- Məndə həmişə təzə xəbər olur. Bilirsən ki, indi torpaq almaq, dükan tikmək, sənəd düzəltmək nə zülmlə başa gəlir. Yəni ki, bir xalvar pulun olmalıdır. Sonra dəllal tapmalısan, daha sonra bu dəllallar sözü keçən kişilərdən biri ilə sənin işini düzüb qoşmalıdırlar. Min zülümlə həmin dükanı tikib başa çatdırmalısan. Azından da bu işə 20-30 min manatın getməlidir - yarısı tikinti materiallarına, yarısı da torpaq satanların və onların böyüklərinin ciblərinə. Bütün zırıltılardan sonra, iraq olsun, bir də görürsən ki, sən həmin dükanı qurtarıb başa çatdıran ərəfədə rayona təzə başçı gəlir və məlum olur ki, düz tikilməyib, nə bilim sənədin filan tərəfi düz deyil, yaxud bu yerdə park salınmalıdır və sair.
- Bu nağılları mənə niyə danışırsan e? Guya bunları bilməyən var?
- Bilməyinə bilirlər e, intəhası əlacını tapa bilmirlər. Amma Lənkərandakı bəzi satıcılar artıq bu məsələnin həll yolunu tapıblar. Onlar fikirləşiblər ki, dükan yeri üçün 15-20 min manatı bəzi dəllallar və torpaq satanlara verənəcən, elə həmi pula yaxşı bir Qazel alıb, icində 4-rəf düzəldib, elə mallarını da orada satsınlar. Bazarkomu, sahə müvəkkilini görəndən sonra isə bu işin heç bir qorxusu olmur. İş bərkə büşəndə də Qazeli bala-bala sürüb aradan çıxarsan. Bax, buna görə”Qazel dükanların” sayı burada günbəgün artır.
- Sən də bunları çəpərüstündə danışıb, camaatı dilə-dişə salma, indi bir bəhanə tapıb, o Qazelləri də salarlar qara sayahıya.
- O sürücü-satıcıların bir-ikisi ilə söhbət etmişəm. Deyirlər ki, qazel-dükanları ləğv etsələr, başqa variantımız da var. Belə ki, iş çətinə düşsə, atın–eşşəyin üstündə səyyar dükanlar qurmaq istəyirlər.
- Qıza, eşşək dedin, yadıma bir əhvalat düşdü. Bu düzdür ki, düz 20 il qabaq bu rayonda ozünü nüfuzdan salmış bir rayon rəhbərini eşşəyə tərsə mindirib rayondan hoydu-hoydu ilə uzaqlaşdırıblar?
- Bu, yüz faiz olan işdir. Ozü də həmin rəhbərin adı nə olsa yaxşıdır - Aqil. Heyif ki, bu əlamətdar hadisə indi gənc nəslin çoxuna bəlli deyil. Buşa bir ayaqqabı tullayıblar, indi az qalır, həmin ayaqqabını “milli qəhrəman” edələr, neujeli həmin tarixi missiyanı həyata keçirən eşşəyə Lənkəranda bir abidə-filan quraşdırmayıblar?
- Birincisi, bizdə qəhrəmana hörmət-izzət qalmayıb. İkincisi, zəmanə başqadır. İndi çox yerdə bilinmir ki, eşşək hansıdır, at hansıdır. Keçmişdə bir dəfə dəvəni eşşəyin quyruğuna bağlamışdılar, həmin dəvə ölənə kimi onu sahibinə bağışlamadı. İndi bu dəvələri, şirləri elə günə qoyublar ki, özləri sanballı, nüfüzlu, arxalı bir eşşək axtarır ki, onun quyruğuna “abunə”olunsun. Bəzi eşşəklərin quyruğundan o qədər sallanan var ki, heç dəvə-məvəyə növbə çatmır.
- Qıza, düz deyirsən? Bəs onda biz neyləyək ?
- Neyləyəcəksən? Nə qədər ki, bütün arxalı eşşəklərin quyruğunu "bron” etməyiblər, birinə əlbasdı elə.
Zahir Əmənov