- Yox, ay nənəli. Ona görə inciyib ki, onları az tənqid edirik. Deyir ki, daha idarə qalmayıb, pullarını saymayasınız, saxta kartlarının anatomiyasını xalqa göstərməyəsiniz. Bəs biz idarə deyilik, bəs bizim “ves”imiz yoxdur? Bizi də əməlli-başlı tənqid eləyin, xalq da bilsin ki, burada necə qaz vurub, qazan dolduran oğlanlar var.
- Yəqin sən də razılaşdın?
- Əlbəttə, razılaşdım. Əgər xalq tələb edirsə, sosial sifariş varsa, əlbəttə, razılaşmalıyıq. Nə başını ağrıdım, bu qərara gəldik ki, o desin, mən də qeyd edim. Aldı işıqçı qardaşımız görək nə dedi. Dedi ki, qaranlıqda olan pul, heç bir işıqlı yerdə yoxdur; məftilindən tutmuş sayğacına qədər, hamısı puldur, qalır fərasətinə. İndi ən çox dəbdə olan cərimə məsələsidir. Elə yer var, ayın əvvəlində də, axırında da bir-iki cərimə yazıb, həmin adamı salırlar tora, sonra payımızı alıb, cərimə kağızlarını cırıb atırıq.
- Bəs bu borc sayğacda olsa, necə?
- İnsan əlində hər şey acizdir. Bizim köhnə müdirlərdən biri ölkədə sayğac fırıldaqları üzrə ixtisaslaşıb. Görürük ki, çörəkli “kliyentimizin” sayğacı kəllə çarxa çıxan rəqəm yazıb, yalandan onu zədələyib, xarab edib, borcları silib, təzə sayğac quraşdırırıq. Bilirsən, bu işdə nə qədər pul var? Bu sayğac deyilən şey bir oyundur. Sənə onlarla kənd, yüzlərlə ev göstərərəm ki, sayğac var, xəttə qoşulmağa imkan vermirik. Guya həmən pul hökumətin cibinə getsə, nə olacaq ki? Hansı məmursa gedib bir dənə də villa tikəcək. Elə həmin pulu burada, doğma xalqımızla bölüşüb yeyirik.
- Bu qədər pulu yığıb-yığışdırmaq olmaz ki?
- Elə mən də onu demək istəyirəm də. Məsələn, ay ərzində təxminən 1 milyon manatlıq, 15-16 milyon kilovatlıq enerji buraxırıq. Bu enerjinin cəmi 50 faizinin pulu yığılır. Bunun 15-20 faizi itbata gedir, bir o qədəri də böyüklərin pay-puşu, bizə də cəmi aya 120-150 min manat qalır ki, ona da Allah bərəkət versin.
- Bəs deyirlər, əhalinin və şirkətlərin 15 milyon manat da debitor borcları var.
- Debitor borc lap kef-damaqdır. Malı qatırıq mala, yəni debitoru indikinə, indikini gələcəkdəkinə, aləm qarışır. Biz də qarışıqlıqda daha çox çırpışdırırıq. Yoxsa, debitor borcları olduğu kimi sənədləşdirsək, qalıq planı 100 əvəzinə, 40 yox, 250 faiz ödəmək olar. 15 milyon manatlıq debitor borc nə deməkdir?!
- Ən fırıldaq yerlərimizdən biri də bələdiyyədir. Onlar üçün elə yalançı borclar yaradırlar ki, bağıra-bağıra qalırlar. Yəni, onlar gündə 24 yox, 240 saat da işıq yandırsalar, həmin məbləğı ödəmir. Bizim işimiz dissertasiyalıqdır e. Oğul lazımdır deyəsən, o da yaza.
- Bəs şirkətlərdə alveriniz necədir?
- Onları öz aramızda bolüşdürmüşük. Hansı ki, bərkgedənlərdir, onların bəzisinə heç yaxın düşə bilmirik. Amma qalanları ilə hökumətdən oğurladıqlarımızı dədə malı kimi bölüşdürürük. Hərdən elə olur ki, pulun sayını itiririk. Bunun məftil, transformator, dirək pulu var... yeməli yerlər bir-iki deyil ki. Bir də yemək dedim, yadıma restaranlar düşdü. Çox yerdə dəstələmə yeyirik, heç pul vermirik, əvəzinə həmin obyektdə işıq pulunu güzəşt ediirik. Ona görə əvvəllər deyərdilər ki, qəhrəmanlar ölmür, unudulmur, amma indi deyirlər “İşıq idarələrinin müdirləri ölmür, unudulmur”. Hansı müdiri işdən qovurlar, bir də görursən ki, 2-3 aydan sonra ya müdir, ya başçı formada yenidən peyda oldu. Əbəs yerə deyil ki, əvvəlki başçılardan biri bizim idarəni böyuk fəxirlə cinayətkarlar yuvası adlandırmışdı. Bizdə ancaq pul davasıdır. Bir həyasız müfəttişin bir ayda qazandığını 5-10 müəllim, həkim bəzən bir ilə qazana bilmir. Buna görə Allaha şükür, hamımızın xarici maşını, Bakıda evi, dəmdəs-gahı...
- Belə fırıldaqları etmək üçün sizə güclü kadrlar lazımdır.
- Bu sahədə bəzi səhvlərimiz var idi, indi düzəltmişik. Yəni, bir–iki savadlı, mədəni kadr var idi, atdıq bayıra. İndi kim ki, dəllallığı, həyasızlığı, abırsızlığı yaxşı bacarır, onlardan gözəl bir komanda düzəltmişik. Elə özümüz də həyasızlığı pis bacarmırıq, Allaha şükür, hansı sifətə desən, düşə bilirik.
- Axı, siz vətəndaşlarla müqavilə bağlamalı idiniz. Bu barədə prezidentin sərəncamı var.
- O sərəncamlar xalq üçündür, bizim üçün yox. Bir dəfə biz tərəfə gəl, sənə 2 otaq müqavilə göstərim. Dəliyik ki, camaata müqavilə verək?
- Bilsəm ki, o necə yaxşı oğlandır? O hələ bu tərəflərə müdir gəlməmiş bölgəmizin cənnətməkan yerlərində ona günlərlə qonaqlıq vermişik, necə l-a-a-a-zımdır, qulluğunda durmuşuq, daha xırdalamıram. İndi buna görə burada baş kəssək də, söz eləyən olmaz.
Zahir Əmənov
-