- Düzünə qalsa, əmioğlular, lap konkret desək, bu işlərdə Abıyevlər qədər mənə fayda verən olmayıb. Məsələn, məşhur xeyriyyəçiyə ilişirdilər, həmin xeyriyyəçi tez qaçırdı yanıma. Yaxud, neçə-neçə qoz-qoz gəzən, “məndən başqa yalandır” deyən sahibkarları, özündəndeyən oğlanları yıxıb sürüyürdülər, əmlaklarını alırdılar. Onlardan bir çoxunun cəsarəti olmurbu, “nece lazımdır” deyə-deyə başımıza dolanır,
bizə pənah gətirirdilər, qəzetin də işi “yağ”kini gedirdi. İndi nədənsə əmioğluların öz problemlərinə başı nə təhər qarışıbsa, həmin yekələrə ilişmirlər, onlar da bizi axtarıb–eləmir.
- Qıza, zarafat edirsən, ya düz deyirsən?
- Bacıcanı. İllah ki, o məhkəmə məsələsi var idi ha! Ali Məhkəməyə qədər gedib çıxıb. Bir illik davadan sonra orada da işi udduq. Rayonda çıxan bu qəzeti kim tanıyırdı ki. O məhkəmədən bu məhkəməyə, bu məhkəmədən o məhkəməyə, axır ki, əmioğlularını udduq. Daha qəzet qalmadı bizdən yazmasın. ANS-ə qədər göstərdi. Beləliklə, əmioğlulurın bu əməyi sayəsində də xeyli məşhurlaşdıq. Daha məni tanımayan da tanıdı. İndi ha papaq atıram ki, bir dəfə də məni məhkəməyə versinlər, nəsə duyuq düşüblər, tərpənmirlər.
- Bəs sənin onlara heç yaxşılığın dəyməyib?
- Niyə dəymir ki? Biz də borclu qalan deyilik. Məsələn, mən ki, yazıram Abıyevlər filan obyekti də tutdu, filankəsin torpağını da qapazladı, filan vəzifəni də ələ keçirtdi... Ağıllı adamlar fikirləşir ki, ə, bu nə zirək adamdır. Tez özümü onlara yaxın verim, bizə də bir pay düşsün.
- Belə çıxır ki, şərikinə işləyirsiniz?
- Təxminən hə. Allah tərəfi, onların haqqında yazı olanda, şəkilləri çap olunanda qəzetin yüzlərlə nüsxəsi şıppıltı ilə gedir. Onların üzünə söz deməyə kişilikləri çatmayanlar yazdıqlarımızla özlərinə təsəlli verirlər. Hətta bəzisi deyir ki, onlardan təzə sohbət olmasa da, köhnə işlərini təzədən “tamaşacıların xahişi ilə“ çap elə, yenə qəbulumuzdur. Hələ fikirim var ki, bu sahədə layihə çərçivəsində bir evyıxanlıq əməliyyatı təçkil edək.
- Bəs icra başçısının sənə bir köməyi dəyməyib?
- Niyə? Sağ olsun, onun da faydası çoxdur. Məsələn, o dediyin kimi bazarın yanında bir yaşıllıq zonası yaratsaydı, 5-10 cümləlik xəbər yazacaqdıq, vəssalam. Amma indi, Allah köməyi olsun, bunu sökür, ona satır, onu sökür, buna satır, nə bilim min hoqqa çıxardır... bunlar da hərəsi bir yazıdır da, qəzet boş qalmır.
- Qəzet vastəsi ilə ona bir arzun var?
- Arzu deyəndə, çox az danışır. Bir az çox danışsa, daha yaxşı səhvlər buraxar, biz də ondan faydalanıb daha maraqlı yazılar hazırlayarıq.
Zahir Əmənov