-Bahalaşır, bahalaşsın da ... Onsuz da ilin yarısı ya xarab olur , ya da fiş-fışından səs eşidilmir . Bir də çəpərüstünə nə telefon . Ta qədimdən , heç telefon, internet kəşf olunmayandan bu çəpərüstü söhbət olub və olacaq. Kontur işlətmirsən , “vızıv”atmırsan , aparat cırıldamır , şunur qırılmır ...
-Nə isə . Cəlal müəllimin dili ilə desək , indi keçək “öz məsələmizə” . Qıza , eşitdim təzə tikdiyin bazarda yerləri sata bilmirsən ?
- Onun da çarəsini tapdıq. Çoxu deyir ki, o qədər pulumuz yoxdur . Nə bilim , biz öyrəşmişik 5, 10, uzağı 20 min dollarlıq “şapqaya”. Birdən-birə 200-300 min dollar pul bizim üçün müsibətli işdir. Biz də onlara məsləhət verdik ki, pulun yoxdur, gəl bizim bankımıza . “Texnikabank “a xoşun gəlmir, “Atabank”a gəl . Onsuz da hamısı bizimdi. Hara fırlansalar, bizim kruçoka düşəcəklər . Pulu bankdan yüksək faizlə al , ver bizə , əmlakını da qoy girov , sonra hara cəhənnəm olursan, nə hoqqa çıxardırsan, dəxli yoxdur , “aerodramun” bizdədir , hara fırlansan bizim “palasa “ya enməlisən .
-Palma iməciliyinə getmişdin ?
-O nə iməcilikdir elə ?
-Bərk külək əsəndə hər məmur palmalarln birini qucaqlayıb ki, aşmasın.
- Düz eləyiblər. Qərib yerdən gələn koldur , gərək hörmətin saxlayaq . Bizim yerdə əzəldən uzaq yerdən gələnlərə hörmət var . İstər ağac olsun, istər quş , istər adam . Özümüzün əjdaha kimi qartalına heç məşədi də demirlər , amma uzadan gələn leyləyə o dəqiqə hacı rütbəsi veriblər. Lerikdə az qalmışdı, Kubadan gətirilən Zebuya heykəl qoysunlar . Bizim camışların canı isə camurluqda çıxır .
- Deyirəm ki, çəpərüstdə bu qədər deyinməkdənsə , bəlkə çəpərin küncündə bir dənə aptek açaq. Belə getsə, bu millət hələ 20-30 il elə xəstə olacaq . Bir dəfə kitab mağazasına gələn olmasa da, təzə kiosk tikilməsə də, apteklər günbəgün çoxalır və adam (xəstə) əlindən içərilərində tərpənmək olmur .
- Ağıllı adam hər yerdə çörəyin çıxardır - istər aptek olsun, istər icra aparatı, istər mal meydanı . Əsas odur ki, yeni ideyaların olsun. Sən aptek bazarına girə bilməzsən . Bacın sənə bir ideya versin, giriş ona . Məsələn, bir dənə musiqili elektron yorğan firması aç . Bizim xalq üçün yorğandan gözəl məhsul yoxdur . Elə yorğan ki, cibə də qoymaq olsun . Axı, bizim millət hər yerdə yatır - evdə , iclasda , konsertdə , ədəbxanda ... Həm də həmin yorğanın pultun ver icra başçılarına . Çünki xalqın oynamaq təhlükəsi olanda dərhal bir “lay-lay “ buraxırlar elektron yorğana ,yaxud əmək haqqını 5 manat artırırlar , xalq yenə yatır. İnan ki, icra başçıları bu xidmətə görə sənə aylıq verər, “Tərəqqi “ medalı bağışlayar .
- Bəlkə, əksinə edək . Başçılar üçün, məmurlar üçün bir yaxşı yorğan düzəldək , onları yaxşı yatızdıraq, xalq öz-özünə bir çarə eləsin .
-Bekara-bekara danışma , onlar hər gün bir-iki paçka pul saymasalar, yüz qat astarı ipəkdən , üzü dollardan yorğan olsa belə, onları yenə yatızdıra bilməz.
Zahir Əmənov