Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

11 yanvar 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


Özü də bu dəfə tapşırıblar ki, cibinizdən verin, amma müəllimlərdən almayın? Ümid qalıb, “levıy” xadimələrin əmək haqqından və adı olub, özü olmayan siniflərin pulundan çırpışdırdıqlarımıza”.
- Bacılı deyirəm ki, onsuz da kim-kimi söydü, taladı, qanun-filan çoxdan ayaq altına düşüb. Olmaz ki ,elə hər ay nə alacaqlar, umacaqlar bunu kağıza yazıb hər yerə vuralar?
- Ağıllarına girsə, edərlər. Amma qorxurlar ki, elə həmin kağızın da pulunu həmin şəxslərin özündən alarlar. Həm də hər bir idarədə, onun ətrafında o qədər dəllal-filan var ki, obyektə yaxınlaşmağını görürsən, onlar dərhal qabağına qaçıb, hər işin “tas”ını deyirlər, yəni elana-filana ehtiyac qalmır.
- Bəs soruşmadın ki, ay direktor, niyə belə-belə işlərə etiraz etmirsiniz. Axı, müəllimlər müəllimi olan, bu qədər müəllimə rəhbərlik edən direktorun 1 qram cəsarəti yoxdursa, onlar uşaqlara hansı cəsarətdən, hansı mərdlikdən, qəhrəmanlıqdan, nə bilim Koroğlunun, Həzi Aslanovun igidliyindən danışacaqlar. Bax, bunları soruşdun, soruşmadın?
- Soruşdum, bacılı, nəyə soruşmadım. Dedilər ki, böyüklərimiz bizi əllərində necə pulta döndəriblər, hara istəyirlər ora tullayır, sonra kəlləmayallaq aşırır, gah alçaldır, gah süründürürlər, biz də sizi, özümüzdən aşağıları eləcə balaca pulta döndəririk. Qısası, bizi necə əyib, əzib-buzub plastlinə çevirib, oyuncağa döndərirlərsə, biz də sizi o qaydada eyni hala salırıq. Gedin, çapın, talayın, haqqımızı gətirin. Amma nə qədər vəzifəniz var, ləyaqət, vüqar, şərəf... belə şeyləri yaddan çıxardın. Amma lazım gələndə ləyaqətliləri məhkəməyə vermək üçün şərəfsizlik də edə bilərsiniz.
- Bəs onun yanındakı bələdiyyə sədri nə deyirdi?
- Nə deyəcək ki, yazıqların çoxu heç verdiyini çıxarda bilmir. Bir az subsidiya vermişdilər, yarısını giriş qapısı, yarısını abunə və sair adı ilə alıb, özlərini də...
- Bu məqamda yadıma yaxın dostlarımızdan birinin fikri düşdü. O deyir ki, ətrafımızda hündür binalar, hündür maşınlar, hündürpapaq kişilər çoxaldıqca hündürdən haqq səsini deyən kişilər xeyli azalıb.
- Sənə elə gəlir e. Onda ki, bir balaca şair demişkən, yel əsə Bağı-Gülüstan tərəfə, onda görərsən sənin fağır, məzlum kimi tanıdığın, hələ arabir ilişdiyin kişilər nə həngamə çıxardacaq.
- İnanmağım gəlmir. Bu misallardan nə qədər çəksən, nə qədər müqayisələr aparsan, sözü nə qədər sağa-sola firlatsan da, bu yatmışlar var ha, onlar çətin oyadasan. Biz qəhrəmanlarımızı çərlədə-çərlədə bağrını çatladır, sonra onlara heykəl qoyuruq. “Sağlığında kor Fatı, öləndə Alagözlü Fatmam laylay” atalar sözü elə-belə yaranmayıb ki? İndi öyündüyümüz Füzuliyə, M.F. Axundova, Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə... sağlığında nə gün verdik ki, sonra şərəflərinə abidələr ucaltdıq. Əgər həmin dahilər bir gün də bilsələr ki, onların adı bir yana, hətta abidələrini qurmaq adı ilə necə pullar silirlər, gorları çatlamasa da, heykəlləri çatlayar. Dil açıb hayqırarlar ki, ay heykəlimizi qoyanlar, heç kitablarımızı, şeirlərimizi oxuyursunuzmu?
- Sən də getdikcə lap sayıqlayirsan. Bu boyda dükan-bazar satışının qabağında kitab-mitab söhbətinin heç vaxtıdır? Ən ağıllı iş özünü 20-30 illiyə donduranlar edir. Bəlkə, biz də başlayaq özümüzü dondurmağa.
- Dondurmağa etiraz etmirəm. İntəhası, qorxuram ki, aparat “kitayski” çıxır, donmaqdan da avara olaq, donmamaqdan da. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10