Albert Eynşteynin elmi fəaliyyəti, şəxsi həyatı ilə bağlı mətbuatda minlərlə məqalələr dərc olunub, haqqında filmlər çəkilib, kitablar yazılıb, həyatındakı ən maraqlı hadisələr, ən maraqlı məqamlar geniş işıqlandırılıb. Yəqin ki, dünyanın elə bir yeri yoxdur ki, Eynşteyni tanımasınlar. Amma bu da yəqindir ki, onunla birgə addımlayan, onun “yükünü daşıyan” həyat yoldaşı Elza Eynşteyn haqqında çoxları məlumatsızdır.
Albert Eynşteynlə Elza Eynşteyn 1919-cu ildə rəsmi nikaha giriblər. Buna qədər Eynşteynin ailəsi olub. O, birinci dəfə 1903-cü ildə serbiyalı riyaziyyatçı Mariç Mileva ilə ailə həyatı qurub. 1919-cu ildə onların nikahı pozulub. Bir çox mənbələrdə ailənin dağılmasında əsas səbəb Mariç Milevanın hədsiz qısqanclığı, Eynşteynin isə ona qarşı kobud rəftarı göstərilib.
Eynşteyn hələ rəsmi nikahda olarkən, 1912-ci ildən Elza Eynşteynlə yaxın münasibətləri yaranıb. Maraqlı faktlardan biri odur ki, Elza rəsmi nikaha girməzdən əvvəl də Eynşteyn soyadını daşıyıb.
Belə ki, Elzanın atası ilə Eynşteynin atası doğma əmioğlu olublar. Qohumluq əlaqəsi təkcə bununla bitməyib. Elzanın anası ilə Eynşteynin anası isə doğma bacı olublar. Yəni, iki əmioğlu (Albertlə Elzanın ataları) iki bacı ilə evləniblər. Deməli, Elza ilə Albert Eynşteyn həm əmioğlu-əmiqızı, həm də xalaqızı-xalaoğlu olublar.
Elza Eynşteyn də Albert Eynşteynlə ailə qurana qədər ailəli olub. Onun birinci həyat yoldaşı Maks Levental parça ticarəti sahəsində çalışıb. Cütlüyün üç övladı, iki qızı və bir oğlu olub. Oğlu 1903-cü ildə vəfat edib. Elza həyat yoldaşından ayrıldıqdan sonra iki qızı ilə ata evinə dönüb, Eynşteynlə ailə qurduqdan sonra isə onlar birlikdə yaşayıblar.
Eynşteynin qeyri-adi yaşam tərzinə dözmək Elza üçün heç də asan başa gəlməyib. Rəsmi nikaha girdikləri gündən 5-10 gün sonra Elzaya məlum olub ki, Eynşteyn onun ən yaxın rəfiqəsi olan Etel Mixanovski ilə eşq macərası yaşayırlar. Ailəni qorumaq üçün Elza məsələni çox da ağartmayıb.
Eynşteynin gənc xanımlarla əyləncələri səngiməyib. Onların sayı dəqiq bilinməsə də, Elza Eynşteyn bu xəyanətlərin altısının şahidi olub. Daha maraqlı faktlardan biri isə odur ki, Albert Eynşteyn xanımlarla əyləncəsi haqqında məlumatları həyat yoldaşına özü verib.
Yuxarıda qeyd etdiyimiz kimi, Elza Eynşteynin birinci nikahdan olan iki qızı onun ikinci ailəsində yaşayıb və onlar Albert Eynşteynə ata deyə müraciət ediblər. Eynşteyn onlardan öz diqqətini və qayğısını əsirgəməyib. Elzanın böyük qızı İlza fizikin yanında işləyib.
Günlərin birində o da məlum olub ki, Albert Elza ilə nikahını pozmaq fikrinə düşüb. Dahi alim ona ata deyən 20 yaşlı İlzaya aşiq olub.
İlza rəfiqəsinə yazdığı məktubda atalığının münasibətini belə bölüşüb: “Albert məni sevir. Bəlkə də o, məni, məni sevən bütün kişilərdən daha çox sevir. Mən bunu hiss edirəm, duyuram. Dünən axşam o, bunu etiraf etdi. Mənim də ona sonsuz məhəbbətim var, amma mən onu atam kimi sevirəm...”
Münasibətlərin üstü açılanda Eynşteyn çətin vəziyyətdə qalan həyat yoldaşına yazılı şəkildə izah verib: “İnsanın xoşuna nə gəlirsə, onu da etməlidir. Bu zaman insan heç kimə ziyan vermir...”
Elza Albert Eynşteynin xoşbəxt yaşaması üçün bu münasibətə də razı olub. Amma qızı İlza atalığının sevgisini rədd edib.
Albert Eynşteynin birinci və ikinci həyat yoldşları arasında böyük fərq olub. Mariç Mileva öz həyatını elmə sərf edib, gecə-gündüz elmi yaradıcılıqla məşğul olub. O, bu baxımdan Eynşteynə bənzəyib, həmişə axtarışlar arxasınca qaçıb. Elza isə tam fərqli bir həyat tərzi seçib. O, Eynşteynin ən yaxın köməkçisi olub. Onun iş qrafikini, jurnalistlərlə görüşünün vaxtını müəyyənləşdirib, qida rasionuna cavabdehlik daşıyıb, bütün məişət qayğılarını öz üzərinə götürüb.
Elza Eynşteyn həm də həyat yoldaşının maliyyə məsələləri ilə məşğul olub, ailə büdcəsinin xərclərini tənzimləyib.
Albert Eynşteyn Elzanı həyat yoldaşı kimi yox, daha çox dost, köməkçi kimi qiymətləndirib. “Mən dəli oldum ki, dahi olmayım” deyən fizik özü də etiraf edib ki, kaprizlərinə ancaq Elza dözə bilərdi.
Elza Eynşteyn isə ömrünün sonuna qədər həyat yoldaşına böyük sədaqət nümayiş etdirib. 1936-cı ilin dekabrında, ömrünün son günlərində Elza ilk dəfə olaraq Albert Eynşteynin sevgisini hiss edib. Belə ki, ürək və böyrək xəstəliklərindən əziyyət çəkən Elza həyat yoldşının nə qədər narahatlıq keçirdiyini, vaxtının məhdud olmasına baxmayaraq saatlarla onun yanında oturmasını, ona qulluq etməsini müşahidə edəndə sonuncu hisslərini rəfiqəsi ilə belə bölüşüb: “O, mənim üçün çox narahatdır, demək, o, məni sevir. Yəqin, “dəli”lərin sevgisi belə olurmuş...”
Elza Eynşteyn 20 dekabr 1936-cı ildə, 60 yaşında ürək çatışmazlığından vəfat edib. Onun dəfni zamanı dostları Albert Eynşteyni ilk dəfə ağlayan görüblər. Fizikin yaxın dostlarından biri olan Piter Baki sonralar dəfn mərasimini belə xatırlayıb:
“Eynşteyn dahi bir şəxsiyyət idi. Amma bu dahiliklə yanaşı, mən onu duyğusuz, soyuqqanlı bir adam kimi tanıyırdım. Elza Eynşteyn vəfat edəndə, düşündüm ki, yanılmışam. Elzanın ölümü Eynşteynə çox pis təsir etmişdi. Mən onun göz yaşlarına təəcüblə baxırdım, bəli, Eynşteyn ağlayırdı...”
İlham Cəmiloğlu, Musavat.com