- Oduye, şor satanlar, orada nə yalan var ki?
- Elə mən də sən kimi bilirdim. O gün şor almaq istəyəndə qonşu arvad qulağıma dedi ki, buradan alma. Dedim, niyə? Dedi, bunlar şora su qatır. Yəni bu heç.
- Yaxşı olsun qoz satanlar. Onlar da qoza su qatır?
- Bu üsuldan hərdən onlar da istifadə edir ki, qoz ağır gəlsin. Amma qoz satanların əsas yalanı başqa yerdədir. Yəni onlar 10-15 ədəd tez sınan qozu alıcılara göstərib amma, malı çəkəndə tez sınanla gec sınanı bir-birinə qatışdırıb satırlar.
- İndi mən nə desəm, sən də ona su qatacaqsan?
- Bizdə belədir də. Mütləq nəyəsə nəyi qatırlar. Məsələn, benzinə qaz qatırlar. Qaza su qatırlar. Sonra da adi suya bir dəbdəbəli ad qoyub üstünə bir az qaz vururlar, olur ”ceyran südü “. Nə bilim, lüləkababa ağıllarına gələni qatışdırırlar.
- Bəs qəzetə-filana nə deyirsən?
- Elə yalanın çoxunu qəzetlər deyir də .
- Onlar da su qatır?
- Bəs necə? Yazı var, doxsan faizi sudur, heç “balıq”ı yoxdur. Ya da bəzi yazılar elə “kilkədən-zaddan” hazırlanır.
- Əslində belə də olmalıdır da. Çünki elə Yer kurəsinnin də çoxu sudur. Bir də sudan xoşun gəlmir, get şirə iç. Oduye, “Jalə” şirəsi. Deyirlər ki, damla-damla yığırlar.
- Qıza, sən də deyilənə inanırsan. Zahir Əmənov adlı bir şair var. Araşdırma aparıb ki, 1 litr şirə almaq üçün 3 kiloqram ən azı 2 manatlıq normal alma lazımdır. İndi belə çıxır ki, 2 manat maya qoyub, şirəni 1 manata satırlar. Belə ki, şirəyə də bir “quş”. Yəni o da yalan.
- Yaxşı, qəbristanlığa nə deyirsən? Mahnı da var e. ”Ölümdən başqa dünyada hamısı yalan”.
- Oranın da zayı çıxdı. 120 seriyalıq bir kino var e - “Xəyanət” serialı. Biri ölür, o biri dirilir. Qəbirstanlığı da döndəriblər oyuncağa. Yəni, bu gün ölü bildiyinin sabah, rəhmətlik Bəşir Səfəroğlu demişkən, qıdığı gəlir. Oduye, pensiya verən idarələrə bir nəzər sal. Gör, nə qədər pensiyaçı öləndən sonra da plastik kartla pul alır. Lap Allahın musiqi məktəbini götür. Sən demə, eyni şagird eyny vaxtda həm bu sinifdə, həm qonşu sinifdə, həm də ümumtəhsil məkətəbində təhsil alırmış. Yaxud da, buradakı uşaqları siniflərə bölsən, gərək o birmərtəbə məktəb beşmər-təbəli ola. Qısası, uşaqların bir çoxu burada yalandan oxuyur. (Yeri gəlmişkən, musiqi məktəbinin rəhbərliyindən üzr istəyirik. Bir neçə nömrə əvvəl yazmışdıq ki, orada uşaqdan 87 qəpik əvəzinə 10 manat təhsil haqqı alınır. Sonradan məlum oldu ki, həmin 10 manatın cəmi 6 manatı müdirə çatır. Bu da müasir “razmerlərə” uyğundur). Eh, dünya, dünya. Əvvəl orada-burada balaca–balaca yalanlar deyərdilər. Sonralar yalan oldu kişi. İndi yalan oldu əjdaha, balina. Adam hərdən aldığı havaya da şübhə edir. Deyirəm ki, bəlkə hava deyil, başqa şeydir.
- Qısası, bu yalan söhbətini qurtar. Rəhmətlik Seyid Sadıq “Yalan–yalan” deyə-deyə nə qədər haray saldısa, elə ən böyük yalançılar onun üzünə hırıldaya–hırıldaya yalanlarını daha da artırdılar.
- Düz deyirsən, nənəli.
- Yaxşı, mən yalansız yer tapa bilmədim. İndu sən o vəd etdiyin sürpriz hədiyyəni verməsən də, heç olmasa, adını de.
- Qıza, nə hədiyyə. O da bir yalan idi. Kimdən əskiyik ki, lazım gəlsə, elə yalanlar deyərik ki, yalançılar özü məəttəl qalar.
Zahir Əmənov