Sən daha güclü, daha müstəqil olmağa şanslı bir insansan
Tək qadın olmaq- kimin üçünsə dərd, kədər, kimin üçünsə adi həyat tərzi.
Tək qadın olmaq- kimin üçünsə taleyi ilə barışmaq, kimin üçünsə daha müstəqil, daha mübariz olmaq.
Tək qadın olmağın riyazi düsturu varmı?
Fikirlə olduqca çox şaxəlidir. Buna görə, tənha qadınların özlərini, ekspertləri, hüquqşünasları, QHT rəhbərlərini dinləmək, bəzi statistik rəqəmlərə nəzər salmaq daha maraqlı olardı.
Təkliyə qalib gələnlər də var
Elə düşünməyin ki, tək qadınların əksəriyyəti acınacaqlı durumda yaşayır.
Regionun bəzən ən ucqar kəndlərində belə öz həyatını olduqca quran, müstəqil təsərrüfat yardan tək və təkliyə meydan oxuyan qadınlar da var. Belələrindən biri də Masallı rayonunun ucqar Xırmandalı kəndində yaşayan 53 yaşlı, İlk sevgisi uğursuz olduğu üçün ailə həyatı qurmayan Sərma Əhmədovadır. O, fədakarlığı ilə çoxlarını heyrətləndirir -at çapır, canavar balası saxlayır, böyük quşçuluq təsərrüfatı yaradıb, heç kəsdən iqtisadi asılılığı olmadan maraqlı bir həyat yaşayır. Təkliyi də özü üçün faciə saymır.
Tək qadın deyəndə öncə xəyala gələn -
Masallı rayonu
Masallı Rayon Statistika İdarəsi
(İnfoqramdakı məlumatlar Azərbaycan Dövlət Statistika
Komitəsinin məlumatları əsasında hazırlanmışdır)
Digər sahələrdə olduğu kimi bu sahədə də statistika ilə işləmək çox çətindir. Çünki, yuxarıda sadaladığımız əhali qrupları sırasında boşananlar istisna olmaqla, digər qrupların heç biri haqqında normal statistika yoxdur.
Ümid qalır rəy sorğularına, sosial araşdırmalara. Onların da əyalətdə vəziyyəti bəlli. Əsasən eyni səbəblər qeyd olunur - xasiyyətimiz tutmur
Ortada ciddi araşdırma, etibarlı statistika olmalıdır
“Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri (Masallı) Fidan Abbaslının dedikləri:
-Boşanan qadınların statistikasına nəzər salanda bəlli olur ki, il ərzində hər rayonda ən azı 100-200 nəfər boşanır. Boşanmanın dəqiq səbəbləri nə ərazidə, nə də məhkəmə qərarlarında tam görsənmir. Lakin əldə olan statistika da dəqiq deyil. Birincisi, onlarla qadın dini qayda ilə-kəbinlə evlənir və elə dini qaydada boşanır ki, bunların heç birinin dəqiq statistikası yoxdur. İkincisi, son illər əmlaka görə, yəni mövcud mülkün gizlədilməsi üçün, yaxud sosial müavinət almaq üçün yalançı boşanmalar artıb ki, bunun da hansının doğru, hansının yalan olduğu bilinmir. Amma bütün hallarda boşanmalar artır.
İqtisadi müstəqilliyi və təhsili olmayan qadınlar isə,
necə deyərlər, “2 dəfə təkdir”
Qeyrət Balaşzadə (Masallı, Müəllim):- Azərbaycanda boşanan qadınların
ilk qarşılaşdığı sual bu olur-balalarını necə dolandıracaq?
Azərbaycanda isə boşanan, xüsusilə də azyaşlı uşaqları ilə boşanan qadınların ilk qarşılaşdığı sual bu olur-balalarını necə dolandıracaq?
Hələ bir neçə il öncə Respublikanın Sosial və Əmək Müdafiəsi naziri Səlim Müslümov etiraf etmişdi ki, ölkədə 800 mindən artıq qadın işsizdir. Onların da əksəriyyəti regionlarda yaşayır.
Racı Səfərov (“Tərəqqi” Gənclər Birliyinin sədri ):- Bizdə də “Aliment fondu” yaradılmalıdır
Boşanan qadınların əksəriyyəti təyin olunmuş alimenti ala bilmir. Mövcud qanunvericiliyə görə, Azərbaycanda hər uşaq üçün minimum yaşayış məbləği 160 manatdır. Deməli, bir qadın 4 uşaqla boşanırsa, qarşı tərəf ona hər ay 640 manat ödəməlidir. Lakin əksər kişilərin aylıq əmək haqqı regionda 200-300 manatdır. Digər qazancları müəyyənləşdirmək isə problemlidir. Yəni, konkret mexanizm yoxdur ki, biləsən bu adam təsərrüfatdan, mal-qaradan, dükan bazardan real nə qədər qazanır? Son vaxtlar isə ölkədə “Aliment fondu” yaratmaq barədə ən yuxarı səviyyələrdə fikirlər səslənir. Hətta sabiq Ombudsman Elmira Süleymanova bu fikri dəfələrlə səsləndirib. Digər millət vəkili Çingiz Qənizadə ona dəstək verib. Buna da səbəb boşanmaların kritik həddə çatmasıdır – 6 ayda 8,3 min ailə boşanıb.
Masallı rayonunun Xıl kənd sakini Maral Qafarovanın taleyi bu mənada
çox xarakterikdir:- 4 az yaşlı uşağım var-nə aliment ala bilirəm, nə sosial
Vəkil Tofiq Şahmarov:-Hakimlər boşanmadan öncə alimenti təyin etməlidir
Xatirə Xatun. Lənkəran şəhəri, şairə:-
Hər rayonda müxtəlif səbəblərdən gənclik yaşı ötsə də ailə qurmayan qızlar var. Dini kitablarda belələri Rəşidələr, el arasında bəzən kobud da səslənsə də qalmış, yaxud qarımış qızlar adlanır. Səbəblər isə müxtəlifdir.
Tanınmış həkim Həsən Abdullayev (Masallı) bildirir ki, bizim bəzi adət-ənənələr bu sahədə problem yaradır. Filan qızın atası, ya anası narkomandır, onu almaq olmaz. Filankəs kasıbdır, ondan uzaq dur. Ən başlıcası isə qızların əks cinslərlə tanışlığı üçün məkan yoxdur. Keçmişdə kütləvi bayramlar, paradlar və sair olardı. Bəziləri də maddi imkansızlıqdan arzularını gerçəkləşdirə bilmir. Onu da unutmayaq ki, vaxtında ailə qurmamaq qadının orqanizmində fəsadlar yarada bilər.
Dələduzların qurbanı olan rəşidələr
Yaşı ötmüş qızlar bəzən əlacsızlıqdan, məlumatsızlıqdam dələduzların qurbanına çevrilir. Belə ki, 2018-ci ildə Masallı rayonunun Səmidxan kəndində 40 yaşlı Bənövşə adlı qadın qonşu Cəlilabad rayonundan bir fırıldaqçının toruna düşmüş və yüz min manatlarla pulunu, qızıl əşyalarını itirmişdir. Hazırda elə əlacsız durumdadır ki, az qala intihar edə.
FidanAbbasl- Təkliyi faciəyə çevirməyin
Şəxsi təşəbbüsümlə apardığım araşdırma zamanı bəlli oldu ki, 17 min əhalisi olan Ərkivan qəsəbəsinin təkcə 3 məhəlləsində (Abbaslı, İsoba, Göllü) 100-ə yaxın boşanmış, həyat yoldaşını itirmiş və ailə qurmamış qadın var. Bunların əksəriyyəti işsiz, valideyn ocağina sığınmış insanlardır. Bəs nə etməli? Vaxtilə yaratdığımız “Nəcib qızlar” klubu, sonralar rayon mərkəzində fəaliyyətə başlamış Qadın Resurs Mərkəzi bu boşluğu bir qədər doldursa da hələ ki, işsiz qadınların sayı kifayət qədər çoxdur. Məncə özünə məşğulluq mərkəzlərinin, yeni iş yerlərinin yaradılması bu işdə faydalı nəticələr verər. Əsas da odur ki, belə qadınlar özlərini cəmiyyətdən ayrı düşmüş hesab etməsin. Təkliyi faciəyə çevirməyin insan talelərin, nümunələrin təbliğinə ciddi ehtiyac var.
Mehriban Zeynalova (“Təmiz dünya” İB-nin sədri):-Tənha qadınlar,
onların qayğıları başa düşüləndir.
Bütün tək qadınların çətin durumda olduğunu demək doğru olmasa da, regionlarda işsizliyin, asudə vaxtın təşkilində problemin olduğu sirr deyil. İqtisadi müstəqilliyi və təminatı olmayan qadınlar boşandıqda, ya digər səbəbdən ayrı düşdükdə çox çətin günlər yaşayır, bəzən minimum şəraitləri olmur ki, adam kimi yaşasınlar. Bizim sığınacaqda cənub bölgəsindən bir neçə ailə olub. Hazırda Lənkəranda da sığınacaq açmaq planlaşdırılır. Elə bilirəm bu əhəmiyyətli addım olacaq.
Müəllifdən:- Yerlərdəki qadın təşkilatlarının, filiallarının azlığı, bəzən formal şəkildə fəaliyyət göstərməsi bu işlərin normal həllinə əngəl törədir. Qadın hüquq mərkəzi hər rayonda, xüsusən ucqar, dağlıq rayonlarda olmalıdır. Bu, niyə çox vacibdir? Qadınlar qarşılaşdığı hüquq pozuntuları ilə bağlı məhkəmələrə müraciət etməkdə çətinlik çəkirlər. Vəkilə adi ərizə yazdırmağın 50-100 manat xərci var. Ucqar kəndlərdən gəlib-getmək də problemdir.
Qadın təşkilatlarının rəhbərləri öz hüquqşünasları ilə birlikdə yerlərdə olmalısı çox fayda verər.
Qadınların çoxu ucqarlarda internetlə fəal işləmək imkanından mərhumdur. Bu mənada regionlarda müstəqil, ən azı həftədə bir dəfə fəaliyyət göstərən, qadın problemlərini, eləcə də onların uğur hekayələrini işıqlandıran region qəzetlərinin olması çox vacibdir.
Zahir Əmənov