- Qıza, sənə elə gəlir. Oğlan var, hər şəraitdə necə lazımdır pulunu qazanır. Köhnə polis işçilərindən biri bu barədə maraqlı iş təcrübələrindən mənə danışdı. O dedi ki, teatr asılqandan başlayan kimi, pollisdə də çörək pulu şikayətçi tərəflərin hansının nə qədər pulu olmasından aslıdır. Məsələn, şikayət daxil olmuşdu ki, toyda dava düşüb; bir cavan o biri cavanı döyüb. Öncə fikirləşdim ki, görəsən, bunların hansı pullu, imkanlıdır. Nə fərqi var ki, döyən kimdir, yaxud döyülən kim. Bir az araşdırandan sonra məlum oldu ki, bu bədbəxtlərin ikisi də lütdür, yəni kasıbın biridir. Bəs nə etməli? İstədim, işi firladım toy sahibinə tərəf. Gördüm, bu bədbəxt də borcun içindədir. Ola bilməzdi ki, ərizə daxil ola, mən onu pulsuz bağlayam. Xeyli fikirləşəndən sonra, düşünüb–daşınıb həmən toyda çalan müsiqiçləri polisə dəvət etdim.
- Nənəli, musiqiçilərin bu davaya nə dəxli?
- Səbrin olsun. Gör həmin təcrübəli polis işçisi nə deyir. Deyir ki, əvvəlcə klarnetçalanı çağırdım. Dedim ki, bu cavanlar dava edəndə çalırdın, çal-mırdın? O da yazıq-yazıq dedi ki, mən heç davaya baxmırdım, elə çalma-ğıma davam edirdim. Dedim ki, deməli, meydanı qızışdırırdın, qanlarını coşdururdum ki, daha da yaxşı dalaşsınlar. Gör sənin başına nə oyun gətirəcəyəm. Beləliklə, klarnetçini otaqda qovdum. Sonra qarmonçu gəldi. Eyni sualı ona da verdim - çalırdın, çalmırdın? Deyəsən, klarnetçi onu məsələdən agah etmişdi. Dedi ki, mən çalmırdım. Yenə coşdum: “Demək, şərait yaradırlar ki, arxayın dalaşsınlar. Bəlkə, fikirləri müsiqidə qalsaydı, tez ayrılardılar”. Nə isə. Bunu da qovdum. Nağaraçı gəldi. Yenə eyni sual. Amma bu, yaman bic tərpəndi. Dedi ki, həm çalırdım, həm çalmırdım. Hirsləndim: “Konkret de. Çalırdın, çalmırdın?” Yenə dedi ki, gah çalırdım, gah çalmırdım. Dedim: “Konkret de”. O, nə desə yaxşıdır: “Ay rəis, konkret deməlidir ki? Nə zəhrimar istəyirsən de, işimizi bilək, nə bağrımızı çatladırsan?” İndi gördün, pulu necə qazanırlar?
- Belə boş söhbətlərə qulaq asmaqdansa, gedib bir kitab oxusam, daha yaxşıdır.
- Qıza, əsl kitab elə bu həyatdır. Tutaq ki, gedib oxudun ən məşhur romanlardan biri olan “Alçaldılmış və təqir olunmuş insanlar” romanını. Nə olsun ki? Elə icra hakimiyyətində başçı birinə “taxta baş” deyir, o birisini itlə müqaysə edir. Hansı da alçalır, təhqir olunur və susur, az qalırlar onu təhqir edənin ayaqqabısını təmizləsinlər. Bunlar belə kişidir. Bİrcə vəzifəsinə, puluna dəymə, üzlərinə gündə yüz dəfə tütürsən də dözəcəklər.
- Yəni hamısı belədir?
- Hamısının andını icə bilmərəm. Çünki ötən il qonşu rayonlardan birində başçı öz müavinini təqir etmişdi, amma müavin də ondan beşbətər başçının cavabını qaytarmışdı. Düzdür, həmin müavin vəzifədən getdi. Amma kişi kimi getdi.
- Eşitmiş olarsan, keçmişdə belə bir mahnı sözü vardı - bir qadına xəyanətdir bir gözələ sədaqətim. Bu sözləri biz tərəflərdə necə başa düşürlər?
- Qıza, bizə ayrılan yer bu söhbətlərlə doldu. Həmin sözün açması qaldı gələn dəfəyə.
Zahir Əmənov