Bütün dünyada və bütün dövrlərdə tanınmış siyasətçilər öz fəaliyyət dövrlərindən, yaxud da ölümlərindən sonra əsl qiymətlərini alıblar. Kimlərsə böyük ehtiramla xatırlanıb, kimlərsə lənətlənib...
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov isə sağlığında milyonlarla insanın nifrət ünvanına çevrilib, həmçinin elə rusların da...
O cümlədən, hakimiyyətə gəldiyi dövrdən Azərbaycana qarşı mənfi münasibətilə fərqlənən Qorbaçov azərbaycanlılar tərəfindən də hiddət və nifrətlə xatırlanır.
Martın 2-də Qorbaçovun 89 yaşı tamam olur. Elə bu yaşında da qoca siyasətçi bəzi açıqlamaları ilə yenə də qıcıq yaratmaqdadır.
Mixail Qorbaçov haqqında 20 faktı təqdim edirik:
1. Mixail Qorbaçovun hər iki babası 1930-cu illərdə repressiyaya məruz qalıb, ata babası kolxoz planını yerinə yetirə bilmədiyinə görə, ana babası isə trotskiçi olduğu üçün... Hər iki xalq düşməni uzun illər Sibirdə sürgün həyatı yaşayıblar.
2. Sabiq prezident ilk əmək fəaliyyətinə beşinci sinifdə oxuyanda kombaynçı köməkçisi kimi başlayıb.
3. Qorbaçov orta məktəbin sonuncu sinfində oxuyanda zərbəçi kombaynçı kimi “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. Bu təltif onun gələcək karyerasında mühüm rol oynayıb.
4. Məktəbi gümüş medalla bitirən ordenli Qorbaçov Moskva Dövlət Universitetinin hüquq fakültəsinə imtahansız qəbul olunub. Tələbəlik illərində o, Stavropol kombaynçısı kimi adla yadda qalıb.
5. Ali təhsilini başa vurduqdan sonra Mixail Qorbaçov təyinatla Stavropol prokurorluğuna işə göndərilib. Ancaq o, hüquq sahəsinə maraq göstərmədiyindən cəmisi on gündən sonra Stavropol komsomolunda təbliğat-təşviqat sektorunda özünə yer tapıb.
6. Gələcək prezident komsomol orqanlarında sürətlə irəliləyib, o, 1955-ci ildə Stavropol komsomolunun birinci katibi, üç ildən sonra isə Stavropol diyar komsomolunun birinci katibi vəzifəsinə yüksəlib.
7. Mixail Qorbaçov 35 yaşında Stavropol şəhər Partiya Komitəsinin birinci katibi, 1970-ci ildə isə Stavporol diyar Partiya Komitəsinin birinci katibi təyin edilib.
8. Mixail Qorbaçova Kremldə daha çox dəstək verən, ona hamilik edən Yuri Andropov olub.
9. Qorbaçov bir siyasətçi kimi hiyləgərliyi ilə fərqlənib. 1978-ci ildə Kulakovun ölümündən sonra Mərkəzi Komitədə katib vəzifəsi yeri boşalanda 14 namizəd arasında Qorbaçov hamıdan “qoçaq” çıxıb və bu vəzifəyə təyinat alıb.
10. Mixail Qorbaçov SSRİ rəhbərləri arasında Oktyabr inqilabından sonra doğulan yeganə rəhbər olub.
11. Hakimiyyətdə olduğu illərdə Mixail Qorbaçova bir neçə dəfə sui-qəsd cəhdi olunub. 7 noyabr 1990-cı ildə isə Qorbaçovu öldürmək istəyən Şmonov zərərsizləşdiriləndə onun cibindən tapılan kağızda SSRİ prezidentinə sui-qəsdin səbəbi məlum olub. O, Bakıda və Tiflisdə qırğınlar törətdiyinə görə Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyib.
12. Mixail Qorbaçov prezidentlikdən istefa verməmişdən bir neçə gün əvvəl onun haqqında “Vətənə xəyanət” maddəsi ilə cinayət işi açılıb. O, 1991-ci ilin sentyabrında rəsmi olaraq Litva, Latviya və Estoniyanın müstəqilliyini tanımaqda ittiham olunub. Cinayət işini SSRİ baş prokurorunun böyük köməkçisi Viktor İlyuxin rəsmiləşdirib. İstefasından sonra Qorbaçov haqqında cinayət işini xətm ediblər.
13. 1970-ci illərdə, hələ Stavropolda işləyərkən, Qorbaçov partiya işindən ayrılaraq elmi yaradıcılıqla məşğul olmağı planlaşdırıb. Lakin Yuri Andropov ona mane olub, siyasi fəaliyyətini davam etdirməyi məsləhət görüb. Bir çox siyasətçilər Qorbaçovun elm sahəsində fəaliyyətini davam etdirməsi planını daha ağıllı addım sayıblar. Çünki onlar hələ o illərdən Qorbaçovun yarıtmaz siyasətçi olduğunu hiss ediblər.
14. Digər islahatları kimi, Qorbaçovun 1985-ci ildə başladığı antialkoqol kampaniyası da ölkə iqtisadiyyatına kifayət qədər ciddi mənfi təsir göstərib. Sonralar özü də bu sahədə atdığı addımın səhv olduğunu etiraf edib.
15. Mixail Qorbaçov gün ərzində 12-15 mətbu orqanı nəzərdən keçirib. Amma artıq o, özü haqqında yazılanlara reaksiya vermək gücündə deyildi.
16. Qorbaçovun ən çox sevdiyi içki süd və qəhvə olsa da, o, Kreml ziyafətlərində özünü alkoqollu içkilərdən heç vaxt məhrum etməyib.
17. Mixail Qorbaçov uzun illər səbəbi məlum olmayan allergiyadan əziyyət çəkib. Hətta İsveçrədə keçirilən mötəbər tədbirlərin birində tribunada çıxış edərkən qəfil onun üzündə qırmızı səpkilər yaranmağa başlayıb. Bundan təşvişə düşən bəzi tədbir iştirakçıları elə düşünüblər ki, bu, kimyəvi yolla sui-qəsdə cəhddir. Səpkilər o dərəcədə yaylmağa başlayıb ki, Qorbaçovun başındakı ləkə də görünməz olub.
18. Hazırda Mixail Qorbaçov bəzi mətbu orqanlarda yazıldığı kimi, xaricdə yaşamır. O, Moskvada, Rublyovo-Uspenski şossesi yaxınlığındakı Kalçuqa qəsəbəsində ona ayrılan dövlət bağında məskunlaşıb.
19. Sabiq prezident kimi Mixail Qorbaçov bir çox imtiyazlara malikdir. Avtomobil, mühafizə, tibbi xidmət, dövlət ödənişi ilə əşya və ərzaq təminatı və s. kimi imtiyazlardan istifadə edən Qorbaçov özünü yetərincə rahat və komfort bir şəraitdə hiss edir.
20. 89 yaşlı Mixail Qorbaçovun səhhətində hazırda ciddi problemlər var. O, ayda bir dəfə Moskvada, Mərkəzi Klinik Xəstəxanada müayinələrdən keçir və növbəti müalicə kurslarını alır.
Yəqin ki, sabiq prezident üçün həyatdan ayrılmaq çox qorxuludur. Axı, o dünyanın da öz sorğu-sualı olacaq...
İlham Cəmiloğlu,
Musavat.com