
- Yəni deyirsən ki, fikir eləməyə dəyməz. Söhbətimizi eləyək?
- Əlbəttə. Mənə elə gəlir ki, dünyada ən yaxşı iş başqasının pulların saymaqdır.
- Öz pulunu saysan, daha yaxşıdır. Daha özündə olmayanda məcbursan başqalarının pulunu saymağa.
- Birincı başladım hərbi komissarlığın, VeTEK-in, ünvanlı yardım verənlərin pullarını saymağa.
- Nə kəşf eləsəm yaxşıdır ?
- Hər halda fərəhli bir şey olmaz. Ancaq de.
- Görürəm ki, bu rəhbərlər (bəziləri onlara hörmət əlaməti olaraq rüşvətxor və korrupsiyaner də deyir) çox mudrik adamlarmış. Məsələn, əvvəllər ”qırmızı bilet “ su qiymətinə idi . Cəmi 900-1000 dollara. Hər yetən gedib 1-2-sini alırdı. İndi sağ olsun, yeni rəhbərimiz. Belə ki, bu çağırış “qırmızı biletin” qiyməti 2300-2500 manata. Daha hər uşaq-muşaq bu “ müqəddəs sənədə” yaxın düşə bilməz.
- Mən də eşitmişəm. İndi 1000 dolları elə hərbi xidmətə gedənin özündən alırlar, yəni babat yerə, babat hərbi hissəyə samaq üçün.
- Deyirəm də, qiyməti artırmaqla çox müdrik yol tutublar. Qiyməti yüksək olanda hamının payın normal vermək olur, sonra günahları yumaq üçün Kərbalaya, Məkkəyə getmək üçün də vəsait qalır.
- Hərdən fikirləşirdim ki, bu 6 ay ünvanlı yadım alanlardan 3 ayın pulunu qabaqcadan necə alırlar.
- Öyrənə bildinmi?
- Əlbəttə. Onların pulu köçən plastik kartları bu işə baxan məmurlar o “rəsmi kasıblara” vermir. Gecələr bir ”meşok“ bankomatı götürüb gedirlər bankın qabağına. Həmin bankomatları xırıd eləyib, ilk 3 aydan sonra qaytarırlar sahibinə.
- Deyirəm ki, millət inkişaf eləyib, inanmırsan. Bir də təcrübə var da. Məsələn düz 4-5 il qabaq bu rayonu “Gəncə filialı” adli oyuncaq məktəblə necə lazımdırsa, firlatdılar. Həm indiki, həm keçmiş təhsil başqanları bu işdə az pul qazanmadı. Elə biz də bu barədə az döşə-mədik. Lakin bizım təcrübəli rüşvətxorlar hamının payını vaxtında və dəqiq verdiyi üçün bu işi araşdıran olmadı. Ötən il isə necə oldu-sa, bu məsələyə bir az baş qoşdular.
- Bəs nə tapdılar?
- Gördülər ki, zibil dizdən. Hara ayaq basdılar, gördülər fir-firıldaq baş alıb gedir. Məktəblər saxta məktəblərin məzunları ilə doludur. Çoxların da məktəb direktorların uşaqları, qohumları 5 verdilər, 10 verdilər düzəlmədi, haqq-hesab qalxdı 50-60 min manata.
- Bu pula da yiyə duran olmadı ?
- Niyə olmadı. Lap yuxarıdan xəbər gəldi ki, qudurmusuz? Belə -belə işlərə nə cəsarətlə burun salırsınız? İş təcili getdi qonşu rayo-nun prokurorluğuna, ordan da gedər–gəlməzə.
- İndikilərdə bu qabaqcıl təcrübəni görüb milləti minib çapırdılar da. Dərdini kimə deyəcəksən ki? Şikayət elədiyin bədbəxt bir ətək pul verib, gəlib bu vəzifəyə. Hamı düz işləsə, gərək o özünü asa.
- Elə hamı düz işləsə, biz nə yazarıq?
- Düz deyirsən. Allah bəzi rəhbərlərin, ağlı dayaz məmurların ağlın elə indiki “razmerdə”saxlasın ki, biz də onların əməllərini “ekranlaşdıraq”.
- Zahir Əmənov