-Bacılı, bəs oların çəpəri nə təhər olur?
- Elə ən pisi də odur ki, burada çəpər yoxdur. Bütün evlərin, həyətlərin arası yaşıllıq, gül-çiçək. Bunların arvadları axşamacan harda çənə döyür, harada qeybət edir öyrənə bilmədim. İndi bu yaşımda kitabxanaya, bara-filana gedən deyildim ki.
- Onda orada arvadların işi çətin olar ki?
- Qıza, burada arvad olmağa nə var ki? Qab-qaşığı maşın yuyur, paltarı maşın yuyub-qurudur. Hər şey dükanda hazır – al, ye, qabqarışıq at yeşiyə. Yaxud da, xörəyi ki, yeyib qurtardılar, kişilər cumur qab yumağa. Bədbəxt, bu arvadı niyə almısan – təzək yap-mayacaq, xəmir eləməyəcək, inək sağmayacaq, çəpər üstündə əngə verməyəcək, yasda zülüm-zülüm ağlamayacaq - elə bircə uşağa görədirsə, indi onu elə-belə də, texnikanın köməyi ilə almaq olur da.
- Deyirlər ki, orada hamının maşını var?
- Düz deyirlər. Kişinin öz maşını, arvadın öz maşını, uşaqlar böyükdürsə, onların da öz maşını. Maşınlarında da bizim kimi təsbeh, süpürgə fiquru-filan asan, min cür işıq, siqnal quraşdırmırlar. Maşının arxa oturacağında hər sərnişin üçün dirsək yeri, su içməyə xüsüsi yer və sair. Yoxsa, bizdəki kimi - maşında su içmək istəsən, gərək 2 nəfər butulkanı tuta, o birsi bir təhər içə.
- Oranın böyüyü necə adamdır?
- Qıza, buranın böyüyü kimdir, 3 həftəyə öyrənə bilmədim. Amerikanın o başına-bu başına heçə dəfə səfər elədim, bircə yerdə də o Buşdu, kimdi, onun şəkiıini görə bilmədim. Cəmi bircə qəzetdə ördəkbaşı fason, yəni məkkildiyən fason karikaturasını vermişdilər. Onlara dedim, ay bala, daha hər yerə bunun şəkilini vurmayacaqdınızsa, bunun nəyin prezdent seçirdiniz?
- Bacılı onların evləri nə təhər idi?
- Qıza, bunların bilirsən neçə otaqlı evləri var? Daha bizdəki kimi 5x15-ə zal-zal tikmirlər e. Təkcə bizim orda qaldığımız ev kənddəki evimizdən bir az balaca idi, amma 11 otağı var idi. Burada itin, pişi-yin də istirahət otağı, televizoru, çarpayısı var.
- Day denən kef edirlər ki!
- Elə ona görə, çoxu yalan olmasın 100-200 kilodur. Elə bil biz qazanırıq bunlar yeyir. Düzdür, bizə baxanda bir az bahalıqdır. Amma bunlar yeməkxanada bir oturuma 3 bizimkinin payını yeyərlər. Ha filirləşdım ki, bunların pulu hardandı, axıra yaxın tapdım. Biz qazanığımızı paltara veririk. Bunlarınkı bir şortik, bir mayka. Belə olsa, pul yığmağa nə var ki.
- Orada səndən ən çox nə soruşdular?
- Hamı soruşur ki, internet sayıtın var, bloqun var? Dedim ki, ay bacı, heç bizim icra başçılarının, idarə müdirlərinin belə şeylərdən başı çıxmır. Bizdə nə var yükləyir sandığa. Onlar isə internetə. Bacı adam partlamağa qalır. Heç kim bir-birinə vızıv atmır. Axşam saat 8–dən sonra, bir də şənbə və bazar günləri mobil telefon havayı olduğu üçün az qalır pişiklər də mobillə danışa. Yoxsa, bizdəki kimi, adam var o qədər telefon borcu var ki, inəyin satır, güclə borcdan qurtarır. Qıza, evdə nə qədər kitab, şəkil, disk olar. 5 dəst yorğan döşəyi, 30 dənə nimdarı üst-üstə yığmadın, stenkanı armudu stəkanla, rumka ilə dordurmadın, nə ləzzəti?
- Qonaq gəlmişəm, ay bacı, məni apar bacıngilə, xalangilə, baldızıngilə... yoxsa, o muzey sənin, bu muzey mənim. Kimin ölüb, Allah rəhmət eləsin, heç öz ölənlərimizin qəbri üçtünə güclə gedirik. 200 il qabaq biri qəhrəman olub, sizin üçün olub da, mənim nəyimə gərək? Daha qarğıdalı üçün qəbiristanlıq, əzilmiş maşınlar üçün qəbiristanlıq. Gəzməkdən öldük ki.
- Bunların dərs oxumağı da rüsvayçılıqdır. Müəllim şagirdlə yarılüt uzanıblar ali məktəbin həyətindəki çəmənlikdə, təmiz havada, dərs keçirlər. Belə də elm öyrənərlər? Müəllim zalım balası belə geyinən qıza dərsi necə keçsin. Sinifdə tərləyə-tərləyə, ya da soyuqdan əsə-əsə dərs oxumadın, nə ləzzəti. Yoxsa, sinifdə yşaq çay, kofe içə-içə, pirojna yeyə-yeyə dərs öyrənər? Belə-belə dərs keçirlər ki, çoxu bilmir dünyada analoqu olmayan Azərbaycan haradadır.
- Hələ onu demirəm ki, hər sinif üçün avtobus ayırıblar. Uşaq dərsə gedəndə it onu qapmadı, üstü palçığa bulaşmadı, o, həyatı necə başa düşər?
- Bəs mağazalarında vəziyyət necədir?
- Qadam onların mağazasına. Bir mağazada ki nisyə dəftəri olmadı, o, nə mağazadır?
- Zahir Əmənov