- Bəs o biri işləri kim görəcək?
- Hər rayonda hazır ”ağsaqqal” qrupu var. Rayona kim rəhbər gəlirsə, onlar üçün fərqi yoxdur - toyda da, yasda da o “mahnı” nı oxuyacaqlar. Daha sonra hər rayonda kifayət qədər “əl ziyalısı” var. Lazım olsa, icra başçısının əməllərini dədəsinin dili ilə də tərifləyir, nənəsinin pensiyasını da onun yolunda böyük həvəslə xərcləyirlər.
- Sahibkarlarda məlumdur. Pullarına dəyməsən, xərcliklərini özləri gətirəcəklər.
- Bilirsən, sən bir həqiqəti başa düş, bu millətin bir orijinal xasiyyəti var, kim ki, onun kürəyinə paz saplayır, aparır ona yalvara-yalvar 10-15 min manat verir. Kim ki, o pazı o adamın kürəyindən çıxartmaq istəyir, ona nəinki pul, heç ”sağ ol” da demir, lazım olanda üzünə də durur.
- Bayaq kı, söhbətə qayıdaq. Bu köməkçi məsələsini başa düşdüm ki, başçılar onları qapıda əyləşdirir ki, gələn-gedəni saf-çürük eləsin, arzuolunmaz adamları içəri buraxmasın, ona “xod” etmək istəyənlərə əntiqə şərait yaratsın. Bəs bu dizayn məsələsı nə məsələdir?
- Bu müasir tələblərə uyğun bir kommersiya məsələsidir. Keçmiş vaxt deyil ki, hər rayonda 30-40 kolxoz-sovxoz, 40-50 tikinti təşşkilatı var idi. Onların rəhbərləri hər ay ”aylıqları“ yalvara-yalvara gətirirdilər baş rəhbərin qulluğuna. İndi pullu işi gərək yetişdirəsən, rüşvəti daha orijinal formada alasan. Tutaq ki, dünənə qədər dükan yerinə camaat 100-200 manatı güclə verirdi, indi “çerez” dizayın və “qeyri-ənənəvi dizayınlar” vastəsi ilə məsələni elə qloballaşdırırlar ki, 40-50 min manatı yalvara-yarvara verib, dünənədək sənin olan torpağın yarısını güclə alırsan.
- Bu sahədə dizaynerin əvəzsiz xidmətləri var. Mənə bir siyahı verdilər, altında da hələlik 10-12 imza. İmza sahibləri yazır ki, onlarla heç bir müqavilə bağlanmasa da, hətta bir parça kağız verməsələr də, baş rəhbər səviyyəsində məcbur edirlər ki, hökumət 10-15 min, bəzən də 20 min manat verib çertyoju başçının özü ilə gətirdiyi həmin dizaynerə versən. Təxmini hesablamalara görə, həmin dizaynerə üst-üstə azı bir neçə yüz min manat çertyoj pulu verilib. Bəs bu adam o qədər pulun müqabilində nə qədər vergi verib, o qədər pulu hansı sənədə əsasən alır? Sabah bu bina uçsa, adı, vəzıfəsi heç kitabda olmayan dizayneri kim tapıb, ondan cavab soruşacaq?
- Bunlar hamısı düz. Bəs bu rayonun özündəndeyən ziyalılarl gündüz günorta çağı kiçik sahibkarı soyan, az qala bu boyda rayo-nu barmağına dolayan (hələlik başqa-başqa işlərinı sadalamırıq, yoxsa qan düşər) bu dizaynerə niyə dirsək göstərmirlər?
- Nə danışırsan qıza, dirsək nədir, o dizaynerin qabağında quyruq bulayanlar, şəninə təriflər deyənlər bilirsən nə qədərdir? Sənə bu rayonda” ziyalı” göstərərəm ki, hər təzə gələn başçının, lap onun dizaynerinin yaxasından girib balağından çıxır. Belələrinin fiziki çəkiləri böyüdükcə əqidələri, vicdanları görüməz olur. Cinayətlərini ört-basdır etmək üçün başçının şərəfinə istənilən istiqamətə hürməyə hazırdılar. İndi belələri haqq yolunda nə deyəcək?
- Onlar demir, onda sən de.
- Rəhmətlik Mirsə Cəlil də deyərdi ki, sözümüzü o kəslərə deyirik ki, onlar bizə qulaq asmaq istəmir. İndi mən də bəzi kişilərin üzüm-üzünə, gözüm-gözünə deyirəm ki, belə əyilirlər, belə acizlik göstərirlər, belə... Qarşımdakı da deyir ki, hə, hə düz deyirsən. Deyirəm ki, başqasına yox sənin özünə, elə sənin kimilərə deyirəm. Elə QOZ –QOZ gəzmək, lovğalanmaq deyil, hərdən kürəyinə minəni bir balaca qıdıqla, çimdiklə. Elə bunları deməyimi görürəm, bir də görürəm ki, həmin adamciyəz büzüşə-büzüşə çıxdı aradan.
Orasını düz deyirsən. Adam var, yaltaqlananda, əyiləndə, sanki ləzzət, kayf alır, elə bil damarlarına zəm–zəm suyundan sistem vururlar.
- Sistem dedin, yadıma yenə səhiyyə düşdü. O yoxlama nə ilə qurtardı, baş həkimin əlindəki paçka-paçka pullara yiyə duran tapıldı, ya...
- Bax bu sualların cavabını yaxın günlərdə alacaqsan.
Zahir Əmənov