Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

09 fevral 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Mən də eşitmişəm. Deyilənlərə görə, belə xəbərdarlığın əvvəlincisi Lənkəranda baş verib.
- Qıza, bəlkə, bu söz-söhbəti zarafatla düzüb-qoşublar. Çünki bu yaxınlarda Lənkəranı ölkənin “Folklor paytaxtı” elan ediblər. Bəlkə, bu da təzə nağıllardan biri, folklor nümunəsidir. Axı, bu təmizlık söhbətindən qabaq mənə elə bir xəbər çatdırıblar ki, lap çaşıb qalmışam.
- O nə xəbərdir elə?
- Bəzi ağzı-dili yanmışlar danışır ki, rayonda boş olan təhsil şöbə müdirliyi yerinə “tas” 120 min dollara qalxıb.
- O şəhər üçün, o böyüklükdə vəzifə üçün normal qiymətdir də, alıb əmirləşdirsinlər.
- Dərd təkcə pul dərdi deyil e. Deyilənə görə, qızın 2 namizədi var. Belə ki, rayonun baş mollasının qardaşı da bu vəzifəni istəyir. O biri tərəfdən isə köhnə müdir öz kadrını irəli verir.
- Vallah, mən bu söhbətlərə inanmaram. Eşitdiyimə görə, bu rayonun yeni icra başçısı çox gözü tox, təmiz adamdır. Özü də əvvəllər təhsil şöbə müdiri işləyib. Belə-belə naxələf işlərə qol qoyub təhsili pula qurban verməz.
- Qıza, təhsildəki o pul var ha, müsəlmanı kafir edir. Allahın qotur musiqi məktəbində ayda 3-5 min qapazlayırlar. Bax, bizim musiqi məktəbi müdirinin fəaliyyətinə, elə musiqi dili ilə desək, “bir nəzər sal, bacılı”. Müəllimlərin bütün plastik kartları müdirin cibində. Oranın da əksər müəllimləri qadınlar. Heç kim abrından cınqırını çıxartmır. O da plastik kartları az qala plastlinə çevirib, istədiyi formada “qulağını” kəsir. Bir yerdə ki, bir uşaq bir sinif ola - 10 dənə “levıy” uşaq 10 sinif. Hər sinfin də haqq-hesabı 5-6 min manat edir. Birini “KURİ”, birini də qəzet adıyla qorxudur. İçəridə isə zibil xirtdəkdən.
- Bir rayonun ki, belə-belə işlərə baxan böyüyü “Məmməd-NƏSİR” ola, oranın təhsilinin, səhiyyəsinin, mədəniyyətinin səviyyəsı də elə bir nəsir, bir həsir olar.
- Eh, bunların hamısı bir devizlə işləyir – hamıya çirkin olsam da, bircə başçıya göyçək olaydım.
- Deyirəm, dünyada bu qədər zırıltı-zırıltı işlər baş verir, bunlar hələ də ayılıb ondan-bundan soruşmurlar ki, bu taqqatuq hayandan gəlir?
- Onları qudurdan bizim bəzı üzdəniraq ağsaqqalar, ziyalılardır. Birinə medal, o birinə dükan yeri verən kimi, qibləsini hansı tərəfə desən, o tərəfə çevirirlər. Baxırsan, bəzi ağsaqqalara, 3-5 il ömürləri qalıb, heç olmasa, bu qalan ömrü yaltaq kimi yox, kişi kimi başa vurmaq istəmirlər.
- Sən bilirsən ki, bizdə hər şeyin bir əsli olur, bir də “kitayiski”si. Son vaxtlar adı və əməli “kitayski” olanlar çoxalıb.
- Bu, o qədər də böyük dərd deyil. Yəni, az da olsa, “ktayski” olmayan ziyalılarımız da var. Dərd odur ki, bir sıra idarə müdirləri, hətta bəzi rəhbərlər tamam-kamal “kitayski” olub gedib, yəni bunların heç orijinalı yoxdur.
- Özünə onunla təsəlli ver ki, hələlik ayaq üstəyik və “Çəpərüstü”nün “kitayski”si yoxdur, ondan bir dənədir, elə buna görə də, o “kitayski” rəhbərlərin, “mestniy”, cuppulu Hüsnü Mübarəklərin bizi görməyə gözü yoxdur.
Zahir əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10