləri, həm də denikinçiləri buradan qovub çıxarır. General Səlimovun komandanlığı ilə Prişibdən Lənkərana qədər təntənə İlə keçid eləyən Azərbaycan ordusu yerli əhali tərəfindən “Yaşasın!” sədaları ilə qarşılanırdı.
Mürvət Abbasov
Tarix üzrə fəlsəfə doktoru.
(Yazi Zahir Əmənov tərəfindən redaktə edilmişdir)