Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

29 oktyabr 2003-ci il


Seçki öncəsi maye qaz şəhər mərkəzinə normal verilərdi: indi yenə əvvəlki kimi kibrİt çöpü kimi yanır.
Seşki öncəsi məmurlar əhali ilə elə mehriban, həlim dolanırdı ki, indi yenə əvvəlki libasların geyiblər; kim gəldi çımxırır, bağırır, hədələyirlər.
Seçki öncəsi gecə-gündüz abadlıq işləri aparırdılar; indi isə seçki öncəsi bəxti açılmayan xaraba yollar həmin ərəfədə abadlaşan yollara həsrətlə baxırlar.
Seçki öncəsi icra başçıları hətta küçədə, yolda adamlarla görüşüb, özlərini “dobrı papa” kimi göstərirdilər, indi kabinetlərinə gedəndə də qəbullarına düşmək olmur.
Qeyd: Yəqin ki, kartofun digər ərzaq məhsullarının bahalaşmasınını bu məsləyə heç bir dəxli yoxdur.
Seçki, evlənmək, namus, vicdan
Bİr nəfər seçki məntəqəsində komissiya üzvü seçki günü saxtakarlıqları səbəb gətirib protokola imza atmır. Xahiş-minnət, hədə-qorxu, pul-vəzifə, köməyi olmur. Axır ki, gedib oğlanın atasınını gətirirlər məntəqəyə. Məsələdən hali olan atası:
-Zalım oğlu, necə ildir evlənə bilmirsən, nəyinə lazımdı seçirlər? Pulu götür, imzanı at, get özünə arvad al.
Oğlana bu da təsir etməyəndən sonra kişi digər oğlunu köməyə çağırır. Qardaşı məntəqə üzvü olan qardaşı ilə sözlə yox, kəsə yolla - sillə yumurqla danışır, onun ağız-burnunu qanla doldurur. Nəhayət, “günahkar” yazıq-yazıq deyir:
Tutaq ki, qol çəkdim, bəs vicdanım nə olsun?
-Bala, bu namus məsələsi deyil ki, vicdanın buna nə dəxli var.
“ÇAXIR İÇMİSƏN PULUNU VER “
Yaxud seçkini saxtalaşdırmısan, pulumu niyə vermirsən?
“O olmasın, bu olsun olsun” filimindəki məşhur deyim çoxlarının yadındadır. Hətta müflisləşmiş bəydən də içdiyi çaxırın pulunu tələb edirlər.
Əsl kişilər isə heç kəsin haqqını kəsmir. Məsələn, oğrü oğrüdan oğürlamır, lap “o məsələ”ilə məşğul olanlar qarşı tərəfin pulunu kəsmir, yəni işi neçəyə danışıb, o qiyməti də ödəyirlər.
Bütün bunları sadalamaqda sözümün canı var. Ömrü boyu xalqa ata-ata gedən rəhbərlər seçki önçəsi və günü pulla satın aldıqlarına vəd etdikləri pulları ya vermir, ya qıraq-bucağını kəsib verirlər.
Hətta seçki günü dairələrdən birində belə bir hadisə də olub: secki günü onlara vəd olunan pulun verilməməsindən şübhələnən dairə üzvləri, əsasən də iqtidarpərəstlər seçkinin saxtalaşdırılması barədə akt tərtib ediblər. Yəni olanı olan kimi yazıblar. Məsələyə icra başçısı özü qarşıb və deyib ki, nə qədər vəd vermişik, o qədər də verəcəyik, siz də protokolu neçə faiz demişiksə, o qaydada “qafiylələndirib”.
İndi utana-utana redaksiyaya üz tutan bəzi “dairəcilər”, “məntəqəçilər” Əli aşından da olublar, Vəli aşından da. Yəni bəzisi pul vədinə görə özünü nüfuzdan salıb, bəzisi isə abırsızlığının haqqını ala bilmir.
Satılanlar “kommersiya” sirrini açıqlamasalar da, dolyası ilə sızdırırlar ki, onlara küllu miqdrda pul, ən yağlı vəzifələr vəd olunmuş.
Ümumiyyətlə, seçki üçün ayrılamüş qeyri-rəsmi vəsaitlərin yerli rəhbərlər tərəfindən “kişi kimi” bölünməməsi haqqında xeyli söz-söhbətlər gəzir. Nədənsə Masallı rayonunun adı bu məsələdə daha çox hallanır.
Belə şaiyələr də dolaşır ki, seçki öncəsi bütün məktəblər, uşaq bağçaları digər büdcə təşkilatları üçün nəzərdə tutulan dəftərxana və təsərrüfat xərcləri ilkin sənədləşdirmə aparılmadan, hətta həmin təşkilatların rəhbərləri xəbər olmadan seçki əməliyyaztlarına qurban verilib.
Bu sahədə demədiklərimiz, dediklərimzdən daha çoxdur. Ancaq deməliyik. Niyə də deməməliyik? Səsimizi saxtalaşdırıblar, satqınlıq ediblər, hələ onlar üçün qan-yaş da axıtmalıyıq? Heç bu yazını da yazmazdıq, sadəcə bir az boş yer qalmışdı.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10