- Qıza, gözüm aydın, təhsil sahəsində təmizlik siyasəti də getdi kütə.
- Guya tərtəmiz işləyirdilər.
- Düzdü, müxtəlif bəhanələrlə, gah qum almaq, gah sement almaq adı ilə bəzi direktorları xərcə salırdılar, daha...
- Daha nə?
- Bu günlərdə isə ən ciddi və təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün hər drektordan ən azı 100 manat boğublar. Bunu da 100 məktəbə vuranda, eləyir cəmi 10 min manat.
- Şükür Allaha. Məşhur ağsaqqal demişkən, axır ki, haqq-ədalət yerin tapdı.
- Qıza, bəs o söyüşlər – pul alsam, vicdan belə gəldi, ləyaqət belə getdi, pul alanın filanı filan olsun.
- Yazıq uşaq neyləsin e - sağdakı alır, soldakı alır. Lap belə adla deyim, səhiyyədəkilər alır, təminatdakılar alır, komıssarlıqdakılar alır,... lap elə onun öz binasında həmkarlardan həmkarsızacan hamısı əlinə keçəni qapazlayır, bu uşaq niyə almasın ki? Hələ Təhsil Nazirliyində işləyənlərı demirəm. Bunlar onları da yaşatmalıdır ya yox. Orada, nazirlikdə stolu, mizi yeməyəcəklər ki. Hələ deyilənə görə, rayondakı bəzi müdirlər də ona nifrətlə baxırmış ki, bizim rüşvət bazarına niyə ləkə salırsan, sən də qoşul “bu nəğmənin səsinə“. Rüşvət bizim qan damarımızdır, onda laxtalanma da ola bilməz.
- Bəs bu işə ən çəx sevinən kim oldu? Əlbəttə ki, məktəb direktorlarının özü?
- Pulları da gedir, özləri də sevinirlər?
- Bəs necə. Yuxarıya 100 verəndə, ən azı özləri üçün də 100 qapazlayırlar.
- Bəs bizim 4 minlik mərd, mübariz, cəsarətli, ziyalı müəllim ordumuz bu məsələyə necə baxır ?
- Qıza, lap özüvü qoymusan uşaq yerinə. Müəllim var gününün çoxu aşıqçılarla, ustalıqla, xaltura etməklə keçir. Ona elə bu cürə sərfdir ki, məktəbə gəlməsin, böyüklərlə 50-50–yə oynasın.
- Bir xəbər də var axı. Deyirlər ki, qoca, yaşı 65-dən yuxarı müəllimləri çıxdaş edirlər. Rayonumuzun böyüyü, cənab Şults şəxsən özü tapşırıq verib ki, hər qoca müəllimə bir qulp qoyub, onda bir xəstəlik tapib məktəbdən kənarlaşdırın.
- Bir tərəfinə baxanda bunu düz eləyirlər. Doğrudan, elə müəllimlər var ki, onların məktəbə gəlməsi rüsvayçılıqdır. Sinfi idarə edə bilmir, uşaqlar onu ... Nə isə. İntəhasi, bir iş də var ki, gərək bir az uzaqdan başlayaydılar. Yəni əvvəl 70 yaşdan o tərəfə təmizləyib keçəydilər bu tərəfə.
- Tutaq ki, qocaları təmizlədilər, yerində yalançı Gəncə filialını qurtaranlar qalacaq da.
- Şair demişkən, bu çeşmə əzəldən bulanıq gəlir, Vahid. Amma direktorlardan pul yığmaq məsələsi ki, təzədən qüvvəyə mindi , hamı payın aldı, hər şey qaydaya düşəcək. Mən inanıram ki, hörmətli təhsil müdirimiz vaxtilə Ərkivanda işləyərəkən unudulmaz xidmətlərinə görə ona bağışlanmış nərdivanla bu sahədə daha uca zirvələri fəth edəcək.
- Eşitdiyimə görə, həmin pul yığma mərasiminin sonunda müdir bəyan edib ki, bundan sonra heç kim mənə nömrə gələ bilməz. Unutmayın ki, unudulmaz və qədirbilən xalqımız özü məni nömrəddin adlandırmışdı .
- Deyirəm, daha bizdən də inciməz. Hər yerdə gileylənirmiş ki, niyə hamıdan yazır, məndən yox, məgər mən müdir deyiləm. Biz də deyirik ki, haçan belə gözəl əndrabadi işlər gördün ki, biz onu işıqlandırmadıq. Qəzvində görüşənədək.
Zahir Əmənov