Cenub.az Ayxan Ayvazın "Çarli Çaplinə görə boşanan azərbaycanlı cütlük" yazısını təqdim edir.
Çarli Çaplinin qızına məktubu var. Məşhur komik aktyor yazır: “Sənin adın Jeraldinadır və bu adın arxasınca mənim adım gəlir – Çaplin. Bu adla mən 40 ildən artıq yer üzündə insanları güldürdüm. Lakin hər zaman, ən azı, onların güldükləri qədər, bəlkə də bundan daha çox ağlamışam”.
Məşhur alim Eynşteynlə isə Çaplin özünü bu cür müqayisə edir: “Bu dünyada insanlar səni anlamadıqları üçün, məni isə anladıqları üçün alqışladılar.”
Çarli Çaplin haqqında son zamanlar çox oxudum, onun filmlərinə bir daha baxdım. Məndə belə bir fikir yarandı ki, hər dövrün böyük aktyoru Çarli Çaplin öz həyatında bircə dəfə belə rola girməyib, həyat onu necə görmək istəyibsə o cür də yaşayıb.
Çarli Çaplinin adı “Böyük şəhərin işıqları” filmində gülüş, komik obraz kimi yadda qalsa da, həyatda bunun əksinə olub. O, yoxsul, kasıb bir ailədə boya-başa çatıb. Atasını itirdiyi vaxt xəstə anasını xilas etmək üçün dəridən-qabıqdan çıxıb.
Səsli filmlərin ortasında Çarli Çaplinin susqunluğu ortaya çıxdı. O, səsli filmlərdən çox qorxurdu, orda özünü ifadə edə bilməyəcəyindən ehtiyatlanırdı. Ancaq mənə elə gəlir ki, Çarli Çaplin öz səssiz filmlərində bir roman qədər çox danışıb. Onun susqunluğunun altında minlərcə söz gözümüzün qabağında uçuşub. Onun susqunluğu mənə həyatın kədərli, çarəsiz, insanların çıxılmaz vəziyyətdə olduğunu xatırladır. Hələ yadıma düşmür ki, Çarli Çaplinə baxanda doyunca gülmüşəm ya yox. Bəlkə də onu yalnız gülüşlə anlamaq olar...
“Oskar” törənindəki unudulmaz Çarli Çaplin yadımdan çıxmır. Qocalmış, artıq dünyayla vidalaşmaqda olan, uzun illər insanları güldürən Çarli Çaplin hönkürərək ağlamışdı o gün. Onun üçün heç nəyin önəmi yoxdu. Çarli Çaplin sadəcə unudula bilməzdi. Bəlkə də gülüşünün arxasında çarəsiz, çıxılmaz bir insanın gözləri ona tuşlanmışdı...
Qızı Jeraldinaya məktubunda yazır: “Mən artıq qocalmışam və sözlərim sənə gülməli də gələ bilər. Ancaq mənə elə gəlir ki, sənin çılpaq vücudun ancaq o kəsə məxsus olmalıdır ki, o həm də sənin çılpaq ruhunu sevsin. Əgər sən belə şeylərin keçmiş zamanda qaldığını düşünürsənsə, eybi yox. Ondan da qorxma ki, on il əvvələ dönüş səni on yaş da böyüdüb qocalda bilər. Ancaq nə olursa olsun, mən istərdim ki, sən çılpaqlar adasının sonuncu təmsilçilərindən olasan!”
Çarli Çaplin qızı, rəqqasə Jeraldinaya özünü, həyatı, insanları tanıdır. Hər ata kimi o da qızını qarşıdakı tanınmayan, hər vaxt hiyləyə əl atan insanlardan qorumaq istəyir. Ancaq Çarli Çaplin bunun əbəs olduğunu da yaxşı bilir. O insanları güldürməyi bacara bilər, ancaq onları pisliklərdən, əclaflıqlardan qoruya bilməz. Buna görə də həmişə çarəsiz, miskin görünür.
Çarli Çaplinin niyə xatırladım, bilmirəm. Ancaq ona ünvanlanacaq bir-iki sözüm var:
“Hələ də dünya sənin gülüşünün arxasında gizlənib, hələ də insanların üzündəki ifadəni anlaya bilmirəm. Hələ də dünya dəyişməyib. Çarli, yadında saxla ki, unudulmaq məni çox qorxudur. Səni də qorxudurmu?”
P.S. Deyəsən, yazımızın ən maraqlı yerini sona saxladım. Azərbaycanlı ər-arvad oturub Çarli Çaplinin filminə baxırlarmış. Kişi filmdəki bir səhnədən tutulur, ağlamağa başlayır. Arvadı onun ağlamağını görüb qaqqanaq çəkir. Deyilənə görə, o gündən sonra kişi həyat yoldaşını boşayıb. Bilmirəm, bu hadisəyə güləsən, ya ağlayasan.