
Maraqlıdır, kommunistlər amerikalı qadının azadlığı üçün nəyə görə bu qədər canfəşanlıq ediblər? Amma daha maraqlısı isə SSRİ və müttəfiqləri tərəfindən azadlığı tələb olunan Ancela Devisin həbsinin səbəbləridir. Bir az əvvələ qayıdaq...
Ancela Devis 1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatında anadan olub. Orta məktəbdə əla qiymətlərlə oxuyub. Həmin ərəfədə qaradərililər üçün hər yerdə yaşıl işıq yanmasa da, Ancela Devisin yanacaqdoldurma məntəqəsinin sahibi olan atası qızının yüksək təhsil alması üçün bütün imkanlarından istifadə edib. Ancela Devis əvvəlcə Brendays universitetində təhsil alıb, qruplarında cəmisi üç nəfər qaradərili tələbə olub. O, daha sonra təhsilini Fransa və Almaniyada davam etdirib.

Universitetdən uzaqlaşdırıldıqdan sonra o, hüquq müdafiəçisi kimi fəaliyyətini daha da genişləndirib, qaradərililərin, həbsxanalarda cəza çəkən məhbusların hüquqlarını qoruyub.
Tez-tez cəzaçəkmə müəssisələrində olan Ancela Devis həmin ərəfədə San-Kventin həbsxanasında Corc Ceksonla tanış olub. İki dəfə məhkumluğu olan, ücüncü dəfə isə həbs olunaraq təcridxanada məhkəməsini gözləyən Corc Cekson polisə müqavimət, quldurluq maddələri ilə məhkum edilib. Türmədəki bir neçə görüşlərindən sonra Ancela Devislə Corc Cekson arasında aradakı dəmir barmaqlıqlara baxmayaraq sevgi münasibətləri yaranıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq zamanı məlum olub ki, Conatan Ceksonun istifadə etdiyi tapanca rəsmi qeydiyyat sənədlərinə görə Ancela Devisə məxsusdur. Bununla da məlum olub ki, cinayət əvvəlcədən planlaşdırılıb.
Mövcud ABŞ qanunvericiliyinə görə, cinayət törədilən zaman istifadə olunan silahın kimə məxsusluğu rəsmi sübuta yetirildikdə, həmin şəxs birbaşa cinayət iştirakçılarından biri sayılıb. Sözsüz ki, hüquq müdafiəçisi olan Ancela Devis bu qanunlardan xəbərdar olub və o, cinayətdən yayınmaq üçün Nyu-Yorka qaçıb. İki aydan sonra Ancela Devis həbs olunub. Məhkəmə onun cinayətini sübut edib. Ancela Devis 18 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Beləliklə, sevgilisinə görə cinayət törədən Ancela Devis öz həbsi ilə bütün dünyada məşhurlaşıb, SSRİ Ancela Devisin simasında növbəti mifini yaradıb.

- Sizdə həyat tam fərqlidir, insan hüquqları pozulmur, qadın və kişi bərabərliyi var. Mən Amerikada daha çox lazımam, çünki saydıqlarımın heç biri orada yoxdur.

Bu cavabın “səmimiliyinə” inanmaq olar. Çünki Ancela Devis SSRİ-də Valentina Tereşkovanı “Çayka” avtomobilində görüb, həmin dövrdə çoxları üçün əlçatmaz sayılan “Rossiya” mehmanxanasının restoranında şam edib, mərkəzi univermaqın vəzifəli şəxslərə xidmət edən 100 saylı mağazasında sovet vətəndaşlarının geyim təminatının yüksək səviyyədə olduğunun şahidi olub, “Artek” pioner düşərgəsində ağ köynəkli, qırmızı qalstuklu uşaqlar ona xöşbəxt cəmiyyəti xatırladıb, Krımda kompartiyanın istirahət evində gecələyəndə SSRİ-ni az qala cənnətə bənzədib. Və bu “cənnət”də o, Lenin mükafatı ilə də mükafatlandırılıb.
Amma o, göydən zəhərli gübrə atılan tarlalarda, zavodlarda ağır dəzgahlar arxasında işləyən on minlərlə qadının əziyyətini, qadınlıqlarını unudan anlarını görməyib. Tereşkovanın 5 otaqlı mənzilindəki pəncərədən Moskvanı seyr edəndə, Ancela Devis on minlərlə ailənin ən adi şəraiti olmayan kommunal evlərdə yaşadığından xəbərsiz olub. O, xəbərsiz olub ki, “bərabər hüquqları” olan sovet vətəndaşlarının ən adi məsələlərinin həlli tanışlıqla, rüşvətlə başa gəlir.

- Bu dəvəti böyük məmnunniyyətlə qəbul edərdim. Amma orada nə görəcəm? Kapitalizm, evsizlər və işsizlər. Bunları elə Amerikada da görürəm.
76 yaşlı Ancela Devis bu gün də hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirir. Onun əsas fəaliyyət istiqaməti qadın hüquqlarının qorunmasıdır. 1997-ci ildə isə o, daha bir mübarizəyə qoşulub. Belə ki, lesbiyan olduğunu etiraf edən edən Ancela Devis həm də homofobiyaya qarşı mübarəzəyə qatılıb.
cenub.az