Necə deyərlər, məsələn.
- Elə işıqçıların özündən başlayaq. Axı, deyirdilər ki, bütün evlərə elektirik sayğacı qoyulub, hamı işlətdiyi işığın pulunu qanuni verir. Düşündüm ki, bəs yazıq işıqçılar ”levi” pulları necə qazanarlar? Təkcə, balaca külək əsən kimi 50-60 elektrikin dirəyini, min metrlərlə məftili silməklə bunların iştahasını doyuzdurmaq olmaz. Bir az qurdalayan kimi, xoruzun quyruğu göründü. Sən demə, bunlar hər kənddə 50-60 “toçka”ya , hətta şəhər mərkəzində 100-ə yaxın “toçka”ya sayğaç qoymayıb, elə birbaşa haqq-hesab edirlər. Hələ bu azmış kimi sayğac qoydurmaq istəyənlər üçün min cür fırıldaq quraşdırırlar. Daha çox enerji işlədən 3-4 yekə şirkət var ha, onların da bunlarla xüsusi alver usulları var. Əmioğluların nəzarətində olan obyektlərə girməyə isə heç “dux”ları çatmır.
Axı, prezidentin sərəncamı var ki, bu ilin yanvarına kimi bütün işıq gələn nöqtələrə sayğac qoyulsun və bütün abonentlərlə müqavilə bağlansın.
- Qıza, prezdentin rayondakı nümayəndəsinin, icra başçısının başı torpaq satmağa və digər alış-veriş işlərinə elə qatışmayıb ki, onu bura təyin edən kişinin tapşırıqlarını yerinə yetirməyə bir vaxtı da olsun.
- Hə, bacılı, vaxt məsələsi doğrudan da, indi çətin məsələyə dönüb. Bizim dostumuz, hörmətli səhiyyə başqanı da vaxtdan çox əziyyət çəkir.
- Deyirəm axı, kişinin səhiyyə məsələləri ilə məşğul olmağa heç vaxtı çatmır.
- Yazıq neyləsin axı? Səhuyyədə hər şey pulsuz olandan məsələ bir az qəlizləşib. Nazirlikdən deyirlər ki, onsuz da qərara, sərəncama baxmayıb, aldığınızı alırsınız, xəstələri, o bunaya girənləri, mələdə-mələdə soyursunuz (bu yaxınlarda xəstəxanada yeni qiymətlərlə, daha dəqiq desək, yeni “tas”larla oxucuları tanış edəcəyik), biz də əvəzində sizə dərman vermirik. Buna görə də 3-4 aydır ki, şöbə müdirləri boş kağıza imza atırlar ki, guya on min manatlarla dər-man alıblar. Amma heç nə almırlar. Əvəzində tənzifi də xəstənin özünə aldırırlar.
- Bunun vaxta nə dəxli var?
- - Elə bilirsən, bu boyda alış-veriş 1-2 dəqiqəyə başa gəlir. Nə qədər çənə döymək, hay-küy, hədə-qorxu, axır ki, istədiklərini alırlar.
- Onda həkimlər müflis olar ki?
- Ay bacı, öz gününə ağla. Hələ özləri üçün elədikləri bir yana – ev, maşın, “o məsələ” və sair( Allah xeyirlərini versin, həkimlər dünya-nın hər yerində YAP balası kimi olmasa da, bəy balası kimi yaşayır-lar), bizim kasıb, ayda 100-150 manat alan, xəstəyə pambığı da pulsuz verməyən həkimlərin böyukləri adama 2-3 min manat xərcə düşərək son aylarda 4 seçki məntəqəsini öz hesablarına super təmir ediblər.
- Bəs o məntəqələrə kimlər gələcək?
- Baş həkim bu məsələ ilə də bərk məşğuldur. Səhər iclaslarında aşıq–aşkar bəyan edir ki, onbaşılar, yüzbaşılar yaradın, adamları zorla da olsa, seçkiyə gətirin.
- Yəqin ki namizədliyini irəli sürən o sanitar namizədə səs vermək üçün .
- Ay avam, hər şeyi mənim dilimdən eşitmək istəyirsən? Səs məsələsi çoxdan həll edilib. Söhbət məntəqələrdə adamların çox olmasında deyil ki, xaricilər, bəzi namərd müxalifətçilər görsünlər ki, bizdən seçkiyə adam da gəlir. Qalan işlər hazırdır.
- Onu–bunu bilmirəm, mən Qulamhüseyn bəyə səs verəcəyəm. Həm yerlimizdır, həm müxalifətdə 20 ildən artıq əziyyət çəkib. Bəlkə, səsimizin köməyi oldu, prezdent seçilməsə də, bir jek müdiri-zadı verdilər.
- Bunlar hamısı öz yerində. Yenə də başa düşmədim ki, baş həkimin niyə vaxtı çatmır?
- Deyilənə görə, dostumuzun vaxtının çoxu keçmiş “Göyərçin”ə gedir.
- Hansı “Göyərçin”? Musaküçə” kurq”undakı keçmiş yeməkxananın yerində tikilən, deyilənə görə , indiki icra başçısının himayəsində olan, istirahət sahəsini deyirsən?
- Hə, düz tapmısan. Hörmətli başçımızın işi çox olduğu üçün obyekti tapşırıb həkimlərin bakanına. O da gündüz onbaşı, yüzbaşı, günoradan sonra da “Göyərçin“ məsələsi ilə məşğul olduğundan, yazıq heç nəyə vaxt tapa bilmlr.
- Əslində mənim də deyiləsi çoxlu sözum vardı, deyəsən, heç bu dəfə mənim də vaxtım çatmadı.
- Hə.
Zahir Əmənov