- Qıza, elə bilirsən ki, hər qəzet açan yazı yazır. Çətini güc-bəla onun bir nömrəsini buraxmaqdır. Sonra başlayırsan qəzet adından vəsiqə satmağa. Məsələn, qonşu rayonda “Veteran yolu” adlı, ildə, yarım ildə çıxan bir qəzet var; amma indiyə kimi 64 nəfərə vəsiqə satıb. Özü də biri 110 -120 manatdan.
Daş başına, Xanımbacı. 1səhifə yazı yazıb, güclə 10 manat alırsan, amma qondarma qəzetçilər vəsiqə satmaqdan 5-6 min pul qatlayır.
- Bacaran hər şeydən pul çıxardır. Məsələn, pensiyaları plastik kartla verməyə başladılar ki, bu sahədə ruşvətin kökünü kəssinlər. Amma zirək oğlanların bir çoxu təqaüdçüləri həmin bankomata heç yaxın qoymur. Məsələn, Mahmudavar kəndində 1000-ə yaxın təqaüdçünün bankomatları 4 poctalyon – operator arasında bölünüb. İndi həmin poçtalyonlar min təqaüdçünün hərəsindən 2 manat çırpışdıraraq hər ay ən aşağısı 2 min manat qatlayırlar. Belələrinə deyərlər, zirək oğlan.
- Müdirlərinə oxşayıblar da. YAP-in sədri, həm də rayon poçtunun müdiri, dostumuz Əlamət müəllimi deyirəm e.... İşə başlayan kimi “Səninlə işləmək istəmirəm” adlı maraqlı bir kompaniya keçirib, hər işçini 100 manat tərlətmişdi ha.
- Lap yaxşı eləyib. 2 min manat nə puldur ki? Rayon var orada təhsil şobələri hər məktəbdə bir yalançı sinif artirmaq üçün elə hər məktəbdən min manat (aşağı siniflər 200, yuxarı siniflər 400) alırlar. Sonra da direktor bu əmələ görə müəllimlərə minnət qoyur deyir ki, adambaşına 30-40 manat verin ki, bir yalançı sinif açım. İndi fikirləş də, 100 məktəbin hərəsində bir-iki yalançı sinif ayda 15-20 min manat pul eləyir. Bunu da ilə viranda görərsən ki, zirək oğlanlarımız büdcənin anasını necə ağladır.
- Qıza. Hökumət “kündə”ni sayır, yəni, müəllimələrə az əmək haqqi verir. Onların böyüyü də “kün” dədən kəsir, yəni, yalançı siniflər düzəldib, ölkə üzrə hökumətə 1-2 milyon manat atırlar.
- Bəs, adamtutanlar təhsil şöbəsinin rəhbərləri, dirtorları bunu necə dözür?
- Dözmək nədir, qıza. Elə onlar özü bu işin başında durur. Təhsil şöbə müdirləri işə siftə başlayanda direktorlar müəllimlərdən 1-2 ay pul almır, sonrakı aylar bir az qorxa-qorxa alırlar, 5-6-cı aydan sonra əsil bazar açıb deyirlər ki, get kimə deyirsən de. Yəni, köhnə hamam, köhnə tasdır.
- Yaxşı, bunları başa düşdük. Adan yaşlaşdıqca bir az şöhrətpərəst olur. .Mənim də ürəyimdə bir “Əməkdar müəllim”olmaq keçir. Səncə nədən başlamaq məsləhətdir?
- Son vaxtlara qədər bu işin tası 1500 manat idi, son günlər tas dəyişməyibsə.
- Sən ki, bu qiymətləri belə yaxşı bilirsən, bəlkə bunlar bir kitabça şəkilində xalqa çatdıraq, xalq da işin bilsin.
Zahir Əmənov